Az.Türkcə•Deutsch•English
391 subscribers
2.03K photos
528 videos
36 files
176 links
Türkcə(Azərbaycan deyilimi), Almanca, İngliscə və Türkçə(Türkiyə deyilimi)

🔹𐱅𐰇𐰼𐰚𐰲𐰀 ~ 𐰀𐰔:𐱅𐰇𐰼𐰚𐰲𐰀🔸🌱
Yönətici: @Qurd88
تۆركجه(آزربایجان دئڲێلێمێ)، آلمانجا، اێنگلێسجه،
و تۆرکچه(تۆرکیه دئڲێلێمێ)
🔹Dil kökən 🔹 Etymology 🔸دیل کؤکن
Download Telegram
#آلمانجادا_كسكين_كئچميش
#Almanca_da_kəskin_keçmiş

آلمانجا دا ائيلم‌لر ايكى فورمادا كسكين كئچميش چاغا دؤنوشور و چكيلير.
Almanca da eyləmlər iki forma da kəskin keçmiş çağa dönüşür və çəkilir.
———————————————-
“haben” və “sein” يارديمچی فعللر
———————————————-
آ) 90% فعللر(ائيلم‌لر) haben يارديمچی فعلی ايله كسكين كئچميشه دؤنوشور.
Perfekt : haben +partizip2

Örnək(اؤرنك) : machen—>
ich habe gemacht. من ائتديم
du hast gemacht. سن ائتدين
er/sie/es hat gemacht. او ائتدى
wir haben gemacht. بيز ائتديك
ihr habt gemacht. سيز ائتدينيز
sie haben gemacht. اونلار ائتديلر

ب) 10% فعللر(ائيلم‌لر)، حركتلى فعللر sein يارديمچی فعلى ايله كسكين كئچميشه دؤنوشور.
Perfekt : sein + partizip2

Örnək (اؤرنك) : gehen —>
ich bin gegangen. من گئتديم
du bist gegangen. سن گئتدين
er/sie/es ist gegangen. او گئتدى
wir sind gegangen. بيز گئتديك
ihr seid gegangen. سيز گئتدينيز
sie sind gegangen. اونلار گئتديلر
———————————————-
نه دئمك دير؟ ⁉️ Partizip2
فعللرين كسكين كئچميش فورماسى دير.
هابئله ايكى قات كئچميش و كئچميشده كسكين كئچميش چاغيندا ايشه گلير.
machen(ائتمك/ائله‌مك)->gemacht
gehen(گئتمك)———-> gegangen
schlafen(ياتماق)——> geschlafen
sein(اولماق) —-———> gewesen
liegen(اوزانماق) —-——>gelegen
legen (اوزاتماق/قويماق)—> gelegt
verlieren(ايتيرمك)———> verloren
lügen(يالان دانيشماق)—> gelogen
essen (يئمك) —-——> gegesen
nennen(آدلانديرماق)—> genannt
versuchen(دنه.مك) —->versucht
denken(دوشونمك) —-> gedacht
bringen (گتيرمك)——> gebracht
erklären(آچيقلاماق) —> erklärt
werden ——> geworden
telefonieren —-> studiert
studieren ——> studiert
Und ....
@Azturkce
Yazdığm #Almanca-#Azərbaycan Türkcəsində#Qaşqayı Türkcəsində sözlük kitabı haqqında bildiriş:

Giriş
Latin əlifbasında yazılmış Almanca-Azərbaycan Türkcəsində - #Qaşqai_Türkcəsində sözlük kitabı 50,000-dən artıq incəsənt, ədəbiyyat, hüquq; və.s. terminləri… özündə əhatə edir. Kitabda cənubi Azərbaycanda işlənilən ifadələr dırnaq arasında və Qaşqai Türkcəsinin müxtəlif ləhcələrində mövcud olan sözlər və ifadələr sarı xət ilə verilir.
Azərbaycan türklərinin sayı 50 Milyon təxmin olunur. Azərbaycan cümhuriy-yətində (Quzey azərbaycanda) 10 Milyon insan bu dildə danışır və təhsil alır. güney Azərbaycanda, eləcədə Iranın müxtəlif şəhərlərində yaşayan Azərbaycanlıların sayı 30-35 Milyona təxmin edilir.
İranda Azərbaycan Türkcəsi ancaq şifahi dil kimi işlənir. Bu dildə oxul; mətbuat; məhkəmə sistemi, sinema; teatr və … imkanlar yoxdur. Bu üzdən Azərbəycan Türkcəsi zaman üzərində iranın rəsmi dili olan fars dilinin sözləri ilə qarışır, orijinallığını əldən verib deforma olur. İran adlanan ölkədə 1930-cü ildən başalayaraq bu günə qədər irəli sürülən pan-farsisti, anti-türkisti siyasət səbəb olub bir neçə dil o cümlədən türk dillərindən bəziləri aradan getsin və yaxud aradan getmə təhlükəsi altında yaşamını sürsün.
Yox olma təhlükəsi altında olan dillərdən birisi də Qaşqayi Türkcəsidir. İranın cənub bölgəsində yaşayan Qaşqai xalqının sayı 3 Milyon təxmin edilir. Qaşqailər iranın Fars, İsfahan, Çaharmahal Bəxtiyarı, Xuzistan, Kəhkiluyə və Buyrəhməd, Buşəhr, Kerman, Hormozqan və …. Ustanlarında qismən el-tayfa səklində yaşayırlar. Qaşqai xalqı 5 elə bölünür: Farsımdan, Şeş bəluki, Dərə şuri, Əmələ və Kəşkuli. El sayının çoxluğu həmçinin qonşu dillərin təsiri nəticəsində, qaşqai dilində müxtəlif ləhcələr yaranıb və Qaşqai dili də qarşılıqlı olaraq öz təsirini başqa qonşu dillərə buraxıb.
Tanınmış dilçi alim eləcə də „yox olma təhlükəsi altında olan dillər“ mütəxəssisi Prof. Nicholas Evans „Dillər öləndə, nələr əldən veririk“ kitabında yazır: „dünyada 6000 müxtəlif dillər var. Bu dillərin yarısı 100 ildən sonra yox olacaq. Bunun üçün yox olma təhlükəsi altında olan dillərə yazılı dokumentlər lazımdır. Bu yolla onların dil, gələnək, tarix və ədəbiyyatları qorunur və gələcək nəsillərə verilir “.
Qeyd etməliyəm ki, Berlin universitetin Türkologiya bölümünün dekanı olan və keçən il dünyasını dəyişən dostum Prof. Klavs Şöninq də eyn fikirdə idi və belə bir sözlüyün hazırlanmasını vacib görürdü.
Bu vacibliyi nəzərdə alaraq bu qərara gəldim ki, 2018-ci ildə nəşr olan Almanca-Azərbaucan Türkcəsində sözlük kitabıma başqa iran türk xalqların sözlərini də artıram.
Son illərdə dil və milli kimlikləri yox olma təhlükəsi altında olan xalqların etiraz və müqavimətləri aydın şəkildə çoxal-maqdadır. Bu xalqların aydınları ana dillərində müxtəlif kitablar- dərgilər nəşr etməyə çalışıblar. 2007-ci ildə nəşr olan „Qaşqayı sözlügü, Fərhənge loğat və estelahate torki qaşqai be farsi“ dəyərli kitablardan birisidir. Asadollah mərdani rəhimi 20 il zəhmətdən sonra bu kitabı hazırlayıb və istifadə edənlərin ixtiyarına buraxıb. Sözlər və ifadələr ərəb-fars əlifbası ilə yanaşı Qaşqai səslərinə uyğun olan qaşqai-latin əlifbasında da yazılıb. Əlinizdə olan Almanca-Azərbaycan Türkcəsində-Qaşqai-Türkcəsində sözlük kitabının Qaşqai bölümündə istifadə olunan əsas material həmin bu kitabdır. Deməliyəm ki, komputer proqramımda Qaşqai-latin əlifbasının olmadığı üçün Azərbaycan-latin əlifbasından istifadə etmişəm.
Şübhəsiz bu sözlük mükəmməl və səhvsiz deyil. Ümid edirəm bu kitabdan istifadə edənlər öz təklifləri ilə əskikliklərin aradan qaldırılmasına və sözlük kitabının təkmilləşməsinə yardımçı olsunlar.
Sağ olun!
Prof. h.c. Əhməd Ümid Yəzdani (Azəroğlu)
Berlin, Avqust 2020
@Azturkce