Şəbəkə
15K subscribers
7.58K photos
5.8K videos
1 file
727 links
📳 Reklam təklifləri qəbul olunur.

Əlaqə: @bot_shebeke
Download Telegram
⚰️ Maduronun amerikalı döyüşçülərə müqavimət göstərərkən həlak olan 32 kubalı mühafizəçisinin cənazəsi Kubaya gətirilib.
👍215
📺 Səhər xəbərləri:

📍 Tramp Qəzzanı idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını açıqlayıb.

🙏 İsrailin Baş naziri Netanyahu Trampdan İrana hücum planlarını təxirə salmağı xahiş edib - "The New York Times"

❗️ Ağ Ev: Trampın xəbərdarlıqlarından sonra İran 800 nəfərin edam qərarını dayandırıb.

🚀 Livanda İsrail PUA-sının hücumu nəticəsində “Hizbullah” üzvü öldürülüb.

🇮🇹 İtaliya Parlamenti 2026-cı ilin sonuna qədər Ukraynaya yardım göstərilməsi barədə qətnaməni təsdiqləyib.

🇪🇺 Avropa Birliyi İrana qarşı sanksiyaları sərtləşdirməyi nəzərdən keçirir.

🎖️ Venesuelanın müxalifət lideri Trampa Nobel Sülh Mükafatını təqdim edib.

⚠️ Bu gün Bakının Yasamal (M.Xiyabani) və Suraxanı (Hövsan) rayonlarının bəzi hissələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

⚽️ "Qarabağ" - "Frankfurt" oyununun biletləri bu gün saat 12:00-da "İticket" platforması üzərindən satışa çıxarılacaq:

● Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN

● VIP sektorlar: 200, 250, 300 və 400 AZN

● VVIP sektorlar: 1000 AZN
10👎4🤔2
⚡️⚠️ "Azərbaycan Nəşriyyatı" MMC təmirə bağlanır.

Binanın 9 mərtəbəli korpusunun əsas yükdaşıyan konstruksiyalarında, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.
Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.

Fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib.

©️ Report
😁166👍2
🔎 "Vikipediya"nın ingilisdilli versiyasının tarixində ən populyar 25 sorğunun adı açıqlanıb.

🗞️ Siyahı "Popular Science" jurnalı tərəfindən dərc edilib.

📍 Elektron ensklopediya 2001-ci ildən yaradılsa da, siyahı 2008-ci ildən etibarən daxil edilən sorğular əsasında tərtib edilib.

▪️ 1-ci yerdə "Məşhurların ölümləri" haqqında məlumat səhifəsi yer alıb. Bu səhifə 25 il ərzində 647 milyondan çox izlənməyə sahibdir.

▪️ ABŞ və Donald Trampın səhifəsi 2-ci və 3-cü yerləri bölüşür.

▪️ İlk beşliyi 2022-ci ildə vəfat edən Böyük Britaniya Kraliçası II Elizabet və Hindistan haqqında səhifə tamamlayır.

▪️ Top-10-luğa Kriştiano Ronaldo, keçmiş ABŞ prezidenti Barak Obama, iş adamı İlon Mask, 2-ci dünya müharibəsi və B.Britaniya düşüb.

▪️ 15-likdə Messi, Maykl Cekson, Hitler, Eminem, Teylor Svift, "Bitlz" qrupu, Ledi Qaqa və digərləri də yer alır.
16
📺 Axşam xəbərləri:

🇺🇸 Tramp ABŞ-nin Qrenlandiya planlarına qarşı çıxan ölkələri rüsumlarla hədələyib.

🇪🇺 Aİ Ukrayna üçün sürətli, lakin məhdud üzvlük ideyasını nəzərdən keçirir - “Reuters”

✈️ Çexiya Ukraynaya PUA vura bilən təyyarələr tədarük edəcək.

🇷🇺 Rusiya öz vətəndaşlarını Moldovaya səfər etməməyə çağırıb.

🚨 Çeçenistanın müxalif kanalları yazır ki, Ramzan Kadırovun oğlu Adəm Kadırov avtomobil qəzası keçirib və vəziyyəti ağırdır.

❄️ Yaxın 2 gün ərzində Moskva və ətrafında -30 dərəcə şaxta gözlənilir.

✍️ İsrail ABŞ ilə süni intellekt üzrə birgə bəyannamə imzalayan ilk ölkə olub.

🚨 Qanunsuz onlayn kazino oyunları təşkil edən iki nəfər - 35 yaşlı Ülvi Rzayev və 26 yaşlı Rza Rzayev saxlanılıblar.

✈️ Suriyadan daha 5 nəfər Azərbaycan vətəndaşı (ana və 4 övladı) ölkəyə repatriasiya edilib.

📍 Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
19
📺 Səhər xəbərləri:

🚑 Zaqatalada bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər.

🚑
Tovuzda da bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Onlar da xəstəxanaya yerləşdirilib.

⚠️
Biləsuvarın bəzi ərazilərində elektrik enerjisi olmayacaq.

🤝 Rusiya və Ukrayna arasında Zaporojye AES-lə bağlı atəşkəs elan edilib.

⛔️ Çin Rusiyadan elektrik enerjisi idxalını dayandırıb - "Reuters"

🇧🇷 ABŞ-nin Venesuelaya hücumlarından sonra Braziliya HHM sistemlərini gücləndirir.

📍 NATO-nun sabiq baş katibi Yens Stoltenberq Qərb ölkələrini Rusiya ilə “qonşu kimi danışmağa” çağırıb.

✍️ Suriya prezidenti kürdlərin hüquqlarını qoruyan fərman imzalayıb.

🚨 Türkiyənin 49 yaşlı veteran futbolçusu Ümid Karan narkotik ittihamı ilə bağlı həbs edilib.

➡️ KİV: "PSJ"nin baş məşqçisi Luis Enrike yayda "Real Madrid"ə rəhbərlik edə bilər.

📲 “Samsung” öz smartfonlarında süni intellektin əsas imkanlarını istifadəçilər üçün ödənişsiz edəcəyini açıqlayıb.
14
🇸🇾✍️ Suriya Prezidenti Əhməd əl-Şaraa ölkədə yaşayan kürdlərin hüquqları ilə bağlı geniş fərman imzalayıb. Fərmana görə,

Suriya kürdləri Suriya xalqının və milli kimliyinin ayrılmaz hissəsidir.

Kürdlərin mədəni və dil hüquqları rəsmi olaraq tanınır və qorunur.

Kürd dili rəsmi olaraq dövlət dili kimi tanınır və kürdlərin yaşadığı ərazilərdəki məktəblərdə tədris olunacaq.

Novruz (21 mart) bütün Suriyada milli bayram elan edilir.

1962-ci il əhali siyahıyaalınmasında vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlığın bərpası hüququ verilib.

Etnik mənsubiyyətə və ya dilə əsaslanan ayrı-seçkilik qadağandır.
👍38😡91
⚽️ Günün futbol qrafiki

🇬🇧 İngiltərə
16:30 Man.Yunayted – Man.Siti (İdman TV)
19:00 Liverpul – Bernli
19:00 Çelsi – Brentford (İdman TV)
19:00 Tottenhem – Vest Hem
21:30 Not.Forest – Arsenal (İdman TV)

🇪🇸 İspaniya
17:00 Real – Levante
19:15 Malyorka – Atletik
21:30 Osasuna – Ovyedo
00:00 Betis – Vilyarreal (İdman TV)

🇮🇹 İtaliya
18:00 Udineze – İnter
21:00 Napoli – Sassuolo
23:45 Kalyari – Yuventus

🇹🇷 Türkiyə
18:00 Başakşəhər – Fatih Karagümrük
21:00 Qalatasaray – Qaziantep

🇩🇪 Almaniya
18:30 Borussiya D – Sankt Pauli
18:30 Volfsburq – Haydenhaym
18:30 Hamburq – Borussiya M.
18:40 Köln – Maynts
21:30 Leyptsiq – Bayern
5👍3
📺 Günorta xəbərləri:

🇸🇾 Suriya ordusu Hələb ətrafında, YPG-nin işğalı altındakı bölgəni tam nəzarətə götürüb.

✈️ Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılıb.

🇮🇹 İtaliyanın "Fiorentina" futbol klubunun prezidenti Rokko Kommiso 76 yaşında vəfat edib.

🚑 Bu gün saat 11:30 radələrində “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi sərnişinin halı pisləşib. Əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

🚨
DİN: Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılıb. Axtarışda olan 126 nəfər isə saxlanılıb.

📍 Bu il 12–14 mart tarixlərində Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumu çərçivəsində 400-dən çox beynəlxalq qonağın gəlməsi gözlənilir.

📍 Azərbaycan Pakistandan sarıkök tədarükünü bərpa edib. Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min dollarlıq 547 ton sarıkök idxal edib.

🚌 Bu gündən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək.

🌨️ Bazar günü Bakıya sulu qar, rayonlara qar yağacaq
9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🗣️ İranın Ali Dini Lideri Xamenei ölkədəki xaosa görə Amerikanı günahlandırıb: “Hamısı ABŞ-nin planı idi”.

❗️ Xamenei əhalinin həyat səviyyəsinin problemlərindən də söz açıb:

“Ölkədə iqtisadi vəziyyət ağır olaraq qalır. Dövlət məmurları həmişəkindən daha qətiyyətli işləməlidirlər”.

📍 HRANA-nın məlumatına görə, İrandakı etirazlar zamanı 3090-dan çox etirazçının öldürüldüyü təsdiqlənib, daha 3882 iş araşdırılır.
😡289👍8👎3😁3
🟡 Yanvarın 18-19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
👏4
⚡️🇺🇸 Trampdan Qrenlandiyanın müttəfiqlərinə zərbə

❗️ ABŞ Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya rüsumları fevralın 1-də 10%-ə, iyunun 1-də isə 25%-ə qaldıracağını açıqlayıb.

Bu tariflər Qrenlandiyanın yekun və tam alınması ilə bağlı razılaşma əldə olunana qədər qüvvədə qalacaq.
👎29👍5🤔1
🗣️ Tramp Xamenei haqqında:

İranda yeni rəhbərlik axtarmağın vaxtı çatıb. Bu adam xəstədir. Ölkəni düzgün idarə etməli və insanları öldürməkdən əl çəkməlidir.

Məhz bərbad idarəçiliyə görə İran bütün dünyada yaşanılası ən pis yerə çevrilib.

Onun bir rəhbər kimi günahı ölkəni tamamilə məhv etməsi və görünməmiş miqyasda zorakılıq tətbiq etməsindədir.
35👎15👏9
🎥 Filmlər haqqında paylaşımlar edən maraqlı bir kanal var.

📍 Burada çoxlarının bilmədiyi, baxmadığı kinolar haqqında qısa məlumat və filmlərin özü paylaşılır.

➡️ t.me/omaryk
👍72👎1
⚡️⛴️ Rusiyanın “kölgə donanması”na məxsus olan daha bir gəmi İtaliya sahillərində saxlanılıb.

Gəmi Novorossiyskdən yüklənmiş 33 min ton dəmir daşıyırdı.

Xatırladaq ki, 2022-ci ildə Aİ Rusiyanın metallurgiya məhsullarının idxalına sanksiyalar tətbiq edib.
👍179👎3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 Sumqayıtda küçə ticarətinə qarşı reyd keçirilib.

Mağazanın qarşısına yığılan və səkini daraldan məhsulların satıcıdan müsadirə edilməsi birmənalı qarşılanmayıb.
😡50👏9👍6😁41😢1
⚡️🇹🇷 Türkiyənin “Fənərbaxça” klubu bundan sonra bütün futbolçularının maaşlarının 1%-ni kasıb ailələrin uşaqlarına dəstək olmaq üçün bağışlayacağını açıqlayıb.

❗️ Klubun yaydığı bəyanatda bildirilir ki, bu təşəbbüsə razı olmayan futbolçuların transferindən imtina ediləcək.
👏8218👍8
Səhər xəbərləri:

⚡️ Ağsuda 4 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Şamaxıda da hiss olunub. FHN bildirib ki, Şamaxı və Ağsuda zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.

🚨 Şəmkirdə minik avtomobilinin ağaca çırpılması nəticəsində xəsarət alan 1985-ci il təvəllüdlü R. Süleymanov xəstəxanada dünyasını dəyişib. Digər yaralı — 2001-ci il təvəllüdlü K. Məmmədovun vəziyyəti ağırdır.

🇪🇺 Avropa İttifaqı səfirləri Trampın 8 Avropa ölkəsinə rüsum tətbiq etməsi ilə bağlı bu gün Brüsseldə təcili iclas keçirəcəklər - "Reuters"

💰 Tramp Qəzza idarəetmə şurasındakı daimi yer üçün ölkələrdən ən azı 1 milyard dollar almaq istəyir - "Bloomberg"

🇸🇾 Suriya ordusu PKK qüvvələrini Raqqa hərbi aerodromundan çıxarıb.

🚀 Cənubi Koreya "Hyunmoo-5" ballistik raketlərinin yerləşdirilməsinə başlayıb.

❄️ Avstriyada qar uçqunları nəticəsində ölənlərin sayı səkkizə çatıb.

🇵🇹 Portuqaliyada bu gün prezident seçkiləri keçiriləcək və bu vəzifə uğrunda 11 namizəd (10 kişi və bir qadın) mübarizə aparacaq.
🙏86
🇮🇷 İran hökuməti əksər vətəndaşları üçün interneti birdəfəlik bağlamağı planlaşdırır - "The Guardian"

Qlobal internetdən istifadə yalnız rəsmi şəxslər və yoxlanılmış vətəndaşlar üçün əlçatan olacaq.

Qalan hər kəs sadəcə dövlətin nəzarətində olan milli şəbəkədən istifadə edə biləcək.
😡46👍19
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🗣️ Kremlin ideoloqu Aleksandr Duqin hesab edir ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan suveren dövlət kimi mövcud olmamalıdır:

“Çünki bu ölkələr bizim nəzarətimizdə olmasalar, İsveçrə kimi neytral olmayacaqlar, Qərbin, Avropa Birliyinin Amerikanın plasdarmı olacaqlar”.
😡53😁25👎4👍2
📺 Axşam xəbərləri:

🇺🇦 Ukrayna SQ-nin baş komandanı Aleksandr Sırskı: "Ukrayna yeni hücum əməliyyatları planlaşdırır"

🇮🇷 İranda keçirilən genişmiqyaslı etirazlar zamanı ölənlərin sayı 5 000 nəfərə çatıb. Onlardan təxminən 500-ü təhlükəsizlik xidmətinin əməkdaşlarıdır - "Reuters"

🗣️ İran Prezidenti Məsud Pezeşkian: "Ölkəmizin Ali Liderinə qarşı hər hansı bir təcavüz İran xalqına qarşı tam müharibə elan edilməsinə bərabərdir"

🇸🇾 Suriyada Deyrizor və Rakka şəhərləri YPG/SDQ-dən təmizlənib.

✍️ Suriyada atəşkəs əldə olunub, hökumət neft yataqlarına nəzarət edəcək.

📍 Orban Trampın Qəzza üzrə Sülh Şurasına daxil olmaq təklifini qəbul edib.

🌊 Zimbabvedə daşqınlar nəticəsində ən azı 74 nəfər ölüb.

🚀 Hindistan Ermənistana "Pinaka" idarə olunan raketlər göndərib.

❗️ Yanvarın 21-də Bakıda "Qarabağla qarşılaşacaq Almaniyanın "Ayntraxt" klubu baş məşqçisi Dino Toppmöllerlə yollarını ayırıb.

⚠️ Sabah təmir işləri ilə əlaqədar Keşlə qəsəbəsinin su təchizatında müvəqqəti fasilə yaranacaq.
11👍1