Şəbəkə
14.9K subscribers
7.66K photos
5.83K videos
1 file
743 links
📳 Reklam təklifləri qəbul olunur.

Əlaqə: @bot_shebeke
Download Telegram
📺 Axşam xəbərləri:

📍 Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edilib.

📍 Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib.

❗️ Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim edilib.

📍 İran XİN rəhbəri: ABŞ-la danışıqlar yaxşı başlanğıcdır, müzakirələr davam etdiriləcək.

❗️ ABŞ İran neftinin ticarəti ilə əlaqəli gəmi və şirkətlərə sanksiyalar tətbiq edib.

‼️ Aİ-nin 20-ci sanksiyalar paketi Rusiya neftini daşıyan gəmilərə xidmət göstərilməsini qadağan edəcək.

🇦🇲 Ermənistan Prezidenti Vaaqn Xaçaturyan parlament seçkilərinin keçiriləcəyi tarixi təsdiqləyib - seçkilər iyunun 7-nə təyin edilib.

🚨 Xırdalanda yeniyetmənin döyülməsi ilə bağlı araşdırma aparılır.

📍 Azərbaycan və İordaniya arasında müntəzəm aviareyslər müzakirə olunur.
7
Səhər xəbərləri:

💣 Gecədən başlayaraq Ukraynanın bir sıra şəhərləri raket və Pua-larla vurulur.


❗️ ABŞ rəsmi olaraq İranla ticarət edən bütün ölkələrə 25% tarif tətbiq edib.

📍 Vaşinqton və Kiyev mayda Ukraynada seçkilərin və referendumun keçirilməsini müzakirə edir.

📍 Rusiya ABŞ-nin Zaporojye AES-lə bağlı təklifini rədd edib - “Reuters”

💰 Dövlət Departamenti Ukraynaya 185 milyon dollarlıq ehtiyat hissəsinin satışını təsdiqləyib.

💣 İsrail ordusu HAMAS-ın silah anbarını vurub.

🙏 Britaniyalı məşhur repçi Central Cee İslamı qəbul etdiyini açıqlayıb.

🇦🇿 Azərbaycan cüdoçuları Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayacaqlar. Turnir fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda 8 cüdoçu ilə təmsil olunur.
15
⚡️ Liseydə güllələnən müəllim palataya köçürülüb, vəziyyəti stabildir

🚨 Müəllimini güllələməkdə təqsirləndirilən şagird barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
🙏251👍1👎1
"Qarabağ" ən bahalı transferini etməyə çox yaxındır.

Ağdam təmsilçisi Fransanın “Loryen” klubunun seneqallı hücumçusu Sambou Soumanonu transfer etmək üçün danışıqlar aparır.

Tərəflər arasında danışıqlar uğurla davam edir.
👍43😁64🔥2
⚡️🇦🇿 Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində 60 kq çəkidə mübarizə aparan cüdoçumuz Balabəy Ağayev qızıl medal qazanıb.
73👏21👍8
🔥 Yanvar ayında Ukrayna PUA-ları Rusiyanın müharibəyə cəlb etdiyindən daha çox şəxsi heyəti məhv edib — Ukrayna SQ-nin baş komandanı Sırski

Onun sözlərinə görə, Ukrayna ordusunun PUA bölmələri təkcə yanvar ayında 29 min 700 işğalçını məhv edib.

Rusiya isə yanvarda təxminən 22 min nəfəri orduya cəlb edə bilib.
32👍11😁7👎2👏2🔥1
Forwarded from ŞEDEVR +
Bakıdakı “İdrak” liseyində müəllimini güllələyən şagirdin qəribə "TikTok" repostları diqqət çəkib.

Belə ki, onun paylaşımlarından Vladislav Roslyakova xüsusi rəğbət bəslədiyi görünür. Demək olar ki, şagirdin bütün "TikTok" repostları məhz Roslyakovla bağlıdır.

Qeyd edək ki, Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecinə ov tüfəngi ilə gələrək, 20 tələbəni öldürmüş, 60-dan çox insanı isə yaralamışdı.

Bu hadisə Rusiya tarixində ən ağır məktəb hücumlarından biri hesab olunur və “Kerç Kolumbaynı” adlandırılır. Hadisə ABŞ-da baş vermiş Kolumbayn məktəb atışmasından ilhamlanaraq törədilmişdi.

Kim bilir, bəlkə də böyük faciədən dönmüşük..

t.me/shedevrplus
😡30🙏21
⚡️⚽️ KİV: “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə karyerasını MLS-də davam etdirəcək. ABŞ təmsilçisindən biri ilə razılıq əldə olunub.
👍61😁18🙏32
⚡️🇮🇷🇺🇸 İran ABŞ-yə qarşı genişmiqyaslı müharibə senarisi hazırlayır, - “Tasnim”

Agentliyin məlumatınа görə, Tehran ABŞ-nin hücumuna məruz qalacağı təqdirdə kompleks tədbirlər planı hazırlayıb.

Plan ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi bazalarına ballistik raket və PUA-larla kütləvi hücumunu nəzərdə tutur.
15😁5👍4🔥3😡2
❗️ ABŞ müharibəni bitirməklə bağlı Rusiya və Ukraynaya vaxt qoyub, — Zelenski

«Amerikanlar tərəflərə yaya qədər müharibəni dayandırmağı təklif edir və bu qrafika uyğun olaraq təzyiq göstərə bilərlər”.
🔥8🤔7👍1
⚡️❗️Qarabağ”ın azarkeşlərinin “Neftçi” ilə olan oyuna buraxılmaması ortaq qərardır.

Bu, son dövrlərdə azarkeşlər arasında yaşanan gərginlik səbəbindən atılan addımdır.

Belə ki, hər iki klubun rəhbərliyinin ortaq qərarına əsasən, azarkeşlər arasında xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə müvəqqəti olaraq rəqibin fanat qruplarının stadiona buraxılmamasına dair razılıq əldə olunub.
👎40👏7👍4😁4🎉2
📺 Axşam xəbərləri:

✈️ “Virgin Atlantic” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda məcburi eniş edib.

💣 İsrail Ordusu Qəzzaya hava zərbəsi endirib.

🇮🇷 İran parlamenti sabah ABŞ-la danışıqlara dair qapalı iclas keçirəcək.

🤝 Fransa və Ukrayna PUA-ları birgə inkişaf etdirmək barədə razılığa gəlib.

🇹🇷 Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək.

‼️ Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq.

🔥 Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir.

🚑 Qubanın Xucbala kəndində bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib. Onlar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

🇦🇿 Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.
🔥5
📺 Səhər xəbərləri:

🚀 Rusiya Odessaya kütləvi hava zərbəsi endirib, ölən və yaralananlar var.

🇬🇧 Britaniya Baş naziri Epşteyn qalmaqalı ilə bağlı istefa verə bilər.

🇮🇷 İranda etirazçıları dəstəkləyən bir neçə siyasi xadim saxlanılıb.

🌔 Mask Ayda və Marsda şəhərlər salmağı vəd edib.

🚨 Bakıda İran vətəndaşı ilə əlbir olan 2 nəfərdən 21 kq narkotik götürülüb.

🚨 Şəmkirin Kür qəsəbəsində H.Abuzərli (17) şəxsi münasibətlər zəminində, S. Məmmədlini (15) bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

🔥 Balakənin Xalatala kəndində həyətlərdən birində yanğın olub, 100 ev quşu tələf olub.

✈️ ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bu gün (9-10 fevral) Ermənistana, sabah isə (10-11 fevral) Azərbaycana səfər edəcək.
👏52
🗣️ Bəhlul Mustafazadənin atası:

“Bəhlulla danışdım, dedi ki, onlar (çinlilər) indi klubun düşərgəsinə qatılmasını tələb ediblər. Çempionat martda başlasa da, hazırlıq mərhələsinə qatılması və transfer pəncərəsinin bağlanması səbəbindən bu addımı atıblar.

2+1 illik müqavilə təklif olunub. Lakin Bəhlul son anda imtina edib.

Deyib ki, komandanın ("Qarabağ") qarşıda iki vacib oyunu və sıx qrafiki var. Bu şəraitdə, çətin vəziyyətdə “Qarabağ”ı tərk etmək istəməyib.

Qarşı tərəf isə “indi gəlsin” deyib. Nəticədə Bəhlul özü‘“Qarabağ”da qalmaq qərarını verib".

✍️ futbolinfo.az
👍8621👎2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔞 Videoda qeyri-normativ leksika var.

🔥💣 Rusiyaya məxsus PUA (Shahed) Ukrayna səmasında F-16 təyyarəsi ilə vurulur.
🔥42😍84👏3👍1
🌨️ Azərbaycanda fevralın 10-11-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcəyi gözlənilir.

Bakıda və Abşeronda sabah hava şəraitinin arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur.

Fevralın 11-də şimal-qərb küləyi mülayimləşsə də, fasilələrlə yağıntılı hava şəraiti davam edəcək.
9👍3👎2🔥2
⚡️ Sabiq deputat, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı vəfat edib.
🎉3115😁12🔥2
⚡️ Ramiz Mehdiyevin cinayət işi üzrə həbs edilən Əli Kərimlinin həbs müddəti daha 4 ay uzadılıb.
😡47👍8🤔31
📺 Səhər xəbərləri:

🇺🇸
ABŞ-nin vitse prezidenti J.D.Vens bu gün İrəvandan Bakıya gələcək.

🛰️ ABŞ Ermənistana 11 milyon dollarlıq müşahidə dronları satdığını elan edib.

📍 Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 12 məsələ daxil edilib.

📍 Bu gün müxtəlif cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşı Ruben Vardanyanın növbəti məhkəmə prosesi keçiriləcək.

⚠️ Bu gün təmir işləri ilə əlaqədar Tovuz, Sabirabad və Hacıqabulun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

❗️Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
5👍2
🚨 Yasamal rayonu, Bakı dairəvi yolda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Lökbatan" dairəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
1