Futbolinfo
7.31K subscribers
14.1K photos
7.24K videos
1 file
7.76K links
Əlaqə üçün: @futbolinfoadmin

Ən son futbol xəbərləri!
http://futbolinfo.az
Download Telegram
Forwarded from Albert Eynişeydi
⚽️ 1950-ci ildə Uruqvay final oynamadan futbol üzrə Dünya Çempionu olan yeganə ölkədir.

...Çünki bu Dünya Çempionatında nə final olub, nə də yarımfinallar. FİFA-nın qərarı ilə 1950-ci ildə Dünya Çempionatının sistemi dəyişdirilmişdi. Çempionatda 13 ölkə iştirak edirdi. İlk turda bu ölkələr 4 qrupda oynayırdılar. Daha sonra bu 4 qrupun liderləri ayrıca bir qrupa salınırdı. Qrup lideri olan ölkə isə dünya çempionu olurdu. "1950" - Dünya Çempionatı tarixindəki ən fərqli tur sistemi olan çempionatdır.

İkinci turda qrupda Uruqvay həmin son oyunda Braziliyanı 2-1 hesabı ilə udaraq xal fərqli ilə çempion olmuşdu. Bu oyunu "final" saymaq olar, amma bildiyimiz final anlayışından fərqlidir. Çünki oyunda Braziliya bərabər qalsa, xal çoxluğuna görə çempion ola bilərdi. Bu matçı Marakana stadionunda təxminən 200 000 insan izləmişdi. Çox böyük rəqəmdi.

Ümumiyyətlə 1950-ci il Dünya Çempionatı çox qəribə keçib. II Dünya müharibəsinə görə 12 il idi ki, insanlar Dünya Çempionatı görmürdülər. Türkiyə və Hindistan bu Dünya Çempionatına qatılmaq haqqı qazansalar da, gedə bilməmişdilər. Çempionat uzaqda - Braziliyada keçirildi və Türkiyə maddi sıxıntılara görə milli komandanı çempionata göndərə bilməmişdi. Hindistan isə həm maddi sıxıntılara görə, həm də futbolu çılpaq ayaqla oynadıqlarına görə çempionata qatıla bilməmişdilər.

ℹ️ 22-ci Dünya Çempionatına - 2022 Dünya Çempionatına cəmi 3 gün qaldı...

İstinad: History of Soccer, GOAL
Hazırladı: Albert Eynişeydi

📌 Qeyd: Burada sizin reklamınız ola bilər. Məsələn, idman mağazaları, fintess salonları, fitness avadanlıqları, turizm agentlikləri və s.

#futbol #dünyaçempion #idman #final #çempion #dünya #tarix
Forwarded from AzPFL
📌 Finalda heyətlər:

Oyunu canlı olaraq “AzPFL” yutub kanalımızdan izləyə bilərsiniz 👇🏻

https://www.youtube.com/live/IspTjjrNrIY?feature=share

#azpfl #pfl #AzərbaycanKuboku #final
Forwarded from AzPFL
🏆 "Qəbələ" Azərbaycan Kubokunun qalibi oldu!

#azpfl #pfl #AzərbaycanKuboku #final
Forwarded from AzPFL
2022/2023 mövsümü Azərbaycan Kubokunun qalibi "qırmızı-qaralar"! 🔴

#azpfl #pfl #AzərbaycanKuboku #final
Forwarded from AzPFL
🏆Azərbaycan Kubokunda final: "Zirə” - “Qarabağ” 🦅🐎

#azpfl #pfl #AzərbaycanKuboku #final #ZirəQarabağ
Forwarded from AzPFL
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xalq artisti Aygün Kazımova Azərbaycan Kubokunun finalında 🤩
İyun 𝐀𝐘ının 2-ci 𝐆𝐔̈𝐍ü görüşərik. “Sağ-salamat” gəlin! 😉

“Qarabağ” – “Zirə”
2 İyun / 20:00 / “Liv Bona Dea Arena”

Aygün Kazımovanın konsert proqramı: 19:00
Matçın startı: 20:00

Biletlər 25 maydan etibarən “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satışda olacaq. Bilet qiymətləri: 5 ₼, 10 ₼, 15 ₼, 50 ₼.

#azpfl #pfl #azərbaycankuboku #final #qarabağzirə #aygünkazımova
Forwarded from AzPFL
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📣 Final həyəcanına sayılı günlər qalmış azarkeşlər üçün sevindirici xəbər! 🤩
Azərbaycan Kubokunun finalına bilet alacaq şəxslər üçün ödənişsiz nəqliyyat vasitələri ayrılacaq 🚌

"Qarabağ" və "Zirə" komandaları arasında “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan Kubokunun final matçında tamaşaçıların rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə ödənişsiz nəqliyyat vasitələri ayrılacaq.
Oyun günü, yəni iyun ayının 2-də saat 17:00-dan etibarən metronun Koroğlu stansiyasının qarşısından “Baku Bus” MMC-yə məxsus ödənişsiz avtobuslar futbolsevərlərin xidmətində olacaq. Tamaşaçıların oyunun bitmə saatına uyğun olaraq əks istiqamətdə daşınması da təmin ediləcək. Nəqliyyat vasitəsinin xidmətindən istifadə etmək üçün biletlərin təqdim olunması yetərlidir.

#azpfl #pfl #azərbaycankuboku #final
Forwarded from AzPFL
Biletlər artıq satışda! 😊

Saat 10:30-dan 18:00-a kimi “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından biletləri əldə edə bilərsiniz.

Bilet qiymətləri: 5 ₼, 10 ₼, 15 ₼, 50 ₼.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalına bilet alacaq şəxslər üçün metronun “Koroğlu” stansiyasının çıxışından ödənişsiz nəqliyyat vasitələri ayrılacaq 🚌

#azpfl #pfl #azərbaycankuboku #final
Forwarded from AzPFL
📌 “Qarabağ” - “Zirə” heyətlər
🕢20:00
📺Canlı yayım 👇

https://www.youtube.com/live/jlZYALuk2uo?si=4HLlq4m-EiVlDrqA


#azpfl #pfl #azərbaycankuboku #final