Futbolinfo
6.44K subscribers
13.1K photos
6.92K videos
1 file
6.72K links
Əlaqə üçün: @futbolinfoadmin

Ən son futbol xəbərləri!
http://futbolinfo.az
Download Telegram
Forwarded from AzPFL
🏆Azərbaycan Kubokunda final: "Zirə” - “Qarabağ” 🦅🐎

#azpfl #pfl #AzərbaycanKuboku #final #ZirəQarabağ
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

https://futbolinfo.az/musa-qurbanli-basimi-dik-tutmaga-calisiram/

http://Futbolinfo.az
“Neftçi” Azərbaycan Kubokunda növbəti dəfə “Qarabağ” səddinə ilişib. Bakı klubu kubok tarixində 9-cu dəfə əzəli rəqibinə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

“Ağ-qaralar” kubokda yalnız 4 dəfə “Qarabağ”dan daha güclü olub. Bunun isə sonuncusu 11 il əvvələ – 2012/13 mövsümünə təsadüf edib. Həmin vaxt “Neftçi” yarımfinalda iki matçın cəmində 4:3 hesablı qələbə qazanıb.

Həmin vaxtdan bəri komandalar ölkə kubokunda 4 dəfə üz-üzə gəliblər. 2014/15 və 2015/16 mövsümlərinin finalında “Qarabağ” əzəli rəqibini məğlub edib. 2016/17 mövsümünün yarımfinalında isə finala yüksələn ağdamlılar olub.

Qeyd edək ki, “Qarabağ” yarımfinalın hər iki matçında “Neftçi”ni böyük hesabla (4:0, 4:1) məğlub edərək finalda “Zirə”yə rəqib olub.

http://Futbolinfo.az
“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

https://futbolinfo.az/yurqordenin-bas-m%c9%99sqcisi-musanin-depressiyaya-dusduyu-hiss-olunur/

http://Futbolinfo.az
Azərbaycan Kubokunun yarımfinalında “Qəbələ”ni üstələyən “Zirə” titula yiyələnmək və Avropa Lqiasına vəsiqə qazanmaq üçün finalda “Qarabağ”a qalib gəlməlidir.

Bu baş verərsə, qəsəbə təmsilçisi qitənin ikinci dərəcəli klub turnirində mübarizəyə 1-ci təsnifat mərhələsindən qoşulacaq. Lakin Rəşad Sadıqovun yetirmələrinin UEFA əmsalı aşağı olduğundan, komanda püşkatma zamanı səpələnməmişlərdə qərarlaşacaq. Yəni püşk “Zirə”yə güclülərin səbətində qərarlaşacaq komandalardan birini rəqib edəcək.

Hələlik Avropa Liqasında 1-ci təsnifat mərhələsinin yalnız bir iştirakçısı məlumdu. Bu, Qazaxıstan təmsilçisi “Tobol”dur. Lakin adıçəkilən komandanın səbəti hazırda qeyri-müəyyəndir. “Zirə” kuboku qazansa, çox güman ki, “Tobol” mümkün rəqiblər sırasında olacaq.

Qeyd edək ki, Avropa Liqasında I raundun püşkü iyunun 18-də atılacaq.

http://Futbolinfo.az
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev ölkə xaricindədir. O, milli komandanın yeni baş məşqçisi olmağa namizədlərlə danışıqlar üçün Bakını tərk edib.

AFFA rəhbərliyi hazırda 4 əcnəbi mütəxəssislə təmasdadır. Onlardan ikisi anlaşmağa daha meyllidir. İcraçı vitse-prezident namizədlərin istəkləri ilə tanış olub müzakirələr aparır. Yekun qərar AFFA İcraiyyə Komitəsində veriləcək.

Xatırladaq ki, İcraiyyə Komitəsinə namizədlərin siyahısı katiblik tərəfindən təqdim edilir. Hacıyev həm də baş katib vəzifəsini icra etdiyindən danışıqları məhz o aparır.

http://Futbolinfo.az
Forwarded from AzPFL
📌 I Liqada 2️⃣3️⃣-cü turun oyun cədvəli 🗓

📺 Oyunları “I Liqa / II Liqa” “youtube” kanalından canlı olaraq izləyə bilərsiniz.

#azpfl #pfl #birinciliqa
GÜNÜN ƏSAS OYUNLARI

İngiltərə, Premyer Liqa
23:00. Brayton - Mançester Siti (beİN Sports 3, İdman TV)

İtaliya, A Seriyası
22:00. Udineze - Roma (Futbol 1)

http://Futbolinfo.az
"Barselona"nın prezidenti Xuan Laporta: "Azarkeşlərimizi uzun müddəti idi, belə həyacanlı görmürdüm. Xavi bizimlədir, işində qalacaq".

http://Futbolinfo.az
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Ağayev aprelin 28-də keçiriləcək “Panatinaikos” – “Aris” matçını idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək edəcəklər. Digər FİFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.

Oyun saat 21:30-da başlayacaq. “Panatinaikos”a türkiyəli mütəxəssis Fatih Terim rəhbərlik edir.

http://Futbolinfo.az
PSV-yə növbəti dəfə Niderland çempionu olmaq üçün cəmi 1 xal lazımdır

http://Futbolinfo.az