Futbolinfo
7.36K subscribers
13.8K photos
7.14K videos
1 file
7.43K links
Əlaqə üçün: @futbolinfoadmin

Ən son futbol xəbərləri!
http://futbolinfo.az
Download Telegram
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” İsveç çempionatında 5-ci tur oyununa çıxıb. Komanda öz meydanında “Malmö”nü qəbul edib.

Son 2 matçda olduğu kimi, bu dəfə də Musanın adı görüşün iştirak ərizəsinə daxil edilməyib. Qurbanlının yoxluğunda komandası ardıcıl ikinci dəfə uduzub – 0:1.

“Yurqorden” hazırda turnir cədvəlində 7 xalla 7-ci pillədə qərarlaşıb.

http://Futbolinfo.az
“Qalatasaray”ın qapıçısı Fernando Muslera Uruqvay milli komandasındakı karyerasını başa vurub. Bu barədə Uruqvay Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

37 yaşlı qolkiper 2009-cu ildən Uruqvay millisində çıxış edirdi. O, yığmada 133 oyun keçirib.

http://Futbolinfo.az
"Real"ın uzun müddət zədəli olan qapıçısı Tibo Kurtua komanda ilə ümumi məşqlərə başlayıb.

http://Futbolinfo.az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Barselona"da keçdiyi təcrübə zamanı klubun prezidenti Xuan Laporta ilə görüşüb.

http://Futbolinfo.az
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətin təmin etməyib. “Neftçi-2″nin futbolçusu Ağadadaş Salyanski “Sumqayıt-2” ilə matçda qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması və komandanın 300 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

20 yaşlı futbolçu Əvəzedicilər Liqasının XXIX turunda “Sumqayıt”a 1:3 hesabı ilə məğlub olduqların matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

http://Futbolinfo.az
GÜNÜN ƏSAS OYUNLARI

İspaniya, La Liqa

23:00. Real Sosyedad - Real (S Sport 1)

İtaliya, A Seriyası
22:45. Frosinone - Salernitana (CBC Sport, Futbol 1)

Almaniya, Bundesliqa
22:30. Bohum - Hoffenhaym (Futbol 3)

Fransa, Liqa 1
23:00. Monpelye - Nant

Türkiyə, Super Liqa
21:00. Adana Demirspor - Qalatasaray (beİN Sports 1)

http://Futbolinfo.az
Təqdim etdiyimiz 5 oyunun nəticəsini tapan ilk şəxs bizdən 50 AZN bonus qazanacaq.

● Real Sosyedad - Real
● Frosinone - Salernitana
● Bohum - Hoffenhaym
● Bohum - Hoffenhaym (ilk hissə)
● Monpelye - Nant (ikinci hissə)

Qaliblər bu postun şərh bölməsinə variantlarını saat 22:30-a kimi göndərənlər arasından seçiləcək.

Qeyd: oyunların hesabını yox, yekun nəticəni yazmaq kifayətdir.
* düzəliş edilən kuponlar ləğv ediləcək.
* bir neçə variant yazan izləyicilərin yalnız ilk kuponu əsas götürüləcək.

http://Futbolinfo.az
Futbolinfo pinned a photo
Futbol üzrə Azərbaycan milli yığma komandasının üzvü Mahir Emreli Zaqrebdə keçirilən Avropa çempionatında cüdoçularımızın yarışlarını izləyib.

Mahir Xorvatiyanın “Dinamo” klubunda daşıdığı formasını cüdoçumuz Hidayət Heydərova hədiyyə edib.

http://Futbolinfo.az
AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda Azərbaycan Kubokunun yarımfinalı ilə bağlı aşağıdakı qərar qəbul olunub:
Azərbaycan Kubokunda yarımfinalın “Qarabağ” – “Neftçi” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 800 manat cərimə edilib.

http://Futbolinfo.az
Forwarded from AzPFL
🏆Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib. Mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 2 iyun tarixində “Liv Bona Dea Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

#azpfl #pfl #AzərbaycanKuboku