@dusharge || همت شهبازی
271 subscribers
119 photos
2 videos
30 files
346 links
@dusharge
کانالدا کی یازی‌لاری کانالین لینکینی وئرمک شرطی ایله پایلاشماق اولار.
اشتراک‌گذاری مطالب کانال به شرط ارائه لینک آن مجاز است.
Download Telegram
حؤرمتلی یازار #دوکتور_اسمیرا_خانیم_فواد تقدیماتیندا #باکی‌دا چیخان #۵۲۵.جی قزئتده

Tanıyaq və tanıdaq: #Hümmət_Şahbazi

#Əziz_oxucular, " #525-ci qəzet"də "Günümüzün #Güney_Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb. 

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş #Güney_şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
 
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...  

Türkiyənin ünlü filosof-yazarı #Cəmil_Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular! 

#Esmira_Fuad
Filologiya elmləri doktoro

#Hümmət_ŞAHBAZİ

1971-ci ildə #Muğan mahalının Nəriman kəndində dünyaya göz açıb. İlk təhsilini doğulduğu kənddə alıb. 1983-cü ildən ailəsi ilə birlikdə Muğanın #Parsabad şəhərinə köçüb. Ali təhsilini 1991-ci ildə bitirdiyi #Təbriz_Universitetinin fars dili və ədəbiyyatı fakültəsində alıb.

Bədii yaradıcılığa 16 yaşında başlayıb. İlk şeiri ("Vətən") "İslami birlik" həftəliyində dərc olunub. O, həm də araşdırmaçı və tərcüməçi kimi tanınıb. Bir sıra tanınmış türk müəlliflərinin əsərlərini fars dilinə çevirib. Çoxlu sayda kitabları və məqalələri dərc olunub.


#şeirlər:

"#Təpəgöz"ləşən fəryad


İçimin dərinliyində 
boğur qarışqaların nəfəsi məni, 
darıxıram 
xinovlanmış sükutuma, 
amma sənin səsin 
kirpiklərinin altında gizlənmiş. 
Dünən 
şeirimdə bir kəlmə yatmışdır 
eyni ilə kirpiklərinin altında 
mürgüləyən fəryad kimi, 
sonra, o fəryad 
"təpəgöz"ləşdi, 
harınlaşdı, 
bütün röyaları uddu
və sevgimiz 
uyumayan qayalarda qaldı: 
- Havax görüşə bilərik sevdiciyim? 
  
Hə! Ara vermədən deyim kı: 
Bu gün Dədə Qorqud gəlmişdi bizə, 
"Basat"ı da özü ilə gətirmişdi; 
Sən, gördüm gözəlləşmişdin, 
kirpiklərin açıldıqda, 
gözlərin daha da axıcı idi...
Kirpiklərinin qatında 
sonsuz səsləri 
gizlətmək olardı


http://525.az/site/?name=xeber&news_id=129354#gsc.tab=0