@dusharge || همت شهبازی
283 subscribers
119 photos
2 videos
30 files
346 links
@dusharge
کانالدا کی یازی‌لاری کانالین لینکینی وئرمک شرطی ایله پایلاشماق اولار.
اشتراک‌گذاری مطالب کانال به شرط ارائه لینک آن مجاز است.
Download Telegram
#Hadi_qaracay bəyin insta səhifəsində son sorğusunu izlərkən
.

🌿 Azərbaycan yazarı bu xalqdandırsa türkcədə yazmalıdır

🌿 #Hümmət_Şəhbazi

🌱İlk kitabımda on ilin öfkəsini yaşamışdım. Öyrəncilik zamanı ana dilimizdə sərbəst şeir yazanda "bu dildə sərbəst şeir də yazmaq olar məyər" alay dolu bir sorğu ilə bizi təhqir edənlərə şahid olmuşam. Özü də başqa bir fars bölgəsində yox, elə qulağımızın dibində, hamımıza doğma olan, kökümüz, dilimiz bir olan təbrizimizdə eşidirdim bunu. O zamandan "mən bu ədəbiyyat haqda yazaram, siz də görərsiz bu dildə ədəbiyyat vardı" cavabını bilinc altı köksümdə öfkə ilə gəzdiriridim. Belə də oldu. On il öfkə öz işini gördü. Farsca yazdığım " #nəqde-şeire-müasere-azərbaycan".
Bu kitabın fars dilində yazılmasının təkcə amacı bu idi. Hətta bu kitabda ki bəzi bölümlər öncələr qəzetlərdə türkcəmizdə çap olmuşdu və mən onları farscaya tərcümə etdim.

🌱Bu kitabdan sonra "ciddi yazılarımı türkcəmizdə yazacağam" qərarına gəldim. Ara sıra farsca gedən yaddaştlar isə ciddi yazılar yox, gündəlik necə deyərlər tükətim ( məsrəf) tarixi olan yazılar idi. Bu yazılar mənim baxışımda ürətim ( tolid) versiyyası daşımırdı. Onları öz yaradıcılıqlarıma qatmadan ögey bir uşaq kimi davrandığımı da danmıram.

🌱Bir sıra düşünsəl ve ixtisasca olan kitablar işlədim. Bunları işləyərək, dilimizi də bu mözüları yansitmasını sinadım və gördüm ki bu dilin potansiyeli daha yüksəkdir. "#Modernitə#modernlik", "#hekayənin_imkanları" o sıralardandır.

🌱 Dilimizin güclü potansiyelinə daha çox "azərbaycan şeirində modernizm" kitabımda vardım. Bu kitabda əsas götürdüyüm mözülar nəzəri-teori mözülar üzrə oldu. Heç bir çətinlik çəkmədən bunları bu dildə mübahisəyə çıxara bildim.

🌱 Buna görə açıq aydın deyə bilərəm ki dilimiz bütün mözüları yansitmaq üçün öz imkanlarını yazarlarımızın ixtiyarında qoyur, sadəcə ondan necə yararlanmaq sözqonusudur.

🌱 Bunları nəzərə alaraq bu gün #azərbaycan_yazarı, özünü bu xalqdan bilirsə #türkcəmizdə yazmalıdır.

https://telegram.me/dusharge