Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
28.1K subscribers
13.8K photos
7.26K videos
5 files
17.9K links
Download Telegram
Şuşada Xarı bülbül: 1992 və 2021... - Azərbaycan əsilli tanınmış fotoqraf Reza Deqati Xarı bülbüllə bağlı maraqlı foto paylaşıb.

Kult.az xəbər verir ki, Reza 1992-ci ildə erməni silahlı qüvvələrinin Şuşaya hücumu zamanı çəkdiyi foto ilə Şuşanın azad olunmasından sonra çəkdiyi fotonu öz hesabında paylaşıb.

Həmin fotoları təqdim edirik:
Bakıda bu rayonlarda yoluxma sayı yüksəkdir - Qarayeva
Bu gün COVID-19-a yoluxmada sağalanların sayı yoluxanları ötüb.

Axar.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, qış aylarında sərt karantin rejiminin tətbiqi ilə yoluxma sayında azalma baş verdi:

"18 yanvardan etibarən isə ölkəmizdə vaksinasiya başladıldı. Bu gün sosial aktivlikləri saxlasaq da, yoluxmada enmə müşahidə olunur. Hazırda epidemioloji vəziyyət nəzarət altında saxlanılır deyə bilərik. Xəstəliyin yaş qrupları arasında bölünməsi haqqında danışaq, istər pandemiyanın başlanılması mərhələsində, istərsə də hazırda, yaş qrupları dəyişməyib. Qadın və kişi arasında bölgüyə baxdıqda, qadınlar arasında yoluxma daha yüksəkdir. Regionlar üzrə isə 54 faiz yoluxma Bakının payına düşür. Bakıda Binəqədi və Xətai rayonlarında yoluxma sayı yüksəkdir. Bölgələrdə isə vəziyyət stabil olaraq qiy
Mehmanı təhqir edən şəxs polisə çağırıldı, üzr istədi
Bloqer Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmalar aparılıb.

Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Report-a açıqlamasında aparılan araşdırmalar nəticəsində həmin şəxsin paytaxt sakini, 42 yaşlı Elxan Tağıyev olduğunu bildirib.

O, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılaraq sərbəst buraxılıb:

"Həmin şəxs polis əməkdaşı deyil, ümumiyyətlə əvvəllər də polis orqanlarında xidmət etməyib. Elxan Tağıyev mübahisə zamanı işlətdiyi kobud ifadələrə görə peşiman olduğunu bildirməklə, üzrxahlıq edib".
Savaş kosmosa çıxdı: Peyklər səmanı zəbt etdi, yer qalmadı
https://axar.az/news/gundem/556952.html
Başçı küçə süpürməyi təklif etdi - Zabitin heyrətamiz müraciəti
https://axar.az/news/toplum/557126.html
Rəşad Atakişiyevə şəhid statusu verildi - Açıqlama
https://axar.az/news/toplum/557189.html
Azərbaycanda həbsdə olan polkovnik azadlığa buraxıldı
https://axar.az/news/toplum/557223.html
Bu gün neçə nəfər koronaya yoluxub?
https://axar.az/news/toplum/557244.html
Sabahdan Ramazan tətili başlayır
https://axar.az/news/toplum/557391.html
Bazar günü hava necə olacaq?
https://axar.az/news/toplum/557453.html
Azərbaycan Ordusu Zəngəzur istiqamətində irəlilədi – Təcili
https://axar.az/news/gundem/558234.html