Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
27.6K subscribers
13.1K photos
6.56K videos
5 files
17.8K links
Download Telegram
Tarixi görüntülər: ABŞ bayraqları endirildi
https://axar.az/news/planet/556186.html
Sərxoş vəziyyətdə piyadanı vurub öldürən polis həbs edildi
https://axar.az/news/toplum/556217.html
Rusiya Zəngənzurda 102-ci bazanın məntəqəsini yaratdı
https://axar.az/news/gundem/556227.html
Abutalıbovun son iş günündə qanunsuzluğu - Fotofakt
https://axar.az/news/toplum/556353.html
Topçubaşov professor adından buna görə imtina etmişdi
https://axar.az/news/layiheler/466118.html
Problemli kreditlər artdı, əmanətlər azaldı – Həyəcan
https://axar.az/news/toplum/556381.html
Baydendən Bakı ilə bağlı mühüm qərar
ABŞ Prezidenti Cozef Bayden Azərbaycana hərbi yardım edilməsinə izn verib.

Axar.az xəbər verir ki, bu məlumatı “Hill” qəzeti yayıb. Məlumata görə, Bayden 907-ci düzəlişin tətbiqinin dayandırılmasının uzadılmasıyla bağlı Konqresi məlumatlandırıb.

Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə qəbul edilib. Sənəd Azərbaycana ABŞ tərəfindən hər cür yardımı qadağan edir.

Düzəliş 2001-ci ildən etibarən tətbiq olunmur.
İki amil manata təsir edir: devalvasiya ola bilər?
https://axar.az/news/iqtisadiyyat/556401.html
Bu halda Əliyevin hər sözünə “hə” deyəcəyik – Ovannisyan
Ermənistanda yeni səhifəni yalnız məğlubiyyət simvolunu (Paşinyanı nəzərdə tutur) ortadan qaldırmaqla açmaq olar.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Alternativ Layihələr Qrupunun nümayəndəsi Vahe Ovannisyan deyib.

“Əgər Ermənistanda hakimiyyət dəyişməsə, demək ki, biz özümüzə və ölkəmizə yeni səhifə üçün şans vermirik. Bu, həmçinin Əliyevə etimad votumu ifadə etməyimiz deməkdir. Evdə qalaraq, Əliyevin bütün proqramlarına, yeni alçalmalara “hə” demiş olarıq”, – deyə o bildirib.
Ermənistandan uçan hərbi təyyarə Bakıda eniş etdi
https://axar.az/news/toplum/556450.html
Aslan Hüseynovun öldüyü dəhşətli qəzadan - Fotolar
https://axar.az/news/hadise/556437.html
Ölkəmizdə daha 17 nəfər koronadan öldü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 963 yeni yoluxma faktı qeydə alınıb, 2 091 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 322 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 296 875 nəfər müalicə olunaraq sağalıb, 4 597 nəfər vəfat edib. 21 289 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 328, bu günə qədər isə ümumilikdə 3 279 163 test icra olunub.
Fikrət Qoca vəfat etdi
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca vəfat edib.

Kult.az xəbər verir ki, 85 yaşlı xalq şairi bu gün səhər saatlarında evində dünyasını dəyişib.

Allah rəhmət eləsin!
Bakıda marketdə şou göstərən qovulan generalın oğlu imiş
https://axar.az/news/toplum/556632.html
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
https://axar.az/news/toplum/556686.html
Azərbaycanda bu yüksək vəzifələr boşdur - Siyahı
Son günlər təyinatlar, həbslər və digər səbəblərdən Azərbaycanda bir sıra yüksək vəzifələr boşalıb.

Axar.az boş qalan yüksək vəzifələri təqdim edir:

1. Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin sədri. 2021-ci ilin yanvar ayında Prezident İlham Əliyev Rəşad Nəbi oğlu Nəbiyevi Azərkosmos ASC-nin sədri vəzifəsindən azad edərək, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edib.

2. Azərsu ASC sədri. Qurum sədri Qorxmaz Cavanşir oğlu Hüseynov ötən gün Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

3. Gənclər və idman naziri. Gənclər və idman naziri Azad Rəhimov 30- apreldə müalicə aldığı ABŞ xəstəxanasında dünyasını dəyişib.

4. Şəmkir rayon İH-in başçısı. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qanunsuz əməllərinə görə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub.