Azad İran
5.12K subscribers
32.6K photos
20.1K videos
15 files
9.31K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İran-🇦🇲 Ermənistan yolu bağlanıb ❄️🛣

"Ermənistan Yolları" bazar ertəsi səhəri İran-İrəvan sərhəd yolunun Qafan şəhər hissəsindən Cermuk şəhəri kəsişməsinə qədər qar və buz səbəbindən yük maşınları üçün bağlandığını açıqlayıb.

برف و یخبندان،
در جاده مرز ایران به ایروان

اداره راه داری ارمنستان، صبح روز دوشنبه اعلام کرد، که جاده مرز ایران به ایروان، در بخش شهر کاپان تا تقاطع شهر جرموک، به علت برف و یخبندان، برای کامیون های باری مسدود است.

#Ermənistan #İran #yol #buz #qar #şaxta

Kanala abunə olun
👍2
🇺🇸 ABŞ-nin vitse-prezidenti niyə 🇦🇿 Azərbaycana və 🇦🇲 Ermənistan səfər edir?

Məşhur amerikalı analitik və "Qobl Planı"nın müəllifi Paul Qobl ABŞ vitse-prezidenti C.D. Vensin Azərbaycan və Ermənistana səfərinin əsasən 🇮🇷 İran məsələsi ilə əlaqəli olduğunu hesab edir.
O, Donald Tramp administrasiyasının Tehrana qarşı hər hansı potensial tədbir görməzdən əvvəl İranın qonşularının mövqelərini, ehtiyaclarını və əməkdaşlıq potensialını qiymətləndirməyə çalışdığına inanır.👇👇👇
👍32
Azad İran
🇺🇸 ABŞ-nin vitse-prezidenti niyə 🇦🇿 Azərbaycana və 🇦🇲 Ermənistan səfər edir? Məşhur amerikalı analitik və "Qobl Planı"nın müəllifi Paul Qobl ABŞ vitse-prezidenti C.D. Vensin Azərbaycan və Ermənistana səfərinin əsasən 🇮🇷 İran məsələsi ilə əlaqəli olduğunu…
Qobl vurğulayır ki, ABŞ prezidenti və ya vitse-prezidentinin hər bir səfəri mühüm siyasi mesaj daşıyır.
Onun fikrincə, 🇬🇪 Gürcüstan və ya 🇷🇺 Rusiya əvəzinə Azərbaycan və Ermənistanı seçmək Vaşinqtonun bu iki ölkəni Cənubi Qafqazdakı strateji maraqlarının bir hissəsi kimi gördüyünü göstərir.
O, hesab edir ki, ABŞ hazırda Azərbaycanı regionda mühüm oyunçu kimi görür və artıq onu sadəcə postsovet məkanının bir hissəsi hesab etmir.

Qoblun sözlərinə görə, səfərin digər məqsədi Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvan və Türkiyə ilə birləşdirən marşrut olan "Dəhliz Layihəsi"nin və ya TRIPP planının həyata keçirilməsində irəliləyişi təmin etməkdir.
O, habelə iki ölkə arasında soyuq münasibətləri dəyərləndirib.

İrana gəldikdə, Qobl Azərbaycanın rəsmi olaraq öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcəyini bildirdiyini və bu mövqeni Bakının realizm əlaməti hesab etdiyini qeyd edir. Bununla belə, o, İranda son hadisələrdə Azərbaycan ərazisindən və obyektlərindən istifadə ilə bağlı narahatlıqlara da toxunur.

Qobl xəbərdarlıq edir ki, ABŞ-nin İrana qarşı hər hansı bir hücumu daxili qeyri-sabitlik, Cənubi Azərbaycanda separatizm və Azərbaycan Respubıikasına qaçqın axını kimi nəticələrə səbəb ola bilər; ABŞ bu məsələlərə dair Bakının baxışını bilmək istərdi.

Ermənistana gəldikdə isə, o, hesab edir ki, onun əhəmiyyəti müstəqil oyunçu statusundan daha çox TRIPP dəhlizindəki rolundan qaynaqlanır.
Qobl üçün Vensin səfəri həm də siyasi mesaj daşıyır: Cənubi Qafqazda üç ölkə var, onlardan biri Rusiyaya yaxındır, ABŞ isə digər ikisinə diqqət yetirməyə üstünlük verir.

Nəhayət, Qobl qeyd edir ki, həm Azərbaycan, həm də Ermənistan teokratik deyil, dünyəvi ölkələrdir; buna görə də İranda dəyişikliklər baş verərsə, onlar çox güman ki, ABŞ-nin tərəfini tutacaqlar.

#ABŞ #Vens #VitsePrezident #Azərbaycan #Ermənistan #səfər #PaulQobl

Kanala abunə olun
👍2
🇹🇷 Türkiyə və 🇮🇷 İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub 📞

Hakan Fidan və Abbas Əraqçı 🇺🇸 Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı davam edən danışıqları müzakirə ediblər. (TRT Haber)

#Türkiyə #Fidan #İran #Əraqçı #XİN

Kanala abunə olun
🤮3
🇦🇲 Ermənistan Vensin səfəri zamanı 🇺🇸 ABŞ ilə 🇮🇷 İranla ticarətdə 25% tarif məsələsini müzakirə edəcək

Ermənistanın iqtisadiyyat naziri Papoyanın sözlərinə görə, Ermənistan hakimiyyəti ABŞ-nin vitse-prezidenti Venslə İrəvanda görüşdə İranla işgüzar əlaqələr quran ölkələrin mallarına tariflər məsələsini qaldıracaq.

"2025-ci ildə ABŞ-dən ixracımız təxminən 50 milyon dollar təşkil edib və gömrük rüsumu 10%-dən 25%-ə qədər artırılarsa, bu məhsullar rəqabət qabiliyyətini itirəcək.
Amma ən azından mən bu barədə mətbuatdan öyrəndim. Bizə bu barədə ABŞ-dən heç bir bildiriş daxil olmayıb"
, - deyə o qeyd edib.

Erməni nazir qeyd edib ki, danışıqlar zamanı nüvə enerjisi sektorunda əməkdaşlıq da müzakirə olunacaq. Ölkədə Amerika tipli modul nüvə elektrik stansiyasının tikintisi ilə bağlı müzakirələrə gəldikdə, Papoyan bildirib ki, hazırda ABŞ də daxil olmaqla müxtəlif ölkələrlə danışıqlar aparılır və Ermənistan öz milli maraqlarına ən uyğun variantı seçəcək.

#Ermənistan #ABŞ #ticarət #rüsum #İran

Kanala abunə olun
🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranda etirazçı gənc bu videonu paylaşdıqdan sonra intihar edib 😱😢

İranın cənubundakı Buşehr liman şəhərində molla rejiminə etiraz edən gənc intihar etməzdən öncə ingilis dilində bir video yayımlayaraq ABŞ prezidenti Donald Trampı və Qərb dövlətlərini İran hakimiyyəti ilə hər hansı sövdələşmədən çəkinməyə çağırıb.

مردی در شهر بندری بوشهر در جنوب ایران، پیش از خودکشی، ویدئویی به زبان انگلیسی منتشر کرد و از دونالد ترامپ، رئیس جمهور آمریکا و دولت‌های غربی خواست از هرگونه معامله با دولت حاکم بر ایران خودداری کنند.

#İran #etirazlar #gənc #video #intihar #ABŞ #Tramp #çağırış

Kanala abunə olun
😢3👏21🔥1
Media is too big
VIEW IN TELEGRAM
🚨 SON DƏQİQƏ

🇮🇷 İran dövlət televiziyası Pezeşkianın çıxışını kəsdi 📺😱

İran Dövlət Televiziyasının "Xəbər kanalı" bu gün prezident Məsud Pezeşkianın iştirak etdiyi layihələrin açılış tədbirinin yayımını yarımçıq dayandırıb.

Proqram başladıqdan bir neçə dəqiqə sonra kanalın aparıcısı Pezeşkiana xitabən yayımı yekunlaşdırmalı olduğunu bildirib.

Pezeşkian isə sərt reaksiya verərək deyib: "Xəbər kanalının əhəmiyyəti yoxdur, biz öz işimizi görürük.
Xəbər kanalı lazımsız açıqlamalar vermək əvəzinə, insanların məlumatlandırılması üçün bu məlumatları yayımlamalıdır".


صحبت‌های پزشکیان در شبکه خبر قطع شد!

#İran #televiziya #yayım #Pezeşkian #reaksiya

Kanala abunə olun
👍43🔥2🤮1
🛑 Güney Azərbaycanda 7 nəfər saxlanılıb 🔥

Təbrizdə keçirilən əməliyyat nəticəsində "🇮🇷 İran Xalq Mücahidləri Təşkilatı"na bağlı olduğu iddia edilən 7 nəfərlik qrupun üzvləri həbs olunub.

Bu haqda Şəqi Azərbaycan əyalətinin ETTELAAT Baş İdarəsi məlumat yayıb.
Onların etiraz aksiyalarında təşkilatçı və təxribatçı olduqları iddia olunub.
Həbs olunanların kimliyi barədə əlavə açıqlama verilməyib.
Bununla yanaşı, etirazlarla bağlı əyalətdə bir neçə yüz nəfərin saxlanıldığı və onlardan bəzilərinə cinayət işinin açıldığı bildirilib.

#Təbriz #GüneyAzərbaycan #etirazlar #həbs

Kanala abunə olun
🤬31👎1
Media is too big
VIEW IN TELEGRAM
"🇮🇱 İsrailin 🇮🇷 İrana hücumundan bir neçə saat öncə 🇺🇸 Rubio mənə zəng edib xəbərdarlıq etdi"

Bunu 🇹🇷 Türkiyənin xarici işlər naziri Hakan Fidan CNN-ə verdiyi müsahibəsində deyib.

ABŞ Dövlət Katibi Marko Rubionun 12 günlük müharibə və İsrailin İslam Respublikası rəsmilərinə hücumundan əvvəl ona zəng edib xəbərdarlıq etdiyini açıqlayan Fidan deyib: "Rubio mənə zəng etdi və dedi ki, iranlılara yaxın bir neçə saat ərzində hər şeyin baş verə biləcəyini deyin".

Tehran və Vaşinqton arasındakı vəziyyəti təhlil edən Fidan xəbərdarlıq edib ki, müharibə və ya hərbi münaqişə ehtimalının qaçılmaz olduğunu düşünməsə də, iki ölkənin danışıqlar aparması münaqişə ehtimalının aradan qalxdığı anlamına gəlmir.

هاکان فیدان در گفتگو با سی‌ان‌ان: ساعاتی پیش از حمله اسرائیل به ایران، روبیو با من تماس گرفت و هشدار داد

#Türkiyə #HakanFidan #ABŞ #İran #müharibə #münaqişə #İsrail

Kanala abunə olun
🤮3👍21😁1
Media is too big
VIEW IN TELEGRAM
🇹🇷 Türkiyəli jurnalist: "🇮🇷 Xameneyi məcburi İslam siyasəti ilə İranı çöküş yoluna sürükləyir"

Türkiyəli jurnalist Mustafa Akyol deyir ki, İran İslam Respublikası dini zorla dövlət ideologiyasına çevirməklə həm cəmiyyəti böhrana sürükləyib, həm də İslamı xalqın gözündə nüfuzdan salıb.
Onun fikrincə, hicabın məcburi olması, dini inanclara görə cəzalandırma, məscidlərin Bəsic və təhlükəsizlik mərkəzinə çevrilməsi İslamı mənəvi dəyərdən çıxarıb, hakimiyyətin repressiya alətinə çevirib.👇👇👇
👍6🔥3
Azad İran
🇹🇷 Türkiyəli jurnalist: "🇮🇷 Xameneyi məcburi İslam siyasəti ilə İranı çöküş yoluna sürükləyir" Türkiyəli jurnalist Mustafa Akyol deyir ki, İran İslam Respublikası dini zorla dövlət ideologiyasına çevirməklə həm cəmiyyəti böhrana sürükləyib, həm də İslamı…
Akyol vurğulayır ki, bu siyasət İran cəmiyyətini daha dindar etməyib, əksinə, dindən uzaqlaşmanı və inamsızlığı gücləndirib.
Akyol hesab edir ki, “dövlət İslamı” layihəsi xarici müdaxilə ilə deyil, xalqın ideologiyaya inamını itirməsi, sistemin korrupsiyası və səriştəsizliyi səbəbilə daxildən çökəcək — Sovet İttifaqının dağılması kimi.

Onun qənaətinə görə, din zorla qəbul etdirilə bilməz; zorla tətbiq edilən inanc sonda hakimiyyətin özünə qarşı çevrilir.
Bu yanaşma Güney Azərbaycanda da açıq şəkildə özünü göstərir. Burada dövlətin məcburi “İslam modeli” milli kimliyin, ana dilinin və tarixi yaddaşın inkarı ilə birləşərək legitimliyini itirib. Sovet təcrübəsində olduğu kimi, ideologiya əvvəlcə xalqların şüurunda dağılır. Güney Azərbaycan da bu prosesdə kənar deyil, İranın gələcəyini müəyyən edəcək əsas mərkəzlərdən biridir.
Millətlərin mənəvi və milli bağını itirdiyi bir sistemi nə ordu, nə təhlükəsizlik aparatı xilas edə bilər. Zor üzərində qurulan ideologiyalar gec-tez daxildən çökür.

#İran #mollarejimi #dininsiyasiləşdirilməsi

Kanala abunə olun
👍6🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçının qəribə ifadəsi: mikrofon açıq imiş 🤔🎤

İran XİN başçısı Abbas Əraqçı jurnalistin suallarından qorxaraq köməkçisinə deyir: "Allah bizə rəhm etsin. Görəsən nə soruşacaqlar?"

عراقچی خطاب به دستیارش گفت: «خدا بهمون رحم کنه. معلوم نیست قراره چی بگن»

#İran #XİN #Əraqçı #sual

Kanala abunə olun
😁121🔥1
"İslahatçıları həbs etmək Xameneyinin daxili milli müxalifətin formalaşmasından qorxmasıdır"

Bunu 🇮🇷 iranlı hüquqşünas Ərdəşir Əmir-Ərcümənd deyib.

O, deyib: "Xameneyinin əsas və ciddi problemi, zülmə qarşı açıq mövqe tutan, xarici müdaxiləni alqışlamayan və İslam Respublikası sistemindən dinc keçid tələb edən milli hərəkatlardan ibarət milli müxalifət formalaşdırmamaqdır.
Belə bir müxalifətin olmaması onun üçün mövcudluq məsələsidir və o, uzun müddətdir ki, daxili sahədəki bütün təhlükəsizlik strategiyasını bu əsasa söykəyib və hələ də bu mövqedədir. Yəni, o, düşünür ki, artıq konvergensiya formalaşır, vəziyyət kritik hala gəlib və orta qüvvələr artıq dayanıqlı deyil; çünki orta mövqe qan dənizində tutula bilməz. O, həmçinin heç bir dəyişiklik və ya islahat etmək istəmir. Buna görə də, onun repressiyanı islahatçı qüvvələrə şamil etməkdən başqa çarəsi yoxdur. Birinci məqama əlavə olaraq qeyd edilməli olan digər bir məsələ həbslərin danışıqların nəticəsi ilə mümkün əlaqəsidir".


#İran #Xameneyi #müxalifət
🔥3👍21
🇺🇸 ABŞ 🇮🇷 İranı güneyli qadın fəalı həbsdən azad etməyə çağırdı 🗣

Bu gün ABŞ Dövlət Departamenti insan haqları fəalı və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi barəsində çıxarılan 7,5 illik həbs cəzasını pisləyərək, onun dərhal azadlığa buraxılmasına çağırış edib.

Departament farsdilli “X” hesabında paylaşım edərək bildirilib ki, Məhəmmədi vəkillə əlaqə imkanı olmadan 59 gün həbsdə saxlanılıb və bu müddətdə onun sağlamlıq durumu ciddi şəkildə pisləşib. Qeyd olunub ki, o, minimum ədalətli məhkəmə standartlarına belə cavab verməyən proseslə mühakimə edilib.

ABŞ tərəfi məhkəmə prosesini qeyri-şəffaf və ədalətsiz adlandıraraq, İran hakimiyyətindən yalnız xanım Məhəmmədini deyil, habelə, bütün vicdan məhbuslarını dərhal azad etməyi tələb edib.

#ABŞ #İran #NərgizMəhəmmədi #azadlıq #çağırış

Kanala abunə olun
👍4😱1
🇺🇸 ABŞ senatoru: “🇮🇷 Ayətullahı qorumaq səhvdir”

Dünən amerikalı senator Lindsi Qraham 🇹🇷 Türkiyənin xarici işlər naziri Hakan Fidanın Vaşinqton və Tehran arasında hazırda müharibə təhlükəsinin olmadığı barədə açıqlamasını kəskin tənqid edib.

O, “X” hesabında bildirib ki, bəzi region ölkələrinin #İran rejiminin hakimiyyətdə qalmasını qəbul etməsi yanlış və təhlükəli yanaşmadır.

“Sözdə regional müttəfiqlərimizə: İran xalqının göstərdiyi bütün müqavimətdən sonra Ayətullahı və onun qatil rejimini hakimiyyətdə saxlamağın yaxşı fikir olduğunu düşünürsünüzsə, illüziyalar dünyasında yaşayırsınız”, #senator vurğulayıb.

O, Türkiyə, Qətər, Misir və digər ölkələri də tənqid edərək qeyd edib ki, status-kvonu qorumaq və İran xalqının ədalətli tələblərini görməməzlikdən gəlmək həm ABŞ-nin milli təhlükəsizlik maraqlarına, həm də insani dəyərlərə ziddir.

Qraham Donald Trampın sözlərinə də istinad edib: “Etiraz etməyə davam edin, kömək yoldadır...”. Senator sonda “İrana #azadlıq ifadəsini işlədib. (Amerikanın Səsi)
7👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran küçələrində qanlı etirazlar: dinc insanlar atəşə tutuldu 😱😥

Sosial mediada paylaşılan görüntülər Bəndər Abbas şəhərində etirazlara qarşı təhlükəsizlik qüvvələrinin ağır texnika və silahlı müdaxiləsindən istifadə etdiyini göstərir.

Kadrlara əsasən, yanvarın 8-də baş tutan kütləvi etirazlar zamanı İslam Respublikasının repressiv qüvvələri şəhər küçələrinə zirehli texnika yeridib, motosikletli xüsusi dəstələr isə etirazçılara doğru hərəkət edərək atəş açıb.

Hadisə zamanı xəsarət alanlar və ya saxlanılanlarla bağlı rəsmi məlumat verilməsə də, insan haqları fəalları dinc etirazçılara qarşı güc tətbiqinin artdığını bildirirlər. (Independent Persian)

تیراندازی سرکوبگران با خودروهای زرهی و یگان های موتورسوار در بندرعباس

#İran #BəndərAbbas #etirazlar #repressivqüvvələr #qətliam

Kanala abunə olun
😢4🔥1
MƏQALƏ: "🇮🇷 İran və 🇦🇿 Azərbaycanın sərhəd-keçid məntəqələri" 🛣

“Tinn News” saytı İran–Azərbaycan sərhədində fəaliyyət göstərən əsas quru keçid məntəqələri və onların nəqliyyat, ticarət və səyahət baxımından əhəmiyyəti ilə bağlı icmal material dərc edib.

👇👇👇
🤮2
Azad İran
MƏQALƏ: "🇮🇷 İran və 🇦🇿 Azərbaycanın sərhəd-keçid məntəqələri" 🛣 “Tinn News” saytı İran–Azərbaycan sərhədində fəaliyyət göstərən əsas quru keçid məntəqələri və onların nəqliyyat, ticarət və səyahət baxımından əhəmiyyəti ilə bağlı icmal material dərc edib.…
Məqalədə bildirilir ki, iki ölkə arasında dörd əsas quru sərhəd-keçid məntəqəsi – Astara, Biləsuvar, Culfa və Poldəşt fəaliyyət göstərir. Bu məntəqələr həm sərnişin daşımaları, həm də idxal-ixrac əməliyyatları üçün əsas marşrutlar hesab olunur.

Nəşr Astaradakı sərhəd-keçid məntəqəsini ən məşhur və tarixi gömrük qapısı kimi təqdim edir. Bildirilir ki, bu xətt xüsusilə turizm və kiçik ticarət üçün geniş istifadə olunur. Biləsuvar keçidi isə 24 saat açıq olmaqla Ərdəbil bölgəsi üzərindən Azərbaycana ən yaxın quru marşrutlardan biri sayılır.

Culfa və Poldəşt məntəqələri əsasən Naxçıvan istiqamətində yük və ticarət daşımaları üçün strateji əhəmiyyət daşıyır. Culfanın Araz Azad İqtisadi Ticarət Zonasında yerləşməsi bu məntəqənin iqtisadi rolunu artırır.

Məqalədə qeyd edilib ki, son dövrlərdə siyasi və təhlükəsizlik səbəbləri ilə quru sərhədlərində məhdudiyyətlər yarana bilər. Bu səbəbdən səyahətçilərə Azərbaycana səfər üçün hava yolundan istifadə etməyin daha rahat və təhlükəsiz olduğu tövsiyə edilir.

معرفی پایانه‌ های مرزی ایران و جمهوری آذربایجان

#İran #Azərbaycan #sərhəd #keçidməntəqələri

Kanala abunə olun
🤮3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bahalı telefon ucuz qiymətə: 🇸🇦 Səudiyyədə “iPhone 17” bazarı 📱💸

Səudiyyə Ərəbistanında küçədə satılan “iPhone 17” modelləri sosial mediada geniş müzakirələrə səbəb olub.

Yayılan videoda bir şəxsin pikap avtomobilinin arxa hissəsində qutularla telefon satdığı görünür. O, əlində olan narıncı rəngli “iPhone 17” modellərini ucuz qiymətə satışa çıxardığını deyir.

Məlumata görə, ölkədə iPhone 17 modelinin bazar qiyməti təxminən 3000–5000 Səudiyyə riyalı (800-1333 $) arasında dəyişir. Ancaq videodakı satıcı telefonları cəmi 250 riyala (66.7 $) təklif etdiyini bildirir.

فروش آیفون ۱۷ تو عربستان پُشت وانت‌ در خیابان

#SəudiyyəƏrəbistanı #iphone #bazar #ucuzqiymət

Kanala abunə olun
🤔31😁1
Azad İran
🇺🇸 ABŞ ilə danışıqlardan sonra 🇮🇷 Laricani 🇴🇲 Omana yollanacaq İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sabah, fevralın 10-da Maskata səfər edəcək. Laricani səfər zamanı Omanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcəyi bildirilir.…
Gözlər 🇴🇲 Omana dikilib: 🇮🇷 Laricani Maskata yollanıb

Bu gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Omanın paytaxtı Maskata rəsmi səfərə yola düşüb. Səfər Tehran və 🇺🇸 Vaşinqton arasında mümkün yeni dialoq mərhələsi ətrafında qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda baş tutur.

Məlumata görə, Laricani səfər çərçivəsində Oman Sultanı Heytəm bin Tariq və ölkənin xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi ilə görüşlər keçirəcək. Görüşlərdə son regional və beynəlxalq proseslər, eləcə də İran-Oman münasibətləri və iqtisadi əməkdaşlıq imkanları müzakirə olunacaq. (Mehr News)

Səfər İran və ABŞ rəsmiləri arasında baş tutan görüşdən cəmi dörd gün sonraya təsadüf edir. Oman uzun illərdir Tehran və Vaşinqton arasında vasitəçi rolunu oynayır. Eyni vaxtda İsrailin baş naziri Benyamin Netanyahunun da Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla İran məsələsini müzakirə edəcəyi gözlənilir.

#İran #Laricani #Oman #ABŞ #danışıqlar

Kanala abunə olun
🤮32