Azad İran
5.64K subscribers
38.5K photos
22.9K videos
15 files
9.49K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Minab faciəsinin qurbanı olan məktəblilər dəfn edildi 👧🏫🪦

Bu gün dörd aydan çox davam edən araşdırmadan sonra əvvəllər torpağa tapşırılmış Minab şəhərindəki "Şəcərəyi-Təyyibə" ibtidai qızlar məktəbinin 34 şagirdinin bədənlərinin orqanlarından 68 parçası müəyyən edilərək yenidən dəfn üçün hazırlanıb. (Tasnim News)

Xatırladaq ki, Minab şəhərindəki qızlar məktəbinə raket zərbəsi 28 fevral 2026-cı ildə – ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk günündə endirilib. İran tərəfinin məlumatına görə, hücum nəticəsində əksəriyyəti məktəb şagirdləri olmaqla 170-dən çox insan həlak olub.

تدفین ۶۸ قطعه از اعضای تفحص‌شده مربوط به ۳۴ شهید مدرسه شجره طیبه میناب

#İran #Minabfaciəsi #qızlarməktəbi #dəfn #ABŞ #hücum

Kanala abunə olun
1
🇮🇷 İran 🇺🇸 ABŞ-ni nüvə obyektlərinə cavab zərbəsi ilə hədələdi ❗️

Bu gün İranın ali rəhbərinə bağlı olan radikal "Keyhan" qəzeti ABŞ-nin İranın Külüng dağındakı və ya digər nüvə obyektlərinə zərbə endirəcəyi təqdirdə Vaşinqtonun nüvə obyektlərinin hədəfə alınacağı ilə hədələyib.

Qəzet yazıb ki, İranın nüvə obyektləri yenidən hücuma məruz qalarsa, İslam Respublikası özünün çəkindirmə doktrinasına və "gözə göz" prinsipinə uyğun olaraq ABŞ-nin nüvə obyektlərinə "naməlum yerlərdən dağıdıcı zərbələr" endirəcək.

Qeyd edək ki, bir gün öncə ABŞ prezidenti Donald Tramp Vaşinqtonun yaxın zamanda İranın nüvə obyektinin yerləşdiyi Külüng dağına güclü zərbələr endirəcəyini bəyan edib.

Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp, İranın Külüng dağının altındakı yeraltı kompleksə uran zənginləşdirmə sentrifuqlarını köçürdüyünə dair yayılan məlumatlara münasibət bildirərək, "Biz bu əraziyə çox tezliklə və çox güclü zərbələr endirəcəyik", - deyə vurğulayıb. (Fararu)

#İran #nüvəobyekti #ABŞ #hücum #təhdid
🔥1
🚨SON DƏQİQƏ

🇮🇷 İranın hücumlarından sonra 🇮🇱 İsraildə partlayışlar oldu 🚀💥


Bu gün İranın İordaniya ərazisinə raket zərbələri endirməsindən sonra İsrailin Eylat şəhərində yenidən partlayış səsləri eşidilib.

İsrail mediasının məlumatına görə, Təl-Əvivdən Eylata uçan sərnişin təyyarəsi hücumlar fonunda təhlükəsizlik səbəbindən havada marşrutunu dəyişərək başqa istiqamətə yönəldilib.

Xatırladaq ki, iyulun 19-da İranın İordaniyaya həyata keçirdiyi növbəti raket hücumundan sonra hava hücumundan müdafiə sistemlərinin raketlərinin qalıqları Eylat şəhərinin şimalındakı açıq əraziyə düşmüşdü.

وقوع انفجار در ایلات همزمان با حملات موشکی ایران

#İran #raket #hücum #İsrail #Eylat #partlayış

Kanala abunə olun
🔥1
🇮🇷 İran 🇺🇸 ABŞ-yə çətin vəziyyətdən başqa yollar tapmağı "məsləhət" görüb 🤔

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəsmi sözçüsü Həsən Qəşqavi ABŞ prezidenti Donald Trampın Tehranın Vaşinqtona danışıqların bərpası üçün ilk müraciət edən tərəf olduğu barədə səsləndirdiyi iddiaları həqiqətə uyğun olmadığını bildirib.

Qəşqavi “X” hesabında yazıb ki, Ağ Ev mövcud vəziyyətdən çıxmaq üçün "daha təsirli yollar axtarmalıdır".

“Trampın İranın danışıqlar tələbi ilə bağlı iddiası qətiyyən doğru deyil. Görünür, Tramp ilişib qaldığı bataqlıqdan çıxmaq üçün daha yaxşı yollar axtarmalıdır. Təkrarlanan yalanlar artıq maliyyə bazarlarına qısamüddətli sülh gətirməyəcək”, - deyə o vurğulayıb.

#İran #ABŞ #məsləhət

Kanala abunə olun
1🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ əsgərinin kamerasından: 🇮🇷 İranın raket hücumu zamanı bazada yaşananlar 🚀📹

İordaniyada yerləşən Müvəffəq əl-Salti aviabazasında xidmət edən ABŞ hərbçisi İranın həyata keçirdiyi ballistik raket hücumu zamanı baş verənləri mobil telefon vasitəsilə lentə alıb.

Yayılan görüntülərdə raketlərin uçuş səsləri eşidilir. Eyni zamanda, hərbi bazada olan ABŞ əsgərlərinin və digər əməkdaşların əvvəlcədən müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun şəkildə sürətlə sığınacaqlara istiqamətləndiyi əks olunub.

Videoda bazadakı şəxsi heyətin koordinasiyalı və nizamlı şəkildə hərəkət etməsi diqqət çəkir.

لحظات حمله موشکی ایران از دوربین یک سرباز آمریکایی

#İran #İordaniya #aviabaza #ABŞ #əsgər

Kanala abunə olun
Bloomberg: 🇬🇧 Britaniya 🇺🇸 ABŞ-yə 🇮🇷 İrana zərbələr üçün bazalarından istifadə üçün icazə verib

Bloomberg agentliyi xəbər verib ki, Britaniyanın yeni baş naziri Endi Bernhem ABŞ qüvvələrinin İrana qarşı əməliyyatlar zamanı Britaniyaya məxsus hərbi bazalardan istifadəsini təsdiqləyib. Bununla da o, bu məsələdə sələfi Kir Starmerin siyasətini davam etdirib.

Məlumata əsasən, ABŞ İranın raket təhdidinə qarşı həyata keçirdiyi əməliyyatlar və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Hind okeanındakı Dieqo Qarsiya hərbi bazasından və İngiltərədə yerləşən RAF Fairford aviabazasından istifadə etməyə davam edə biləcək.

Agentliyin yazdığına görə, bazar ertəsi vəzifəsinin icrasına başlayan Bernhem bu qərarla bağlı məlumatlandırılıb və onu dəstəkləyib. Mənbələrin sözlərinə görə, bu addım Britaniya hərbi bazalarının ABŞ-nin İrana qarşı davam edən əməliyyatlarında istifadə olunmasına imkan yaradır. (Asr Iran)

#Britaniya #hərbibaza #ABŞ #İran #hücum

Kanala abunə olun
👍21
TƏCİLİ 🚨

🇮🇷 İranda hərbi bazaya hücumun yeni görüntüləri yayıldı 🚀

Bu gün səhər saatlarında Xuzistan əyalətinin Behbəhan şəhərindəki hərbi bazaya 🇺🇸 ABŞ hücumunun yeni görüntüləri yayılıb.

Paylaşılan videolarda hücumdan sonra baş verən partlayışların alovu və hadisə yerindən yüksələn tüstü müşahidə olunur.

Hücumun nəticələri, eləcə də obyektə dəyən ziyanın miqyası barədə rəsmi qurumlar hələlik ətraflı məlumat verməyiblər.

تصاویر جدید از حمله آمریکا به یک پایگاه نظامی در بهبهان

#ABŞ #İran #hərbibaza #hücum

Kanala abunə olun
👍2
🇮🇷 İran dronları 🇺🇸 ABŞ bazalarının yerləşdiyi bölgənin səmasında göründü ✈️🔥 📹

Bu gün səhər saatlarında İran pilotsuz uçuş aparatlarının (PUA) Yaxın Şərqdə ABŞ hərbi bazalarının yerləşdiyi bölgənin səmasında uçduğuna dair görüntülər yayılıb.

Paylaşılan videolarda İran dronlarının ABŞ hərbi obyektlərindəki hədəflərə istiqamətlənməzdən əvvəl qonşu ölkələrin hava məkanına daxil olduğu anlar əks olunub.

Hələlik görüntülərin dəqiq çəkilmə yeri və vaxtı, eləcə də dronların hansı hədəflərə yönəldiyi barədə rəsmi məlumat verilməyib.

تصاویر پهپادهای ایران بر فراز مناطق محل استقرار پایگاه‌های آمریکا

#İran #dron #ABŞ #hərbibazalar #YaxınŞərq

Kanala abunə olun
🇵🇰 Pakistan 🇾🇪 husilərin 🇸🇦 Səudiyyə Ərəbistanına təhdidlərini pislədi

Bu gün Pakistan Xarici İşlər Nazirliyi Yəməndəki husi hərəkatının Səudiyyə Ərəbistanına və Qırmızı dənizdə gəmiçiliyə qarşı səsləndirdiyi təhdidləri pisləyərək, bu cür addımların regional təhlükəsizliyə və beynəlxalq naviqasiya azadlığına təhlükə yaratdığını bildirib.

Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, Pakistan Səudiyyə Ərəbistanını Yaxın Şərqdəki münaqişəyə cəlb etməyə yönəlmiş cəhdlərdən dərin narahatlıq keçirir və husilərin təhdidlərini qəbuledilməz hesab edir.

Eyni zamanda, İslamabad Pakistan bayrağı altında üzən gəmilərə qarşı istənilən hücumun ölkənin milli təhlükəsizliyi və suverenliyinə ciddi təhdid kimi qiymətləndiriləcəyini bəyan edib. Pakistan hökuməti belə bir vəziyyətdə dəniz aktivlərini və milli maraqlarını qorumaq məqsədilə bütün zəruri tədbirləri görmək hüququnu özündə saxladığını bildirib. (BBC)

#Pakistan #Yəmən #husilər #SəudiyyəƏrəbistanı

Kanala abunə olun
2
🇮🇷 Millət vəkili nüvə doktrinasının dəyişdirilməsi çağırışı etdi ☢️

Bu gün İran parlamentinin üzvü İbrahim Rzayi ABŞ-nin İranın nüvə obyektlərinə mümkün hücumunun ölkənin nüvə doktrinasının dəyişdirilməsi üçün ciddi əsas yarada biləcəyini bildirib.

Rzayi bu barədə "X" hesabında paylaşım edərək fikirlərinə #NüvəDoktrinasınıDəyişdirin#NüvəÇəkindiriciliyi həştəqlərini əlavə etməyi unutmayıb.

Millət vəkilinin açıqlaması İranın nüvə siyasəti ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.

İran rəsmiləri uzun illərdir ölkənin nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını və Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan edirlər. Bununla belə, son dövrlərdə bəzi sərt xətt tərəfdarı siyasətçilər nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı çağırışlar səsləndirirlər.

#İran #millətvəkili #nüvədoktrinası #ABŞ

Kanala abunə olun
Müharibə fonunda 🇮🇷 İranda dollar yenidən bahalaşdı 💵📈

Bu gün İranın cənubunda davam edən hərbi əməliyyatlar və dəniz blokadasının yenidən tətbiqi fonunda Tehranın sərbəst valyuta bazarında dolların məzənnəsi yenidən yüksəlib.

Məlumata görə, günorta saatlarına qədər bir ABŞ dolları 191 min 600 tümənə çatıb.

Tehran və Vaşinqton arasında mümkün atəşkəs və danışıqların bərpası ilə bağlı yayılan xəbərlər fonunda xarici valyutaların məzənnəsində qısamüddətli eniş müşahidə olunsa da, bu tendensiya uzun sürməyib.

İran valyuta bazarını izləyən resursların məlumatına əsasən, eyni dövrdə avronun məzənnəsi 218 min 700 tümənə, Britaniya funt sterlinqi isə 253 min 900 tümənə yüksəlib. (Independent Persian)

#İran #dollar #valyutabazarı

Kanala abunə olun
🇦🇫 Əfqanıstanda son aylarda yüzlərlə hərbçi öldürülüb 👮‍♂️🔥

Keçmiş Əfqanıstan ordusunun yüksək rütbəli komandanı və "Əfqanıstan Birləşmiş Cəbhəsi"nin rəhbəri Sami Sadat son üç ay ərzində Əfqanıstanda 184 keçmiş hərbçinin öldürüldüyünü açıqlayıb.

O, "X" hesabındakı paylaşımında bildirib ki, sənədləşdirilən qurbanların əksəriyyətinin öldürülməzdən əvvəl ağır işgəncələrə məruz qalıb.

Sadatın sözlərinə görə, keçmiş əsgərlərin İran və Türkiyədən məcburi şəkildə Əfqanıstana geri qaytarılması onların həbs olunması və öldürülməsi riskini daha da artırıb.

Keçmiş ordu komandiri vurğulayıb ki, Taliban hakimiyyəti dövründə baş verən bütün bu cür hadisələri sənədləşdirməyə davam edəcəklərini bildirib və əlavə edib ki, heç bir hakimiyyət "qorxu və zorakılıq yolu ilə" öz gələcəyini təmin edə bilməz. (Radio France Internationale)

سمیع سادات: در سه ماه پسین ۱۸۴ نظامی پیشین در افغانستان کشته شدند

#Əfqanıstan #keçmişkomandan #hərbçi #ölüm

Kanala abunə olun