🇮🇷 İran səması təhlükəli zonadır – reyslər geri qayıdıb🛩
Beynəlxalq aviareyslər İranın hava məkanına daxil olmadan kəskin şəkildə marşrutunu dəyişdirib və geri qayıdıb. Bu barədə kommersiya uçuşlarını real vaxtda izləyən “Flightradar24” platforması məlumat yayıb.
Qeyd olunur ki, bəzi uçuşlar qonşu ölkələrin hava məkanından istifadə etməklə təyinat nöqtələrinə yönəldilib. Bu addımlar İranın hava məkanında yaranmış gərginlik və təhlükə risklərinə cavab olaraq atılıb.
فرار کردن هواپیماهای بینالمللی از آسمان ایران
#İran #havaməkanı #beynəlxalquçuşlar #regionalgərginlik
Kanala abunə olun

🔥4
🚨SON DƏQİQƏ
🇺🇸 ABŞ yenidən 🇮🇷 İrandakı öz vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırdı 🗣
ABŞ-nin Azərbaycandakı səfirliyi İrandakı öz vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. Səfirlik bununla bağlı, “X” hesabında bildirib ki, ABŞ vətəndaşları İranı quru yolu ilə Türkiyə və ya Ermənistana keçərək tərk edə bilərlər.
Qeyd olunur ki, 12 günlük müharibədən sonra İrandan Azərbaycana giriş ABŞ vətəndaşları üçün məhdudlaşdırılıb. Səfirliyin paylaşımında vurğulanır ki, ABŞ vətəndaşları alternativ marşrutları nəzərdən keçirməli və təcili tədbir görməlidirlər.
Səfirliyin açıqlamasında bildirilir: “İranı tərk etmək üçün quru yolu ilə Türkiyə və ya Ermənistana getməyi düşünün. ABŞ vətəndaşları İrandan çıxmaq üçün alternativ yolları nəzərdən keçirməlidirlər”.
#ABŞ #İran #vətəndaşlar #çağırış

👍4🔥3
🇮🇷 Xameneyinin oğlu gizli yollarla pullarını 🇦🇪 Dubaya köçürüb? 💸🤔
İsrailin “Kanal 14” telekanalının məlumatına görə, İranın ali rəhbəri Əli Xameneyinin oğlu Müctəba Xameneyi son iki gün ərzində Dubaydakı hesablarına təxminən 1,5 milyard dollar köçürüb.
Mənbələr bildirir ki, bu əməliyyatlar ənənəvi bank şəbəkəsi vasitəsilə deyil, kriptovalyuta istifadə olunaraq həyata keçirilib. Təkcə Müctəba Xameneyi eyni ünvana təxminən 328 milyon dollar göndərib.
İsrail mediası xəbər verir ki, son günlər İranın beş böyük bankı iflas həddinə yaxınlaşıb. Bunlar arasında SEPAH ilə birbaşa əlaqəli “Sepah Bank” da yer alır. Maliyyə köçürmələri fonunda ölkədə kütləvi etirazlar və iqtisadi böhran diqqət çəkir.
کانال ۱۴ اسرائیل: مجتبی خامنهای یک میلیارد و پانصد میلیون دلار به حسابهای واسطهای دبی منتقل کرده
#İran #Xameneyi #oğul #pul #Dubay #kriptovalyuta

🔥3🤬2🤮1
🆘 HƏSSAS GÖRÜNTÜLƏR 📹
🚨Dünya səssiz qalmamalıdır: 🇮🇷 İslam Respublikası qan tökür 😭
İranda xalq etirazları zamanı repressiv hökumət qüvvələri tərəfindən amansızcasına qətliam edilən nümayişçilərin yeni videogörüntüləri yayılıb. Videolarda cəsədlər açıq şəkildə görünür.
Görüntüləri çəkən şəxs isə ağlayaraq, “İslam Respublikasına lənət olsun!” şüarını səsləndirib. Bu videolar, ölkədə dinc etirazçılara qarşı amansız zorakılığın və repressiyanın davam etdiyini göstərən növbəti sübut kimi dəyərləndirilir.
İranda dinc etirazçılara qarşı amansız zorakılıq və yüzlərlə qurban, artıq regional deyil, beynəlxalq humanitar fəlakətdir. İnsanlıq faciəsi fonunda beynəlxalq təşkilatlar dərhal tədbir görməli, günahkarları cəzalandırmalı və qurbanların hüquqlarını qorumaq üçün dərhal hərəkətə keçməlidir.
تصاویر جدید قربانیان اعتراضات در ایران
#İran #etirazlar #nümayişçilər #repressivqüvvələr #cinayət

😢8🤬4🔥3🤮1
🇺🇸 ABŞ 🇮🇷 İranla gərginlik fonunda hərbi qüvvələrini göndərir 🚢
“News Nation” telekanalının müxbiri Kelli Meyerin məlumatına görə, ABŞ təyyarədaşıyan gəmisi döyüş qrupu ilə birlikdə Cənubi Çin dənizindən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ərazisinə doğru hərəkət edir.
Hərəkət bölgədəki artan gərginlik və Tehranla Vaşinqton arasında riskli situasiyaları nəzərə alaraq həyata keçirilir.
Qeyd olunur ki, təyyarədaşıyan gəmiyə ən azı bir sualtı qayıq və digər döyüş gəmiləri də qoşulub, əməliyyatın məqsədi regionda mövcud hərbi mövqeyi gücləndirməkdir. (Iranintl)
خبرنگار نیوزنیشن: یک ناو هواپیمابر و ناوگروه آمریکا در حال انتقال به حوزه سنتکام است
#ABŞ #CENTCOM #YaxınŞərq #İran #gərginlik

🔥4👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Zəngəzur dəhlizi ağ örpəyə büründü 🌨❄️
Mehri ərazisindən keçən Zəngəzur dəhlizi yağan qar səbəbindən tamamilə ağ örtüyə bürünüb.
کریدور زنگزور زیر پوشش برف؛ منطقه مغری
#Zəngəzurdəhlizi #Mehri #qar

❤5👍3
🇮🇷 İran xalqına güllə, məmur övladlarına 🇺🇸 Amerika rahatlığı 🤔
“The New York Post” qəzeti yazır ki, #İran hakimiyyəti ölkə daxilində #etirazçıları geniş şəkildə repressiya etdiyi bir vaxtda, yüksək vəzifəli İran rəsmilərinin övladları #ABŞ-də rahat və təhlükəsiz həyat sürür.
Hesabatda bəzi İran rəsmilərinin #övladlarının ABŞ-dən deportasiya edilməsi ilə bağlı çağırışlara diqqət çəkilir. Onlardan biri 43 yaşlı İsa Haşimidir. O, 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsində sözçü olmuş və sonradan İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri vəzifələrində çalışmış Məsumə Ebtekarın oğludur. İsa Haşimi 2010-cu ildə Amerikaya köçüb.
Hesabatda adı çəkilən digər şəxs 40 yaşlı Fatimə Ərdəşir Laricanidir. O, İran parlamentinin keçmiş sədri və hazırda Ali Milli Təhlükəsizlik Şurasının katibi olan Əli Laricaninin qızıdır. Atası son açıqlamalarında ABŞ və İsrail liderlərini sərt şəkildə #ittiham etsə də, qızı Amerikanın Atlanta şəhərində yaşayır. (Independent Persian)

🤬5🔥1
🇮🇷 İranda daha bir SEPAH komandanı öldürüldü 🚨
İki gün öncə Sistan və Bəluçistan əyalətinin Gülşən bölgəsində yerli SEPAH komandanı Yasir Nuşirəvani və onun iki əməkdaşı silahlı hücum nəticəsində öldürülüb.
Bu barədə “Bəluç Fəallarının Kampaniyası” adlı Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, hadisə naməlum silahlı şəxslərin hücumu zamanı baş verib. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, 2025-ci il ərzində Sistan və Bəlucistan əyalətində ümumilikdə 95 SEPAH üzvü, polis və hərbçi müxtəlif silahlı insidentlərdə həyatını itirib.
#İran #SistanBəluçistan #SEPAH #komandan #silahlıhücum #ölüm

🔥9
Azad İran
🛑 TƏCİLİ 🇮🇷 İran səfirindən 🇦🇲 Ermənistana xəbərdarlıq: “Bu, yadımızdan çıxmayacaq”🤔 İranın İrəvandakı səfiri Xəlil Şirqulami “Sputnik Armenia” saytına müsahibəsində iranlı etirazçıların səfirlik önündə aksiya keçirməsinə Ermənistan rəsmilərinin səssiz qalması…
🇦🇲 Paşinyan: “🇮🇷 İranın narahatlıqlarını aradan qaldırmaq üçün bütün addımlar atılacaq”
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan “Sputnik Armenia” saytına müsahibəsində İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin səsləndirdiyi ittihamlara cavab verib. O, deyib ki, rəsmi İrəvan İranın Ermənistanın mövqeyi ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün lazımi bütün addımları atmağa davam edəcək.
“Biz İrandan gələn bəyanatları çox ciddi qəbul edirik. Dost ölkəmizin narahatlıqlarını aradan qaldırmaq üçün indiyədək hər şeyi etmişik və bundan sonra da edəcəyik”, – deyə, baş nazir vurğulayıb.
İranın İrəvandakı səfirliyinin binası önündə keçirilən etiraz aksiyalarına da münasibət bildirən Paşinyan qeyd edib ki, 2018-ci ildən etibarən Ermənistanda etiraz aksiyaları qadağan olunmayıb və hakimiyyət hər hansı konkret halda qanundan kənar davranış sərgiləyə bilməz.
Onun sözlərinə görə, İran səfirliyinin fəaliyyətinin problemə çevrilməməsi üçün bütün mümkün tədbirlər görüləcək.
#Ermənistan #İran #səfir #cavab

🤮8👍1
🆘 Bir sıra ölkələr öz vətəndaşlarını 🇮🇷 İrandan dərhal çıxmağa çağırdı 🗣
İranda hökumət əleyhinə etirazların qanlı şəkildə yatırılması fonunda bir neçə ölkə vətəndaşlarına İranı dərhal tərk etmələri ilə bağlı rəsmi xəbərdarlıqlar edib, İrana səyahətlər isə tövsiyə olunmur.
Xəbərdarlıq edən və ya tədbir görən ölkələr:
• 🇺🇸ABŞ – vətəndaşlarına İranı tərk etməyi tövsiyə edib, bölgədə əlavə təhlükəsizlik tədbirləri görülür;
• 🇬🇧Britaniya – Tehrandakı səfirliyini müvəqqəti bağlayıb, İrana bütün səfərləri qadağan edib;
• 🇮🇹İtaliya – vətəndaşlarını İranı təkidlə tərk etməyə çağırıb;
• 🇩🇪Almaniya – aviaşirkətlərə İran hava məkanından yayınmağı tövsiyə edib;
• 🇪🇸İspaniya – vətəndaşlarına İranı bütün mümkün yollarla tərk etməyi bildirib;
• 🇵🇱Polşa – İranın dərhal tərk edilməsinə çağırış edib;
• 🇫🇷Fransa, 🇳🇱Niderland, 🇫🇮Finlandiya, 🇧🇪Belçika, 🇵🇹Portuqaliya, 🇨🇿Çexiya – İranla bağlı diplomatik və təhlükəsizlik tədbirləri gücləndirilib. (Iranintl)
#Dünyaölkələri #vətəndaşlar #İran #xəbərdarlıq

🔥4❤2
🇹🇷 Türkiyə 🇮🇷 İran əleyhinə hərbi əməliyyata qarşı çıxıb
Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan bir daha Ankaranın İranda istənilən hərbi əməliyyata qarşı olduğunu deyib. O, Tehran və Vaşinqtonu fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb.
Fidan bildirib ki, İranda baş verən etirazlar hakimiyyətə qarşı deyil və əsasən iqtisadi problemlərlə əlaqəlidir. Onun sözlərinə görə, İran mövcud çətinlikləri öz daxili imkanları ilə həll edə bilməlidir.
Nazirin sözlərinə görə, İran və ABŞ problemlərini birbaşa və ya dolayı danışıqlar vasitəsilə yoluna qoymalı və Türkiyə bu prosesdə vasitəçi rolunu oynamağa hazırdır. O, Ankaranın İrana qarşı hərbi gücdən istifadə ssenarisini dəstəkləmədiyini xüsusi qeyd edib.
“İranın beynəlxalq aktorlarla problemlərini həll etməsi və bölgədə qeyri-sabitliyə yol açacaq proseslərin baş verməməsi Türkiyənin maraqlarına cavab verir”, – deyə Hakan Fidan bildirib. (Independent Persian)
#Türkiyə #XİN #İran #ABŞ #hərbimüdaxilə #dialoq

🤮7❤2
🇺🇸 Trampın basqısı nəticə verdi: 🇮🇷 İran edam qərarından geri çəkildi
Bu gün ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” platformasında paylaşım edərək, İrandan yaxşı xəbər aldığını açıqlayıb.
Prezident “Fox News” telekanalından sitat gətirərək yazıb: “Fox News: Prezident Trampın xəbərdarlıqlarından sonra iranlı etirazçı artıq edam cəzasına məhkum edilməyəcək. Başqaları da eyni şəkildə”.
“Bu, yaxşı xəbərdir. Ümid edirəm ki, bu, davam edəcək!", - deyə, Tramp bildirib.
Xatırladaq ki, iki gün öncə beynəlxalq təşkilatlar İrandakı etiraz akiyalarında saxlanılan 26 yaşlı Erfan Sultaninin edama məhkum edildiyini açıqlayıb, eləcə də ölüm hökmünün sürətləndirildiyi ilə bağlı çağırış etmişdi.
#ABŞ #Tramp #İran #ErfanSultani #etirazçı #edam #xilas

❤5🔥1
🚨 SON DƏQİQƏ
🇺🇸 Tramp 🇮🇷 İrana hücum etməyəcək?
Bu gün adı açıqlanmayan İran rəsmisi ABŞ prezidenti Donald Trampın İslam Respublikasına hücum etmək niyyətində olmadığını bildirib.
Bununla bağlı, Qətərin “Əl-Cəzirə” telekanalı “X” hesabında məlumat yayıb.
Açıqlama ABŞ–İran münasibətlərində gərginliyin davam etdiyi bir dövrdə diqqət çəkib.
الجزیره گزارش داده که ترامپ به ایران اطلاع داده است که قصد حمله ندارد.
#ABŞ #Tramp #İran #hücum

🤮5❤2
🇮🇷 İranda etirazlar qanla boğuldu: İslam Respublikası qalib gəldi? 🤔
“Associated Press”in məlumatına görə, İranda hakimiyyət əleyhinə etirazlar sərt və qəddar üsullarla yatırılıb. Agentlik bildirir ki, Tehran internetə çıxışı blokladığı bir həftə ərzində təhlükəsizlik qüvvələri etirazları boğmaq üçün genişmiqyaslı repressiyalar həyata keçirib.
İnsan haqları təşkilatlarının məlumatına əsasən, bu basqılar nəticəsində azı 2.615 nəfər həlak olub. Qeyd olunur ki, internetin kəsilməsi informasiya axınını tam nəzarətə almaq və zorakılığın miqyasını gizlətmək məqsədi daşıyıb.
Şahidlərin sözlərinə görə, son günlər paytaxt Tehranda və digər şəhərlərdə yanğınlar, aksiyalar və dağıntılar müşahidə edilmir. Bir neçə gecə davam edən intensiv silah səsləri də səngiyib, bu da etirazların zorakılıqla dayandırıldığını göstərir.
AP vurğulayır ki, bir həftəlik kütləvi basqı və informasiya blokadasından sonra etirazlar ölkə miqyasında susdurulub.
#İran #etirazlar #nümayişçilər #zorakılıq

👎9❤1🔥1
🇮🇷 İran 🇺🇸 ABŞ-ni pislədi, 🇮🇳 Hindistan sabitlik çağırışı etdi
Bu gün İran və Hindistan xarici işlər nazirləri –Abbas Əraqçı və Subrahmanyam Cayşankar – telefon danışığı apararaq ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Danışıq zamanı Əraqçı İrandakı etirazlara “xaricdə təlim keçmiş terrorçuların müdaxiləsini və ABŞ-nin təxribatçı mövqeyini” qətiyyətlə pisləyib. O, habelə, İran xalqının birliyini və fitnəyə qarşı qətiyyətini vurğulayıb.
Hindistan tərəfi isə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib və bölgədə sabitliyin bərqərar olunması, gərginliyin artmasının qarşısının alınması üçün əməkdaşlığa hazır olduqlarını bildirib. (İran XİN başçısının “Telegram” kanalı)
#İran #Hindistan #XİN #ABŞ #çağırış

❤2🤮2🔥1
Sizcə, İranda baş verən etirazlar İslam Respublikası üçün hansı mərhələnin başlanğıcıdır?
Anonymous Poll
21%
Növbəti sərt repressiya dalğası
9%
Rejim daxilində parçalanma
17%
Uzunmüddətli siyasi böhran
41%
Rejimin sonuna gedən yol
13%
Heç bir fikrim yoxdur
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda gənc qız İslam Respublikasına meydan oxudu 👩🗡️
İranda baş verən son etiraz aksiyaları zamanı əlində qəmə tutan gənc qızın görüntüləri ilk dəfə paylaşılıb. Görüntüdə gənc qızın repressiv qüvvələrin qarşısında qorxmadan dayandığı açıq şəkildə görünür.
Paylaşılan görüntülər İranda etirazların nə qədər kəskin və dramatik mərhələyə keçdiyini göstərir. Sosial şəbəkələrdə sürətlə yayılan video ictimaiyyətdə geniş rezonans doğurub.
Məsələ ilə bağlı iranlı analitik və jurnalist Abdullah Abdi sosial media hesabında paylaşım edərək bildirib ki, bu görüntü İslam Respublikasına qarşı artan cəsarətin və qorxu səddinin aşılmasının simvoludur.
دختر شجاع معترض با قمه در دست
#İran #gəncqız #etirazçı #qəmə

👍8🔥3