Azad İran
5.09K subscribers
31.8K photos
19.7K videos
15 files
9.26K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Bu dəqiqələrdə Güney Azərbaycanda repressiv qüvvələr Ağdərə kəndində yaşayan etirazçı əhaliyə qarşı repressiya həyata keçirmək üçün Soyuqbulaq (Mahabad) şəhərindən Tikantəpə (Təkab) şəhəri istiqamətinə göndərilir 🔥🤬

هم اکنون مهاباد اعزام نیروهای سرکوبگر از مهاباد بە تکاب برای سرکوب مردم معترض روستای اقدرە
#Güney_Azərbaycan #repressiv_qüvvələr
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda xalqa divan tutan radikal və yarımhərbi "Bəsic" qüvvələrinə məxsus baza narazı gənclər tərəfinfən yandırıldı 🔥💥

تهران - تابلو پایگاه بسیج سپاه‌پاسداران به آتش کشیده شد.

#Tehran #Bəsic #baza
👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Molla rejimi subsidiya ilə satdığı malı vətəndaşları aldadaraq bazar qiymətindən də baha satır 🔥🤬

روش جدید کلاهبرداری دولت ایران از شهروندان

#İran #bahalıq
🤬2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Kaşan şəhərində uzun illərdən bəri mənzil növbəsi gözləyən vətəndaşlar mənzillərin tikintisinin davam etməməsinə etiraz olaraq aksiya keçiriblər🔥

کاشان - تجمع اعتراضی متقضیان مسکن ملی در کاشان
یکشنبه، ۸ مرداد۱۴۰۲

#İran #Kaşan #etiraz
👍2
🇮🇷 Sistan və Bəluçistan əyalətində yağan güclü leysan çayların daşaraq avtomobilləri aparmasına səbəb olub ⚡️🌧🌊

خسارات سنگین جانی و مالی سوختبران در پی گرفتار شدند در سیلاب جنوب بلوچستان

#İran #daşqın
🔥1
🇮🇷 Neftlə zəngin ölkənin yoxsul vətəndaşı zibil qutularında yemək axtarır 😱😢🤬

زباله گردی

#İran #yoxsulluq
😢2😁1
🇮🇷 İranlı deputat: “Hökumət qiymətləri endirəcəyini deməyib, inflyasiyanın qarşısını alacağını bildirib” 🤔

“Shargh Daily” saytı məlumat verir ki, İran parlamentinin Proqram və Büdcə Komissiyasının üzvü Cəfər Qaderi əhalinin inflyasiyanın azalmasını hiss etməməsi ilə bağlı iddia edib:

“Düzdür, İranda inflyasiya yüksəkdir, lakin nisbətən aşağı düşür və hökumətin atdığı addımlar da buna sübutdur”.

O, əhalinin kəskin etirazlarına da toxunub:

“Qiymət artımı inflyasiyadan fərqlidir. Hökumət deməyib ki qiymətləri aşağı salacam, inflyasiyanı cilovlayacağını bildirib”.


Qeyd edək ki, deputat inflyasiyanın İranda azaldığını vurğulasa da, statistikada heç bir azalma yoxdur.

#İran #parlament #deputat #inflyasiya
😁4
🇮🇷 İranlı professor: “Qanunverici orqanın etibarını zədələyən qanun qəbul etməyin!”

Hüquq və kriminologiya üzrə professor Əli Nəcəfi Təvana “Şərq” qəzetinə müsahibəsində deyib:

“Niyə bizim parlament və millət vəkilləri hicab və iffətlə bağlı ziddiyətlərə diqət yetirməzdən öncə həmişə əllərindəki səlahiyyətlərlə insanları bir şeyə məcbur etməyə çalışırlar?”

O, “Hicab və İffət Qanunu” layihəsinin insanların şəxsi həyatına qədər qarışmasına sərt reaksiya verib.

Professorun fikrincə, heç kəs insanların hicab məsələsinə qarışa bilməz.

#İran #məcburi_hicab #qanun #etiraz
🇮🇷 İranlı məşhur futbolçu prezident Rəisini ələ salıb 😂

İranın “Persepolis” futbol klubunun məşhur keçmiş oyunçusu Cavad Kazemiyan “İnstagram” hesabında hökumət sözçüsü Əli Bəhadori Cəhrominin İran prezidenti İbrahim Rəisinin xalqın problemlərinə görə yuxusuz qalması ilə bağlı iddialarını ələ salıb.

Hökumət sözçüsünün açıqlaması:

“Ölkədə hər hansı məhsul bahalaşanda, prezident İbrahim Rəyisi narahatlıqdan gecə yata bilmir”.

Məşhur futbolçu isə prezidentin iki müxtəlif xarici görünüşünü əks etdirən şəklini paylaşaraq, bunu “yuxusuzluğun əlamətləri” adlandırıb.

کنایه تند و تیز و جنجالی جواد کاظمیان به رئیسی

#İran #İbrahim_Rəisi #futbolçu
😁4
🔴 Güney Azərbaycanda Urmu gölünün ağır vəziyyətinə və qəsdən qurudulmasına qarşı divarlara şüarlar yazılır ✌️

Təbrizdə milli fəallar ictimaiyyətin diqqətini cəlb etmək üçün şəhərin bir sıra yerlərində “Urmu Araz üçün birlik!” qrafitiləri yazıblar.

دیوار نویسی در سطح شهر تبریز برای افزایش حساسیت عمومی نسبت به وضعیت وخیم و
خشکاندن تعمدی دریاچه اورمیه

"اورمو-آراز-اوچون-بیرلیک"

#Güney_Azərbaycan #Təbriz #Urmu_gölü #Araz_çayı #şüar #birlik
👍4
🇮🇷🇨🇳 İran hökuməti Ərdəbili çinlilərə peşkəş edib?!

“Təadol” qəzeti yazır ki, İran hökumətinin Güney Azərbaycana yeni xəyanəti olaraq, Tehranda çinlilərlə 3 müqavilə imzalanıb.

Qəzet “Çinlilərin Ərdəbillə bağlı hansı planları var?” başlıqlı yazı dərc edərək, sözügedən müqavilənin kənd təsərrüfatı, istixana məhsullarının yetişdirilməsi, şəhərsalma, bərpa olunan enerji və turizmin inkişafı sahələrində olduğunu açıqlayıb.

“İran-Çin İqtisadi İnkişaf Konfransı” adı altında keçirilən görüşdə Ərdəbil əyalətinin valisi Seyid Hamed Ameli iştirak edib.

Konfransda Ərdəbil və Çinin Şanxay şəhəri qardaşlaşmış şəhərlər adlandırılıb.

#İran #Çin #Ərdəbil
🤬2
SON XƏBƏR:
🇮🇷 İranda təyyarə qəzaya uğradı: Ölənlər var
✈️💥

“İRNA” xəbər agentliyi Mülki Aviasiya Təşkilatına istinadən məlumat verir ki, bu gün səhər saat 05:45-də İranın Əlborz əyalətində yerləşən “Pəyam” beynəlxalq hava limanında təlim təyyarəsi qəzaya uğrayıb.

Məlumata görə, “Bhutia Mahan Air Services” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində pilot-təlimatçı Nəvid Ərəbi Müqəddəm və pilot-kursant Əmirhüseyn Mahmudi həyatını itirib.

#İran #təyyarə #qəza
😱3👏1
🇮🇷 İranda media fəalları həbs edildi 😔😡✌️

İranda İnsan Haqları Təşkilatı - HRANA-nın məlumatına görə, Kaşmir şəhərində iki bacı-qardaş xarici mediaya məcburi hicab qaydalarının tətbiqi ilə bağlı video göndərməsi ittihamı ilə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Saxlanılanların kimliyi barədə heç bir məlumat olmadığı bildirilir.

Qeyd edək ki, son günlər İranın rəsmi mediasında həmin şəxslərin məcburi etiraflarının videosu yayılıb.

#İran #fəallar #hijab #həbs #insan_haqları
👍2🤬2
🇦🇿🇦🇲 “Qeyri-stabil Qarabağ dağında vacib danışıqlar”

İranın "Arsheh Online" saytı Azərbaycanı "ərazi iddiaları" etməkdə günahlandıraraq, qərəzli yazı dərc edib:

“ABŞ-ın ev sahibliyi edəcəyi növbəti sülh danışıqları regionun taleyini müəyyən etmək baxımından həyati əhəmiyyət kəsb edir.

Sülh prosesi münaqişənin hər iki tərəfinə yönəldiyi halda, davamlı həllə nail olmaq üçün Türkiyə və İranın danışıqlarda iştirakı zəruri olacaq. 👇👇👇
Azad İran
🇦🇿🇦🇲 “Qeyri-stabil Qarabağ dağında vacib danışıqlar” İranın "Arsheh Online" saytı Azərbaycanı "ərazi iddiaları" etməkdə günahlandıraraq, qərəzli yazı dərc edib: “ABŞ-ın ev sahibliyi edəcəyi növbəti sülh danışıqları regionun taleyini müəyyən etmək baxımından…
İyunun 15-də Brüsseldə danışıqların növbəti raundunun keçirilməsinə rəğmən, mübahisəli Qarabağ bölgəsində vəziyyət qeyri-sabit olaraq qalır və Ermənistanla Azərbaycan arasında zorakılıq davam edir.

“National Interest” nəşrinin yazıdığına görə, Ermənistan baş naziri Nikol Paşinyan artan gərginliyi azaltmaq üçün Qarabağı Azərbaycanın ərazisi kimi tanıyacağına söz verib.

Azərbaycanla ümumi mədəni və etnik cəhətlərini nəzərə alan və öz təsir dairəsini qorumaq istəyən Türkiyə uzun müddətdir ki, Azərbaycanın Qarabağda “ərazi iddialarına” dəstək verir.

2020-ci ildə baş verən ikinci Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycanın qətiyyətli qələbə qazanmasına kömək edən TB2 dronları da daxil olmaqla, hərbi avadanlıq və silah yardımı göstərməklə öz dəstəyini daha da gücləndirdi...".

#Azərbaycan #Qarabağ #Türkiyə #Ermənisan #münaqişə
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇧 Londonda İranın hökumət mollasının əmmaməsi başından getdi 👳‍♂️😂

Böyük Britaniyanın paytaxtı Londonda molla rejiminə qarşı etirazlar artıb. Yayılan videogörüntüdə gənc oğlan yolda gedən mollanın əmmaməsini başından vurub yerə atır.

Qeyd edək ki, insanlar küçədə müftəxor molla görən kimi nifrət nümayiş etdirirlər.

عمامه پرانی در لندن

#Böyük_Britaniya #London #molla #əmmamə
😁4👍1👎1