🇮🇷🇦🇿 İran və Azərbaycan xarici işlər nazirləri arasında telefon danışığı olub
İranın xarici işlər naziri Əmir Abdullahyanla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın ən mühüm məsələləri və regional əməkdaşlığı müzakirə edib və fikir mübadiləsi aparıblar.
Abdullahiyan deyib: "Hazırda iki ölkə arasında əməkdaşlıq prosesi konstruktiv və müsbət istiqamətdə gedir. 👇👇👇

İranın xarici işlər naziri İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədrlərinin Astarada keçirilən görüşünün uğurlu olduğunu bildirərək əlavə edib ki, tərəflər arasında xüsusilə, dəmir yolu sahəsində yaxşı razılaşmalar əldə olunub.
Əmir Abdullahiyan gələn həftə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının virtual iclasına toxunaraq, İsveç və Danimarkada Qurani-Kərimin təhqir olunmasını bir daha pisləyib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Hüseyn Əmir Abdullahiyanın Bakıya son səfərini mühüm olduğunu bildirərək əlavə edib ki, bu səfərdən sonra ən qısa zamanda onun iki ölkə arasındakı münasibətlərə müsbət təsirləri özünü göstərəcək.
Ceyhun Bayramov İran İslam Respublikasının Qarabağla bağlı konstruktiv mövqeyinə görə təşəkkür edib və Ermənistanla və Laçın dəhlizi ilə bağlı aparılan danışıqların son vəziyyəti haqda açıqlama verib.
Telefon danışığında tərəflər yad qüvvələrin regionda mövcudluğunu və müdaxiləsini qeyri-konstruktiv kimi qiymətləndirib, regional problemlərin ölkələr və regional aktorlar tərəfindən həllinin zəruriliyini vurğulayıblar.
در تماس تلفنی دکتر امیرعبداللهیان وزیر امور خارجه کشورمان با جیحون بایراماف، وزیر امور خارجه جمهوری آذربایجان، طرفین در خصوص مهم ترین مسائل همکاریهای دوجانبه و مسائل منطقه ای رایزنی و تبادل نظر کردند.
#İran #Azərbaycan

😁2❤1
🇮🇷 İranda İbrahim Rəisi prezident olduqdan 2 il sonra yoxsul əhalinin sayı 18 milyon artaraq 28 milyon nəfərə çatıb 🔥🤬
Ötən bir neçə gündə İran parlamentinin üzvlərindən biri ölkədə yoxsulluq həddindən aşağı əhalinin sayının 28 milyon nəfərə yüksəldiyini açıqlayıb.
O, bildirib ki, insanların yoxsulluq həddindən aşağı düşməsinin davam etməsi sosial fəlakətlərlə bağlı həyəcan təbili çalır.
#İran #yoxsulluq

🤬2
🇰🇼🇮🇷 Küveyt İranla sərhədin müəyyənləşdirilməsini gözləmədən Əl-Dərə qaz yatağında qazma və hasilat işlərinə başlayıb
Küveytin neft naziri Səəd Əl-Bərak Birləşmiş Ərəb Əmirliklərinin "Sky News" kanalına müsahibəsində İranla sərhədin müəyyənləşdirilməsini gözləmədən Əl-Dərə qaz yatağında qazma və hasilat işlərinə başladığını açıqlayıb.
#Küveyt #İran

🇮🇷 İranda azadlıqsevərlər Aşura günü ümumxalq etirazları zamanı hökumət qüvvələri tərəfindən öldürülmüş gənclərin şəkillərini nümayiş etdirməyə çağırış edirlər 🔥✊
فراخوان گسترده به همه ایرانیان آزاده و میهین پرست
سراسر کشور
برای حمل کردن تصاویر شهدای قیام فردا همزمان با روز عاشورا
#İran #aşura #nümayiş

👍3
🇺🇸🇮🇷 Vaşinqton İranın Latın Amerikası ölkələri ilə əməkdaşlığına qarşıdır🔥
ABŞ Dövlət Departamentinin sözçünün müavini İran və Boliviya arasında əməkdaşlıqdan narahatlığını ifadə edib:
"Biz İranın Qərb yarımkürəsində təsirini genişləndirmək cəhdini diqqətlə izləyirik.
Biz bütün ölkələrdən İranla hərbi texnika və ya sanksiyalarımızın hədəfi ola biləcək əlaqəli məsələlərlə bağlı maliyyə mübadiləsinə getməmələrini xahiş edirik".
#Amerika #İran #sanksiya

🇮🇷 İranda divarlara inqilabçı şüarlar yazılır:
"Geri dönməyəcəyik! Yalnız, irəli! Çevrilişə doğru!"🔥✊
به عقب بر نمیگردیم
فقط رو به جلو برای سرنگونی
#İran #inqilabçı_şüar

👍4🔥1
🇮🇷🇷🇺 İranın Moskvadakı səfiri Rusiya rəsmisi ilə görüşüb
“Rəşt-Astara dəmir yolunun tikintisi sürətləndirilməlidir”.
Dünən Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski ilə İranın Moskvadakı səfiri Kazım Cəlalinin görüşündə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafı, o cümlədən Şimal-Cənub dəhlizinin və Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi məsələləri müzakirə edilib.
Rəşt-Astara xətti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək. Bu layihənin Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcəyi nəzərdə tutulur.
Qeyd edək ki, İran Xəzər dənizi vasitəsilə də Rusiyaya müntəzəm dəniz reysləri açmağı planlaşdırır və diplomatik missiyasında Rusiya ilə iqtisadi əməkdaşlığını genişləndirmək üçün Azəraycan Respublikası böyük əhəmiyyət kəsb edir (İRNA).
#İran #Rusiya #Azərbaycan #Rəşt_Astara #dəmir_yolu

"Azərbaycanla bağlı İran-ABŞ əməkdaşlığı iki ölkə arasında sülh danışıqlarına necə gətirib çıxara bilər?"
"Entekhab" saytı National İnterest nəşrinə istinadla yazır: "Hazırda sülhün qorunmasına dair təkliflər bir-biri ilə birbaşa döyüşən, amma davamlı həllə nail olmaq üçün Azərbaycanı dəstəkləyən Türkiyə və Ermənistanı himayə edən İranın gələcək potensial danışıqlarda iştirakına yönəlməsini labüd edir.
Buna nail olunsa, İran və Türkiyənin gərginlik yaradan addımları azaltmaq öhdəliyi Qarabağda eskalasiyanın daha ciddi münaqişəyə çevrilməsinin qarşısını alacaq. Rusiya sülhməramlıları bölgədə gərginliyin qarşısını almaqda səmərəsiz olduğundan, BMT sülhməramlıları bu vəziyyəti saxlamaq üçün neytrallığın ideal təminatçısıdır.
ABŞ dərk etməlidir ki, o, Türkiyə və İranın qarşıdakı Qarabağ sülh danışıqlarında iştirakından önəmli qazanc əldə edə bilər.
Bu, təkcə bir çox mühüm məsələlər üzrə açıq dialoq üçün imkan yox, həm də Qarabağda davamlı sülhə çatmaq ehtimalını mümkün olan ən yüksək səviyyəyə çatdıra bilər".

🔥1
Bu gün İmam Hüseynin şəhadət günüdür 😢
Bu gün məhərrəm ayının 10-u - Aşura günüdür. “Aşura” sözü ərəb dilində “10” rəqəmi deməkdir.
Hicri-qəməri təqvimi ilə 61-ci (miladi təqvimi ilə 680) ilin məhərrəm ayının 10-u Kərbəla döyüşlərinin sonuncu günüdür. Həmin gün Neynəva səhrasında İmam Hüseyn və onun 72 tərəfdarı Yezid ibn Müaviyə tərəfindən şəhid edilib. İmamın ailəsi isə əsir götürülüb. Məhərrəm ayının 10-da şəhid olmuş insanların başları döyüşdən sonra nizələrin üstündə İraqın şəhərlərinə aparılaraq, orada nümayiş edilib. Bu, camaatın ibrət alması və xəlifəyə qarşı qiyamdan çəkinməsi məqsədilə edilib. O gündən etibarən hər il Məhərrəm ayı İmam Hüseynə əza ayı kimi qeyd olunur.
Hüseyn ibn Əli hicrətin 4-cü ilinin şaban ayının 3-ü Mədinə şəhərində (Səudiyyə Ərəbistanı) anadan olub. İmam Hüseyn Əli ibn Əbu Talibin və Xanım Fatimənin oğlu, Məhəmməd Peyğəmbərin nəvəsi və 12 imamdan üçüncüsüdür.
امروز عاشورا، سالروز شهادت امام حسین (ع) است
#Məhərrəm #Aşura #İmam_Hüseyn

🇮🇷 "Yemək qalıqlarınızı atmayın. Yeməyə qidamız yoxdur"- İranlı ananın fəryadı gündəm oldu 😱😢
İranda əhalinin sosial vəziyyəti getdikcə daha da çətinləşir. Sosial mediada yayılan bir elan İran cəmiyyətini, sözün əsl mənasında silkələyib.
İranlı ana elan paylaşaraq insanlardan yemək qalıqlarını atmamağı xahiş edib.
Elanda yazılıb:
"Yemək qalıqlarınızı atmayın. 4 nəfərlik ailəyik. Yeməyə qidamız yoxdur. Yoldaşım bir müddət əvvəl fəhləlik edərkən belindən xəsarət alıb, artıq işləyə bilmir. Bizi dolandırmaq üçün ailəmizdə başqa işləyən yoxdur".
زندگی اسفبار زیر سایه جمهوری اسلامی
#İran #molla_rejimi #ailə #səfalət #elan #yemək

😢2
🇦🇿🇦🇲🇷🇺 Ekspert: "Zəngəzur dəhlizi Ermənistanın parçalanmasına və regionda qeyri-sabitliyə gətirib çıxaracaq"
İran hökumətinə yaxın ermənipərəst ekspert Ehsan Movəhhediyan “Farhikhtegan Daily” saytında yazıb:
“Ermənistanla Azərbaycan arasında sülh danışıqları üç istiqamətdə gedir. Birincisi, ikinci Qarabağ müharibəsindən sonra başlayan və Rusiyanın izlədiyi istiqamətdir. Təbii ki, Rusiya problemin davamlı həll yolunun tapılmasında maraqlı deyil. Çünki Qafqazla bağlı problemlərin yaraya batmış sümük kimi həmişəlik həll olunmamış qalmasını istəyir ki, bölgədə qalması üçün əsaslı bəhanəsi olsun. 👇👇👇

🤮1
Azad İran
🇦🇿🇦🇲🇷🇺 Ekspert: "Zəngəzur dəhlizi Ermənistanın parçalanmasına və regionda qeyri-sabitliyə gətirib çıxaracaq" İran hökumətinə yaxın ermənipərəst ekspert Ehsan Movəhhediyan “Farhikhtegan Daily” saytında yazıb: “Ermənistanla Azərbaycan arasında sülh danışıqları…
Rusiya danışıqlarda müəyyən qədər irəliləyiş əldə etsə də, təxminən bir il bundan əvvəl ABŞ və Avropa Mərkəzi Asiya və Qafqazda daha fəal mövcud olmağa çalışdıqları üçün istəyirlər ki, Ermənistan və Azərbaycan aralarındakı sülh danışıqlarını Qərb platforması vasitəsilə irəli aparsınlar.
Danışıqların bir hissəsi ABŞ-da, digər hissəsi isə Avropada aparılır və bu müzakirələr tamamilə koordinasiya olunur və bir-birini tamamlayır. İki ölkənin xarici işlər nazirləri, Ermənistanın baş naziri və Azərbaycan prezidenti növbə ilə danışıqlar üçün Brüsselə və ya Vaşinqtona səfər edirlər.
Rusiyanın problemi ondan ibarətdir ki, Qafqazla bağlı məsələlərə dair dəqiq strategiyası yoxdur və yalnız problemi həll olunmamış saxlamağa çalışır, qarşı tərəf isə aydın strategiyaya malikdir və kreativ strategiyalardan istifadə edir...".
#Azərbaycan #Zəngəzur #Eənistan

Media is too big
VIEW IN TELEGRAM
🇮🇷🇦🇲 Molla rejimi İranda yaşayan erməniləri kilsələrə, küçələrə çıxmağa vadar edir, onları Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə şüarlar səsləndirməyə sövq edir.🔴
Bundan əlavə, hər il aprelin 24-də ölkədə yaşayan ermənilər İran polisinin müşayiəti ilə küçələrə çıxararaq Türkiyə əleyhinə şüarlar səsləndirirlər.
Türkiyə dövlətinin Tehranın bu təxribatçı siyasətinə qarşı addım atmasının vaxtı çatmayıbmı?
#İran #Ermənistan #Azərbaycan #Türkiyə #şüar #təxribat

🤬3👎1