Azad İran
5.71K subscribers
37.2K photos
22.3K videos
15 files
9.45K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Ərdəbilin Nir qəsəbəsinə güclü yağış və dolu yağıb 🫧🌨

بارش شدید باران و تگرگ و سفید شدن نیر

۱۴۰۲/۰۳/۱۷
1
🇮🇷 İran prezidenti İbrahim Rəisi sabah Güney Azərbaycanın başkəndi Təbrizə səfər edəcək🔥

رئیسی‌ فردا عازم تبریز، مرکز آذربایجان خواهد شد
🤮10👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehran bazarında yanğın davam edir🔥😱

İki gündür yanğını söndürə bilmirlər. Molla rejiminin idarə etdiyi ölkənin vəziyyəti belədir!

ادامه آتش‌سوزی بازار تهران
بعداز دو روز نتونستند خاموش کنن  این هم مملکت ما

چهارشنبه ۱۷ خردادماه
😱3
🇮🇷 Xorasan əyalətində poladəritmə zavodunun işçiləri əməkhaqlarının və müavinətlərinin az olmasına etiraz olaraq işi dayandırıb tətil keçirirlər 🔥

اعتصاب کارکنان فولاد خراسان در اعتراض به حقوق و مزایا
۱۶ خرداد ۱۴۰۲

#İran #zavod #etiraz #əməkhaqqı
🔥3
🇮🇷 Mazandaranın Abbasabad qəsəbəsində torpaqları hökumət tərəfindən əllərindən alınmış vətəndaşlar etiraz aksiyası keçiriblər 🔥

Qəsəbə sakinləri məhkəmənin çıxardığı hökmə etiraz olaraq ayağa qalxıblar.

Məhkəmə qəsəbə sakinlərinin dədə-baba torpaqlarının əllərindən alınmasını təmin edən hökm çıxarıb.

Qeyd edək ki, son həftələrdə qəsəbənin üç gənc sakini əcdadlarına məxsus mülkləri qorumağa çalışarkən hökumət qüvvələrinin gülləsinə tuş gəlib.

تجمع ساکنان عباس‌آباد مازندران در اعتراض به زمین‌خواری حکومتی
👍2
🇮🇷 İranın Firuzkuh-Semnan avromibil yolu güclü sel nəticəsində bağlanıb 💦

Tehranın Firuzkuh qəsəbəsinin icra nümayəndəsinin müavini deyib:

"Bu gün yağan güclü yağışdan sonra daşqın Firuzkuh-Semnan avtomobil və dəmir yollarının bağlanmasına səbəb olub".

#Tehran #sel
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🇸🇦 Bugün İran Səudiyyə Ərəbistanının Ciddə şəhərində konsulluğunu yenidən açıb

Habelə, İranın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi də öz fəaliyyətini bərpa edib.

بازگشایی کنسولگری ایران در جده

#İran #Səudiyyə_Ərəbistanı #konsulluq
🤮3
Təbrizdə mübariz və azadlıqsevər qadınlar molla rejiminə qarşı nifrətlərini bildirir 🔥✌️

Onlar Xameneyinin adını zibil qutularına və yerə yazırlar:

"Edam Respublikasına ölüm olsun!",
"Xameneiyə ölüm olsun!"

تب
ریز قهرمان
فعالیت زنان مبارز و آزادیخواه
مرگ بر خامنه ای
مرگ بر جمهوری اعدامی

#molla_rejimi #Təbriz #etiraz
🔥3
Media is too big
VIEW IN TELEGRAM
🇸🇦🇮🇷 Səudiyyə Ərəbistanı İran rejiminə müxalifin edamının qisasını aldı

Əli Xameneyinin sükutu ilə şiələrin qırğını başlayır?

Həbib Çəən (Əseyvəd) adlı İran rejiminə müxalif "Əl-Nizal" hərəkatının rəhbəri Ər-Riyadın xeyrinə “cəsusluq” etməsi bəhanəsi ilə Xameneyinin təhlükəsizlik və məhkəmə qurumları tərəfindən ittiham edilərək dar ağacından asılıb.

Səudiyyə Ərəbistanı Həbib Çəəbin edam edilməsinə cavab olaraq molla rejiminin dəstəklədiyi 5 gənc şiəni asıb və “gələcəkdə digər şiələri də asmaq niyyətindədir”. Tehran isə öz növbəsində bu baş verənlərə göz yumub.

Xameneyi rejiminin bu laqeyidliyinin ardından, Səudiyyə Ərəbistanından yaşayan bir qrup şiə Qum və Nəcəf şəhərlərindəki Şiə dini mərkəzlərinə məktub yazaraq canlarını xilas etmələtini istəyiblər.

#İran #Səudiyyə_Ərəbistanı #edam
2
🇮🇶🇮🇷 İraq İran mallarına qadağa qoydu 🔥

İraq hökuməti 9 adda kənd təsərrüfatı məhsulunun İrandan bu ölkəyə idxalına qadağa qoyub. Bu barədə İranın Ticarətin İnkişafı Təşkilatı məlumat yayıb.

Bağdad hökumətinin qərarına əsasən, İranın pomidor, kartof, xiyar, soğan, balqabaq, badımcan, qarpız, qovun və bamya kimi məhsullarının İraqa ixracı növbəti xəbərdarlığa qədər qadağandır.

İran tərəfi bu qadağanın səbəbi və məsələnin təfərrüatı barədə heç bir açıqlama verməyib.

#İraq #İran
👍2
🇮🇷🇷🇺🇺🇦 İrandan göndərilən Rusiya ordusuna məxsus “Muhacir-6” dronu Ukrayna qüvvələri tərəfindən vurulub 🔥

🔷 تصاویر منتشر شده نشان می دهد پهپاد مهاجر-۶ ارتش روسیه که از ایران تحویل گرفته، توسط نیروهای اوکراینی ساقط شده است.

#İran #Rusiya #Ukrayna #dron
👍5
🇮🇷🇦🇿🇷🇺🇹🇲 Ekspert: "İranın qonşu ölkələrlə qaz ticarətində rolu artır"

Neft bazarı üzrə baş ekspert Nərsi Qurban “Quds Online” saytına müsahibəsində İranın regionun qaz habı olmaq səylərinə diqqət çəkərək deyib:

“Bu yolla İran ixracatçı ölkələrdən qaz alır və bunun müqabilində idxalçı ölkələrə qaz ixrac edir”.

Onun sözlərinə görə, əvvəllər İran ölkənin şimal bölgələrini qazla təmin etmək üçün Türkmənistandan qaz idxal edirdi, lakin borc və maliyyə mübahisələri səbəbindən bir neçə il qaz idxalı prosesi dayandırıldı.

Rusiyanın əsas qaz ixracatçısı olduğunu bildirən ekspert əlavə edib:

“İranın Rusiya ilə su sərhədi var və bu ölkədən qaz almaq üçün Türkmənistan və Azərbaycandan keçməlidir...”.

ran #qaz