Azad İran
5.71K subscribers
37.2K photos
22.3K videos
15 files
9.45K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 Molla rejiminə qarşı mədəni itaətsizlik kampaniyası davam edir 🔥

Məcburi hicab qanununa mədəni itaətsizlik edən qadınlar azad geyimdə gəzir.

پیاده‌روی با پوشش اختیاری

#İran #molla_rejimi #məcburi_hicab #mədəni_itaətsizlik
👏2
🇮🇷🇮🇱🇦🇿 İran deputatı sərsəmlədi: “Sionistlərin” Azərbaycanda təsiri var”

İran parlamentinin Rəşt şəhərindən seçilmiş nümayəndəsi və parlamentin Təhsil və Araşdırma Komissiyasının Rəyasət Heyətinin üzvü Məhəmmədrza Əhmədi Səngəri “Tvitter”də təhdid xarakterli post paylaşıb:

“Sionistlərin” Azərbaycandakı təsiri və “bu rejimin” başçısının son zamanlar İrana qarşı səsləndirdiyi ritorika müqabilində, İran-Misir münasibətlərinin canlandırılması və dərinləşdirilməsi buna uyğun cavab ola bilər. İsrail İranın Qəzza zolağının kənarında olmasının mənasını çox yaxşı bilir”.

ran #deputat #İsrail #Azərbaycan
👍2
Azad İran pinned a photo
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Sistan və Bəluçistan əyalətində şəxsiyyət vəsiqəsi və bank kartı olmayan vətəndaşlar çörək ala bilmir 😱🤬

Çörək almaq üçün insanların bank kartı olmalı və POS-terminal vasitəsilə ödəniş etməlidir, bank kartı olmayanlar isə nağd pul ödəyib çörək ala bilməzlər.

Sistan və Bəluçistan əyalətində şəxsiyyət vəsiqəsi olmayan insanların qeyri-rəsmi sayı 500 min nəfərə yaxındır.

Onlar tibbi sığorta xidmətlərindən məhrumdur və övladlarını məktəbə göndərə, özləri də işə düzələ bilmirlər, habelə subsidiya almaq, bank hesabı açmaq kimi hər cür dövlət xidmətlərindən məhrumdurlar.

نان به شرط شناسنامه!

فاقدین شناسنامه در بلوچستان نمی‌توانند نان خریداری کنند

#İran #Bəluçistan #çörək #qıtlıq
🤬2
Təbriz Məhkəməsinin qərarı: Elin adlı uşağa doğum şəhadətnaməsi verilsin ✌️

İranda hüquq müdafiəçilərinin media orqanı olan HRANA-nın verdiyi məlumata görə, Təbriz şəhər məhəkəməsi Qeydiyyat İdarəsini Elin adlı körpəyə doğum haqqında şəhadətnamə verməli olduğu barədə qərar çıxarıb.

Şərqi Azərbaycan əyalətinin Qeydiyyat İdarəsi son üç ay ərzində həmin körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edirdi. Çünki Qeydiyyat İdarəsinin hazırladığı adlar siyahısından kənarda qalan bütün adlar qanunsuz hesab edilir.

#Təbriz #Elin #ad #fars_molla_rejimi
🔥2
🇮🇷 İsfahan əyalətinin Şəhreza şəhərində SEPAH-ın Bəsic bazası azadlıqsevərlər tərəfindən partladılaraq yandırılıb 💥🔥

#İsfahan #Sepah #partlayış #etiraz
👏4
Urmu Şəhər Şurasının birinci katibi Azərbaycanı təhqir edib 🤬

Güney Azərbaycan millətinin böyük bir hissəsi və bu bölgənin bir sıra siyasi xadimləri, millət vəkilləri, Şəhər Şurasının üzvləri İraqın Ərbil əyalətinin valisinin tamahkarlığına (sinəsinə sancdığı bayraqda Güney Azırbaycanın Urmu bölgəsinin bir hissəsi İraq Kürdastının ərazisi kimi göstərilib və İranın bir sıra rəsmiləri, o cümlədən daxili işlər naziri İraqın Kürdüstan əyalətinin valiləri ilə keçirdikləri birgə toplantıda onun bu hərəkətinə göz yumublar) etirazlarını bildirərkən, Urmu Şəhər Şurasının birinci katibi Tohid Əlinejad özünün “İnstagram” hesabında paylaşdığı postlarda təhqir məqsədi ilə qoyun və uzunqulaq şəkillərində həyasızcasına “Azərbaycan” heşteqindən istifadə edib.
🤮4
🇮🇷 Son üç ildə 12 min iranlı həkim ölkəni tərk edib 😱👨‍⚕️👩‍⚕️

İran Daxili Xəstəliklər üzrə Mütəxəssislər Cəmiyyətinin sədri İrəc Xosrovniya deyib ki, “həkimlərin maddi problemləri və qazandıqları aşağı gəlir onların ölkədən mühacirət etməsini artırıb.

Eyni zamanda, gənc kadrların vəziyyəti daha acınacaqlıdır. Çünki onların evlənmək və özlərini evlə təmin etmək imkanları yoxdur”.

#İran #aşağı_gəlir #mühacirət
🤔3
🇮🇷🇦🇿🇮🇱 İran mollası: “Azərbaycan rəsmiləri “sionistlərin” məkrli tələsinə düşməməlidir”

Fars News xəbər verir ki, Güney Azərbaycanın Marağa şəhərinin cümə-imamı Höccətülislam Məhəmmədtəqi Purməhəmmədi son cümə namazı xütbələrində guya “sionistlərin” Azərbaycanda olduğunu iddia edərək, cəfəng fikirlər səsləndirib:

“Azərbaycanın “ehtiyatsız” səlahiyyətliləri “sionistlərin” mənfur planlarına və tələsinə düşməməlidirlər”.

O,
habelə iddia edib ki, İranın qonşu ölkələrlə bağlı planı bölgədə sülh və əmin-amanlığın qorunmasıdır.

Qonşu dövlətlərin başçılarının və rəsmilərinin İrana səfər etməsinə toxunan Məhəmmədi əlavə edib: “İran rəhbərinin “müdrikliyi” sayəsində İranın region və dünya ölkələri ilə əlaqələri günü-gündən genişlənir”.

“ABŞ və “sionistlər” harada olurlarsa olsunlar, ölkələr arasında təfriqə salmağa və münasibətləri pozmağa çalışırlar”,-deyə əyalət mollası qeyd edib.

#Azərbaycan #İsrail #İran
😁4
🇮🇷 İran rejiminin Güney Azərbaycana qarşı apardığı geosiyasi oyun davam edir 🤬

Bu dəfə molla rejimi Güney Azərbaycanın azadlıq etirazlarından sonra onun bəzi şəhərlərini Kürdüstan olaraq göstərən bir xəritə ilə gündəmə gəlib.

İranın geosiyasi oyunu Türkiyə qəzetlərində terrorçu qrupların şişirdilmiş iddiaları kimi öz əksini tapıb.

بازی ژئوپلیتیک رژیم ایران علیه آزربایجان با استفاده از ادعاهای زیاده خواهانه گروه‌های تروریستی در روزنامه های ترکیه انعکاس یافته است.

#İran #Türkiyə #Güney_Azərbaycan
👍1
🇦🇲🇮🇷 “Sünik” vilayətinin rəhbəri: “Biz iranlı tərəfdaşlarımızla iqtisadi və sosial proqramlar haqqında danışırıq. Tezliklə başlayacağıq”

“İran İslam Respublikasının “Sünik” vilayətində (Zəngəzur) konsulluğunun açılmasından sonra iranlı tərəfdaşlarla iqtisadi və sosial proqramların müzakirəsi və nəzərdən keçirilməsinə başlanılıb”. Bunu Sünik vilayətinin başçısı Robert Qukasyan Ermənistan parlamentində jurnalistlərə açıqlamasında İranın Baş Konsulluğunun bölgədə açılmasının təsirinə toxunaraq deyib.

Onun sözlərinə görə, gündəlikdə investisiya, mədəni və sosial planlar var. Real planlar hələlik start götürməyib, lakin çoxlu planlar var ki, müzakirələrin son mərhələsindədir və biz onaların icrasına başlamalıyıq.👇👇👇
Azad İran
🇦🇲🇮🇷 “Sünik” vilayətinin rəhbəri: “Biz iranlı tərəfdaşlarımızla iqtisadi və sosial proqramlar haqqında danışırıq. Tezliklə başlayacağıq” “İran İslam Respublikasının “Sünik” vilayətində (Zəngəzur) konsulluğunun açılmasından sonra iranlı tərəfdaşlarla iqtisadi…
“İranın Sünikdə konsulluğunun açılması daha tez həyata keçirilməli idi, çünki iki ölkə arasında həmişə isti münasibətlər olub, ancaq layihələrin həyata keçirilməsində tez-tez texniki problemlər yaranıb. Kommunikasiya problemləri var idi”,-deyə Robert Qukasyan əlavə edib. (News.am)

Qeyd edək ki, İranın Qafan şəhərindəki Baş Konsulluğu 2022-ci il oktyabrın 21-də açılıb. Tədbirdə Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Hüseyn Əmir-Abdullahiyan və İranın Qafandakı baş konsulu Abidin Vəramin iştirak ediblər.

#Ermənistan #İran
👍1
🇺🇸🇬🇧🇮🇱🇮🇷 İranın "Fəttah" hipersonik raketinə Amerika, İsrail və İngiltərədən reaksiya gəldi 🔥

İsrailin müdafiə naziri Yoav Qallant SEPAH-ın “hipersəs” raket istehsalına dair iddiasını “boşboğazlıq” adlandırıb və “İsrailin həmişə daha yaxşı cavabı var” deyib.

Britaniya isə İranın bu addımını “beynəlxalq məhdudiyyətlərin pozulması və dünya təhlükəsizliyinə təhdid” hesab edib.

#İran #Amerika #İngiltərə #İsrail #raket
👍3🔥1
🇮🇷 Məcburi hicabdan imtina edən iranlı aktrisa həbs edildi 🤬

İranda növbəti ədalətsiz həbs qərarı kino və televiziya aktrisası Şəqaiq Dehqan barəsində tətbiq edilib.

Xanım Dehqanın vəkili Kave Rah deyir ki, məkəmə həbs cəzasını cərimə ilə əvəz etsə də, müvəkkili hicabsız küçəyə çıxmasına görə, 10 sutkalıq həbs cəzası alıb.

#molla_rejimi #məcburi_hicab #aktrisa #həbs
🤬2
🇮🇷 Xameneyinin ofisinin rəsmisi: "Gənclərin bir çoxunda dini hakimiyyətə qarşı inamsızlıq var"

Əlirza Pənahiyan deyib: “Dini hakimiyyətn işi xalqın azadlığını təmin etməkdir. Bir çox gənclərdə "vikayət-e fəqih"ə (dini hakimiyyətə) qarşı anlaşılmazlıq və inamsızlıq var”',- deyə o, əlavə edib.

#İran #molla_rejimi
👍5
🇮🇷 İranda kitabların qiyməti 84% bahalaşıb📈📑

Kitab mağazalarının satış statistikası göstərir ki, may ayında kitabların orta qiyməti 114330 (4.63 manat) İran riyalına qədər bahalaşıb ki, bu da ötən ay ilə müqayisədə 35%, ötən illə müqayisədə isə 84% bahadır.

کتاب ۸۴ درصد گران شد

آمارهای خانه کتاب نشان می‌دهد میانگین قیمت کتاب در اردیبهشت ماه به ۱۱۴ هزار و ۳۳۰ تومان رسیده است،‌ که در مقایسه با ماه گذشته ۳۵ درصد و در قیاس با سال گذشته ۸۴ درصد گران شده است.

#İran #kitab #bahalaşma
😱1
🇮🇷 Beynəlxalq ictimaiyyət İrandakı edam dalğasına reaksiya verməlidir

12 insan haqları təşkilatı birgə bəyanat yayaraq İrandakı yeni edam dalğasını “narahatedici” adlandırıb və bu edamların qarşısını almaq üçün “təcili beynəlxalq reaksiya”ya çağırış edib.

İnsan haqları təşkilatıları birgə bəyanatlarında qeyd ediblər ki, son bir neçə ayda İslam Respublikası tərəfindən edam hökmlərinin icrası, o cümlədən iranlı etirazçıların edam sayinda “dəhşətli artım” müşahidə edilib.

#İran #insan_haqları #beynəlxalq_təşkilatlar
👍3
🇬🇧🇫🇷🇩🇪 Avropa İttifaqının İrana qarşı bəynatı: "İranın adımmları məhduddur və gözləniləndən azdır"

Üç Avropa ölkəsi - İngiltərə, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Rəhbərlər Şurasınını iclasında İranın nüvə proqramına qarşı birgə bəyanatlarında bildiriblər ki, İranın təhlükəsizlik zəmanəti ilə bağlı məsələlər üzrə qəbul etdiyi razılaşma çərçivəsində atdığı addımlar məhdud və gözləniləndən az olub.

#İran #İngiltərə #Fransa #Almaniya #nüvə_proqramı
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Molla rejiminin "Yaxşılıqlara çağırış" Təşkilatının məmuru məcburi hicabdan imtina edən qızlara dəyənəklə hücum edib 🔥🤬

Hücuma məruz qalan qızlar polisə zəng edib, polis isə həmin məmuru müdafiə edib.

یک ناهی از منکر در روز سه‌شنبه ۱۶ خرداد با دو دختر دانش‌آموز به خاطر نداشتن حجاب اجباری درگیر شده. به گفته قربانیان این حمله، پس از تماس با پلیس، ماموران از مهاجم چوب به دست حمایت کردند.

#İran #molla_rejimi #məcburi_hicab
🤬5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təbrizdə vətəndaş çörək almaq üçün saatlarla növbədə dayanmaqla bağlı öz etirazını bildirir. 🤬

چهارشنبه ۱۷ خرداد ۱۴۰۲
اعتراض از صف طولانی نانوایی‌ها در تبریز
🤬6