Azad İran
5.12K subscribers
32.6K photos
20.1K videos
15 files
9.31K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷Tehranın mərkəzində oğul öz atasını mülk üstündə tikə-tikə doğradı🔥

Qadın qonaqlıqdan qayıtdıqdan sonra ərini evdə tapmadıqda polis idarəsinə gedərək 78 yaşlı həyat yoldaşını itdiyini deyib.

Polis istintaq və araşdırmala başlayıb. İstintaq polisinin itkin düşən şəxsin evində bəzi qan ləkələri aşkar edənədək araşdırmaları davam edib.

Ətrafdakı küçələrin müşahidə kameralarına baxış keçirərək məlum olub ki, itkin düşən şəxsin uzaq səfərdə olan oğlu avtomobili ilə gələrək gizlincə evə daxil olub.
Oğlan həbs edilib. İstintaqda ifadə verib: Atamla milyardlarla dəyəri olan mirasa (Tehran bazarında iki mərtəbəli ev və mağaza) görə mübahisə etdik və buna görə onu öldürmək plani qurdum.
Planı hazırladıqdan sonra cinayətin izini itirmək üçün xanımimla birgə Babol şəhərinə getdim, amma Tehrana tək qayıdaraq dərhal atamın evinə yollandım, onunla mətbəxdə dalaşdım və bu vaxt onu bıçaqla öldürdüm.

Atamı öldürəndən sonra meyiti parçalara ayırıb sellofan torbalara yığıb Vəramin şəhəri ətrafındakı səhrada basdırdım!"
🤯4👍1
🇮🇷İran təhlükəsizlik qüvvələri təhdid məqsədilə bir neçə qızlar liseyində porno filmlər nümayiş etdirib

“Iranwire”a daxil olan məlumata görə, təhlükəsizlik qüvvələri SEPAH və Bəsic məmurları adı altında Təhsil Nazirliyinin icazəsi ilə Tehranın 4-cü və 5-ci rayonlarındakı qızlar liseylərinə, "Reyhane Nəbi" adlı məktəbə və Xuzestan əyalətindəki Mahşəhr şəhərinə gedib orta məktəbli qızları təhdid edərək porno videolar və heyvanların cütləşməsinin əks olunduğu görüntülər nümayiş etdiriblər.

Onların məktəblilərə izahı belə olub; Etirazçıların tələbi bu yerə gətirib çıxarır.
Valideynlər və məktəblilər şokdadır. Reyhane Nəbi məktəbinin şagirdlərindən bəziləri stress keçirərək xəstəxanaya aparılıb.

نیروهای امنیتی برای تهدید در چند دبیرستان‌ دخترانه، فیلم پورن نمایش داده‌اند
🤬5
🇮🇷İranı qarşıda böyük təlatüm gözləyir🔥

İranlı gənc qrafika rəssamı Qəzəl Qolşiri "Le Monde" qəzetinə müsahibəsində deyib: "İran hazırda fırtına öncəsi sakitliyi yaşayır. İnsanlar çox qəzəblidirlər. Tezliklə etiraz hərəkatı yenidən başlayacaq və bu dəfə ölkənin ağır iqtisadi vəziyyəti nəticəsində etirazçılar sırasına digər üsyançılar da qoşulacaq. Qadınlar artıq məcburi hicabsız küçələrə çıxmaqdan qorxmurlar.

Bundan əlavə, iqtisadi vəziyyətin sürətlə pisləşməsi, tüğyan edən inflyasiya və məişət problemləri yaxınlaşan tufandan xəbər verir".

Sara adlı öyrənci qız İranda son aylarda baş verən repressiyalara toxunaraq deyib: “Üzdə biz məğlub olmuş kimi görünürük, amma əslində qarşıdakı döyüş üçün yeni nəfəs alırıq”.

به نوشتۀ لوموند در ایران توفان بزرگی بزودی از راه می‌رسد

#İran #inqilab #təlatüm
👏7👍2
🇺🇦🇮🇷🇨🇳🇷🇺Ukrayna müharibəsində Çin dronları İran dronlarını əvəzləyə bilər

Çin pilotsuz uçan aparatları onların imkanlarını qiymətləndirmək üçün tezliklə Ukraynada sınaqdan keçirilə bilər.

Qərb ekspertləri “Newsweek” jurnalına bildiriblər ki, İran Rusiyanın tələb etdiyi miqdarda dron istehsal edə bilmədiyinə görə, Çinin analoji kamikadze dronları tezliklə Ukrayna müharibəsində İran silah-sursatını əvəz edə bilər.

Newsweek-in məlumatına görə, Çinin ZT-180 dronu haqqında ətraflı məlumat yoxdur, amma görünür, bu, Rusiyanın Ukraynaya hücum üçün geniş istifadə etdiyi İran istehsalı olan “Şahed” kamikadze dronunun bənzəri və ya genetik surətidir.

احتمال جایگزینی پهپادهای چینی با پهپادهای ایرانی در جنگ اوکراین

#İran #Çin #Rusiya #dron
👎3🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Tehranın Tehransər qəsəbəsində məktəbli qızlar hökumətə qarşı etiraz aksiyası keçiriblər

Məktəblilər şüarlar səsləndiriblər: "Ölüm olsun uşaq qatili hökumətə! Ölüm olsun diktatora!"

شجاعت مثال زدنی دختران دانش آموز مدرسه تهرانسر برعلیه حکومت بچه کش

#Tehran #məktəb
9
🇮🇷🇧🇷İran hərbi gəmiləri Cənuni Amerika sahillərində yan alıb / Mediada bu, Amerikanın gizli həyatında cövlan etmək kimi qiymətləndirilir

"Reuters" ajansı Rio-de-Janeyro Liman İdarəetmə Təşkilatına istinadla bildirib ki, İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Məkran” və “Dena” adlı gəmilər bazar günü limana daxil olub.

Sözügedən xəbər ajansı bir müddət əvvəl yazmışdı ki, Braziliya öz prezidentinin Vaşinqtona səfəri ərəfəsində İranın bu gəmilərinin limana yan alması ilə bağlı xahişini rədd edib.

Birləşmiş Ştatlar ötən ay İslam Respublikasının Panama boğazına daxil olmasına reaksiya vermiş və Dövlət Departamentinin sözçüsü demişdi: “Vaşinqton Panama boğazına İran gəmilərinin göndərilməsinə nəzarət edir”.

2021-ci ilin iyununda da Amerikanın Hərbi Dəniz Qüvvələri Atlantik Okeanı vasitəsilə Venesuelaya gedən bir İran hərbi gəmisini və müşayiət gəmisini yaxından izlədiyini bildirmişdi.

پهلو‌گیری ناوهای ایرانی در آمریکای جنوبی؛ رسانه‌ها از آن به عنوان «جولان در حیاط خلوت آمریکا» یاد کرده‌اند
🔥4👍1
🇮🇷İranda edamların və insan hüquqlarının pozulmasının dayandırılması ilə bağlı onlarla ölkə birgə bəyanat yayıb

BMT-nin İnsan Haqları Şurasının iclasının ikinci günündə 54 ölkə birgə bəyanat yayaraq, İran edamların ləğvi və insan haqlarının geniş şəkildə qorunmasına çağırış ediblər.

Böyük Britaniya tərəfindən hazırlanan və 54 ölkənin rəsmi nümayəndələri tərəfindən imzalanan bəyanat layihəsində əlavə olunur ki, biz İranda yeniyetmələrin edamı da daxil olmaqla ölüm hökmünün tətbiqindən dərin narahatıq.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında əksini tapmış və Kosta Rika xarici işlər nazirinin müavini Kristian Gilermet tərəfindən fevralın 28-də BMT-nin İnsan Haqları Şurasının iclasında oxunan bu bəyanatda deyilir: "İran İslam Respublikasında son etirazlarda onlarla məhbus edama məhkum edilib. Ölüm cəzası heç bir hökumət tərəfindən etirazlarda iştirak edən insanları cəzalandırmaq və ya müxalifəti ruhdan salmaq üçün cəmiyyətdə qorxu yaratmaq vasitəsi kimi istifadə edilməməlidir".
👍3
🇮🇷"İslam Respublikası gözümüzün önündə süqut etməkdədir"

"American İnterprice" İnstitutunun analitiki Maykl Rubin “Washington Examiner” qəzetində “İslam Respublikası gözümüzün önündə çökür” başlıqlı məqaləsində yazır ki, Bayden administrasiyası İran xalqının dərk etdiklərini başa düşəcəyinə ümid edir. İran xalqı üçün gələcək İslam Respublikası ilə mümkün deyil.

Rubin məqaləsində İranın valyuta bazarında dolların məzənnəsinin yüksəlməsinə toxunaraq cəmi bir həftəsonu ərzində 10% artaraq, təxminən 60 min tümənə çatmasından və həmin prosesin bazarın bağlanmasına səbəb olmasından bəhs edib.

İranda fırtına üçün şərait sürətlə yaranır. Qarşıdan Novruz bayramı və qonaqlıqlar gəlir ki, bu da adətən əsas malların inflyasiyasının artması ilə nəticələnək. Bu il də orucluq ayı novruz bayramı ilə yanaşı olduğuna görə, inflyasiyanın tüğyan edəcəyi məlumdur.

جمهوری اسلامی در برابر چشمان ما در حال فروپاشی است

#İran #süqut #inflyasiya
👎5👍3👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Tehranın Şuş qəsəbəsində pensiyaçılar etiraz aksiyası keçiriblər

Pensiyaçılar məişət şəraitinin dözülməz olmasına və hökumət tərəfindən heç bir tədbir görülməməsimə etiraz ediblər.

تجمع بازنشستگان تامین اجتماعی شهرستان شوش

چهارشنبه ۱۰ اسفندماه

#Tehran #etiraz
👏7
🇦🇿🇮🇷Azərbaycan xarici işlər naziri ilə İran xarici işlər nazirinin müavini arasında görüş keçirilib

Görüşdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı məsələlər müzakirə edilib.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan tərəfi araşdırmaları davam etdirir və İran bu məsələ ilə bağlı bir sıra suallara cavab verməlidir (Azərbaycan XİN-nin rəsmi saytı).

دیدار وزیر خارجه جمهوری آذربایجان با معاون وزارت خاجه ایران

#Azərbaycan #İran #səfirlik
Ərdəbil mərkəzi xəstəxanasının Toksikologiya şöbəsinin reanimasiya bölməsinin əməkdaşı Aysan Əştərinin bildirdiyinə görə, Ərdəbildə ən azı 11 məktəbdə şagirdlər zəhərləniblər.

آیسان اشتری در آی‌سی‌یو بیمارستان خمینی اردبیل؛
حداقل ۱۱ مدرسه در اردبیل درگیر مسمومیت دانش آموزان

#Ərdəbil #məktəb #zəhərlənmə

Kanalımıza abunə olun
🤬2👍1
🇮🇷Qazel yoxsa Məcid?😁

İran ordusu təlimlərdə ən son “Məcid” hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirib.

بهره‌برداری از سیستم های پدافند «مجید»

Kanalımıza abunə olun
😁5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranda mülki geyimli polislər zəhərlənmiş şagirdlərin analarına vəhşicəsinə hücum ediblər🤬

İran parlamentinin keçmiş üzvü Mahmud Sadeqi bu barədə yazıb: “Şagirdlərin analarını döyən bu mülki geyimli hökumət qüvvələri haradan çıxır?”.

Hüquqşünas Mohsen Burhani də bu videoya cavab olaraq yazıb: “Şagirdin məktəbdə zəhərlənməsinə etiraz olaraq qışqıran qadının günahı yoxdur, o, etiraz edir və narahatdır”.

“Səsini kəsmək üçün onun saçını yolmaq, üzünə və ağzına toxunmaq da artıq halal olub? Siz hansı dinə və ayinə inanırsınız?”,-deyə o, əlavə edib.

#İran #məktəb #zəhərlənmə

Kanalımıza abunə olun
🤬8
🇮🇷İranlı ekspert: "Təhlükəsizlik məsələlərində İran və Ermənistanın maraqları tamamilə üst-üstə düşür"

Ehsan Movəhhediyan adlı qatı Azərbaycan düşməni özünün Tvitter hesabında yazır:
“İran və başqalarının nöqteyi-nəzərindən Zəngəzur dəhlizinin açılmasının mənfi nəticələri haqqında Ermənistanın “CivilNet” telekanalına müsahibəm: Təhlükəsizlik məsələlərində İran və Ermənistanın maraqları tamamilə üst-üstə düşür”.

Azərbaycan dövlətini qərəzli şəkildə “Bakı Respublikası” adlandıran bədnam siyasi şərhçi həyasızcasına hədə yağdırıb: “Bakı Respublikası” İranın qırmızı xətlərini çoxdan keçib, İranın mövqeyi sərtləşib və İslam Respublikasının səbri sonsuz deyil!”.

Kanalımıza abunə olun
👎2🤮1
Azad İran pinned a photo