Azad İran
5.12K subscribers
31.9K photos
19.8K videos
15 files
9.26K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Azad İran
🇮🇷🇦🇲İranın Əmək Nazirliyi: “Ermənistanla əməkdaşlığa və qarşılıqlı əlaqələri genişləndirməyə hazırıq” Azərbaycan əleyhinə daim qərəzli yazılar dərc edən İranın “Bultan News” saytının verdiyi xəbərə görə, İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin…
Ermənistanın İrandakı səfiri Arsen Avakyan da iki ölkənin şirkətləri arasında ikitərəfli əməkdaşlığa diqqət çəkib.

Sitat: “İranın Əmək Nazirliyində çox yaxşı imkanlar mövcuddur ki, bunlar mübadilələrin artırılması istiqamətində iki ölkənin tələbatına cavab verə bilər”.

“Biz sosial müdafiə məsələsində iki ölkənin öz təcrübəsini bölüşməsində son dərəcə maraqlıyıq”,-deyə erməni səfir bildirib.

#İran #Ermənistan
🤮3👏1
🇮🇷İranda etirazçılar divara "Diktator üzr istəmir, süqut edir!" şüarı yazıblar
👍6
🇮🇷Güneyli jurnalist qadın qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır😔✌️

Əslən azərbaycanlı olan jurnalist və ictimai fəal Nəsim Sultanbəyli artıq 15 gündür ki, Tehranın Evin zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Sosial mediada açıqlama yayan jurnalistin anası qızının iki həftədir həbs edilməsinə baxmayaraq, onun nədə ittiham olunduğu barədə məlumat verilmədiyini bildirib.

Qeyd edək ki, Nəsim Sultanbəyli yanvarın 11-də xaricə getmək üçün Tehran hava limanına getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

۱۲ روز است نسیم سلطان‌بیگی را در انفرادی اوین در بلاتکلیفی نگه‌ داشته‌اند
نسیم سلطان‌بیگی پس از ۱۲ روز هنوز در سلول انفرادی اوین در بازداشت به‌سر می‌برد و از علت دستگیری او هیچ اطلاعی در دست نیست.

#İran #jurnalist #həbs
🤬6
Azad İran pinned a photo
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Ötən gecə Tehranda “Xameneyiyə ölüm” və “diktatora ölüm” şüarları səsləndirilib

Etirazçı tehranlı gənclər gecəni qaranlığın düşməsi ilə anti-hökumət şüarları səsləndirməyə başlayıblar.
Qeyd edək ki, son etirazlarda azyaşlı uşaqların hökumət qüvvələri tərəfindən öldürülməsinə toxunan narazı gənclər habelə "Uşaq qatili hökumətə ölüm olsun" şüarı veriblər.

بانگ شبانه در تهران با شعارهای مرگ بر خامنه ای و مرگ بر دیکتاتور
👍5
Güneyli fəalın taleyindən xəbər yoxdur😔

Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərindən olan tanınmış alpinist Babək Qabilnejad barədə məlumat əldə etmək mümkün olmur.

Ötən ilin noyabrın 5-də İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəalın nədə ittiham olunduğu və harada saxlanıldığı barədə ailəsinə açıqlama verilmir.

Onunla görüşə və telefon danışığına da icazə verilmir. Bu da ailəsinin fəalın səhhəti ilə bağlı narahatlığına səbəb olub.

Qeyd edək ki, Sayınqaladan olan gənc qız Nəsim Sidqinin oktyabrın 31-də Urmu şəhərində keçirilən etiraz aksiyasında öldürülməsindən sonra bu şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Bir neçə nəfərin həbs edildiyi bildirilir.(Gunaz)

علیرغم گذشت بیش از ۹۰ روز از بازداشت بابک قابل نژاد فعال تورک آذربایجانی در سایین قالا (شاهین دژ) همچنان از علت دستگیری و محل نگهداری وی خبری در دست نیست
🤬2👍1👎1
🇮🇷İran hökumətinə bağlı jurnalust Reza Abbasi "Tvitter" hesabında yazıb:

"Məni nədə ittiham etməyiniz məni maraqlandırmır.
İran rəsmi olaraq Rusiyanı dəstəkləməyə başlamalı, Abrams və Leopard tanklarının göndərilməsinə cavab olaraq Rusiyaya özünün qısa və orta mənzilli raketləri, eləcə də bir neçə növ kamikadze dronlarını verməlidir.
Rusiyanın Ukrayna müharibəsində məğlub olması Şərqin məğlubiyyətinin və Qərbin hökmranlığının başlanğıcıdır".
🤮2👎1
🇫🇷🇮🇷Fransa xarici işlər naziri İranda həbs edilmiş yeddi Fransa vətəndaşının azad edilməsini tələb edib

Fransanın xarici işlər naziri Ketrin Kolona iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla telefon danışığında İran həbsxanalarında həbsdə olan “yeddi fransız girovu” azad etməyə çağırıb.

Çərşənbə günü, xanım Kolona "tvitter" hesabında İran xarici işlər naziri ilə telefon danışığında İslam Respublikasından beynəlxalq qanunlara riayət etməyi və İranda "özbaşına" həbsləri dayandırmağı tələb etdiyini bildirib.

Qeyd edək ki, İranda saxlanılan Fransa vətəndaşları arasında 2019-cu ilin iyununda "ölkənin milli təhlükəsizliyinə təhdid" ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilən Fəriba Adelxahı qeyd etmək olar. Digər Fransa vətəndaşı Benjamin Brier 2020-ci ilin mayında casusluq ittihamı ilə həba olunub və 8 il müddətinə azadlıqdan məhrum edilib. Sesil Kohler və Jak Paris də ötən may ayında İranda həbs ediliblər.

وزیر خارجه فرانسه خواستار آزادی «هفت گروگان فرانسوی» در ایران شد

#Fransa #İran
👍3
🇮🇱🇮🇷🇪🇺İsrail prezidenti: "Avropanın İrana qarşı qətiyyətlə hərəkətə keçməsinin vaxtıdır"

İsrail prezidenti İshaq Hersoq Avropa liderlərinə xitabən deyib: "Avropanın İrana qarşı qətiyyətli mövqe tutmasının vaxtı gəlib çatıb".

Hersoq yanvar 25-də Avropaya səfəri çərçivəsində Avropa Komissiyasının sədri Ursula Von der Lein ilə görüşdə Avropa İttifaqından Tehrana qarşı tədbirlərini gücləndirməyi istəyib və "İran Avropadadır"-deyə xəbərdarlıq edib.

İsrailin “Times" qəzetinin məlumatına görə, İshaq Hersoq deyib: “İran rejimi dronlar və öldürücü silahlar hazırlayıb göndərməklə Ukrayna vətəndaşlarına qarşı döyüşür, nüvə gücünü artırmaqla və öz vətəndaşlarına qarşı işkəncə və qətllərlə dünyanı təhlükəyə salır. Hesab edirik ki, Avropanın İrana qarşı son dərəcə qətiyyətli mövqe tutmasının vaxtı çatıb. Çünki bu çağırış təkcə İsrail və Yaxın Şərq regionu üçün deyil, həm də Avropa və dünya üçündür".

رئیس جمهوری اسرائیل: وقت آن رسیده که اروپا در قبال ایران قاطعانه اقدام کند

#İsrail #İran #Avropa
3👍3
🇮🇷İranın Xorasan-Rəzəvi əyalətinin Dərgəz qəsəbəsində maye qaz satışı mərkəzləri işləmədiyinə görə taksi sürücüləri tətil keçirirlər

اعتصاب تاکسیرانان شهرستان درگز به علت تعطیلی جایگاه های cng

#İran #qaz_böhranı #taksi #tətil
👍2🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranda 3 əsas repressiv qurumun gündəlik büdcəsi 557 milyard tümən olacaq

İranda SEPAH, ETTELAAT (Kəşfiyyat) Nazirliyi və Baş Polis Komandanlığı İran təqvimi ilə 1402-ci (martın 21-dən etibarən) ildə ümumilikdə 203.400 milyard tümən büdcəyə malik olacaq. Bu da dəqiqədə 386 milyon tümən deməkdir.

Rəsmi statistikaya görə, məktəblərinin beşdə biri yararsız vəziyyətdə olan və 12 min reanimasiya çarpayısı çatışmayan xəstəxanaları olan bir ölkədə hər bir İran vətəndaşını əzmək üçün 2.4 milyon tümən!

Bu büdcə ilə ölkədə nələr etmək olmazdı ki?!

روزانه ۵۵۷ میلیارد تومان بودجه سه نهاد سرکوبگر 

#İran #büdcə #repressiya
🤬4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Tehran əyalətinin Kərəc şəhərində yerləşən "Fərmənd" şokolad fabrikinin işçiləri etiraz aksiyası keçirib

Fabrik işçiləri əməkhaqlarının az olması və yaşayış şəraitlərinin ağır olmasına etiraz olaraq aksiya keçiriblər.

تجمع اعتراضی کارگران شرکت فرمند

بنابر اخبار منتشره امروز پنجشنبه ۶ بهمن ۱۴۰۱ کارگران کارخانه شکلات‌سازی فرمند واقع در کرج در اعتراض به دستمزدهای ناکافی و وضعیت نامناسب معیشتی دست به تجمع زده‌اند.

#Tehran #fabrik #işçilər #əməkhaqqı #etiraz
👍4
🇮🇷🇮🇶İran "Ərəb körfəzi" adından istifadə etdiyinə görə İraqa yenidən etiraz edib

İran Xarici İşlər Nazirliyi İraq rəsmilərinin “Ərəb körfəzi” ifadəsini işlətməsini mehriban qonşuluq prinsiplərinə zidd hesab edib və İraq hakimiyyətindən bu prosesi tənzimləməsini tələb edib.

اعتراض مجدد ایران به عراق بابت استفاده از نام «خلیج عربی»

#İran #İraq #Fars_Körfəzi #Ərəb_Körfəzi
🤮3
Güneyli həkim Rza Rzazadə Porapəri Təbrizdə 6 ay həbs cəzası alıb: 2 il ölkədən çıxışına qadağa qoyuldu

O, "İran hakimiyyətini və Xameneyini təhqir etmək" ittihamı ilə Təbriz İnqilab Məhkəməsinə çağırılaraq həbs edilib və Təbrizin mərkəzi zindanına köçürülüb.

دكتر رضا رضازاده پراپری ؛ پزشک تورک در تبریز به 6 ماه حبس و دو سال ممنوع الخروجی محکوم شده است

#Təbriz #güneyli_həkim #həbs
🤬1
🇮🇷İran parlamentinin Sərab şəhərindən olan deputatı: "İnsanların qaz pulunu ödəməyə imkanı yoxdur"

Yusif Davudi İran Milli Qaz Şirkətinin qazın qiymətini artırmasını tənqid edərək yerli qaz tariflərinin əvvəlki səviyəyə qaytarılmasını tələb edib.

O, bəyan edib: "Ağır inflyasiyaya, əmtəə və ərzaq məhsullarının bahalaşmasına baxmayaraq, həm də Azərbaycan və Sərab kimi soyuq iqlimdə temperaturun mənfi 30 dərəcəyə çatdığı bir vaxtda İran Milli Qaz Şirkəti Sərab şəhərində aztəminatlı insanların əksəriyyətinin ödəmək gücündə olmadığı halda qazın qiymətini artırıb.

یوسف داودی نماینده سراب: مردم توان پرداخت قبوض گاز را ندارند

یوسف داودی نماینده مجلس با انتقاد از اقدام شرکت ملی گاز خواستار بازگشت نرخ گاز خانگی به قیمت سابق شد.

#İran #deputat #Sərab #qaz
👍5🔥1
🇮🇷İranın cəsarətli qadınından möhtəşəm görüntü✌️

Bu şəkil həmin qızı 10 il həbsə apara bilər! Ancaq yenə də cəsarətlə orada dayanır.(GüneyAzfront)

اقدام شجاعانه زنان ایرانی

#İran #etiraz
👍75
🇺🇸🇮🇷ABŞ Konqresinin Nümayəndələr Palatası İrandakı etirazları dəstəkləyən qətnaməni təsdiqləyib

HR-7 kimi tanınan bu qətnamə həm Respublikaçı, həm də Demokrat partiyaları tərəfindən dəstəklənib.

Respublikaçı qanunverici Klaudia Tenney sözügedən qətnamənin 420 lehinə və bir əleyhinə səslə qəbul edildiyini bildirib.

قطعنامه «حمایت از اعتراضات در ایران» در مجلس نمایندگان آمریکا به تصویب رسد

#Amerika #İran #qətnamə
👍4
Media is too big
VIEW IN TELEGRAM
🇫🇷Molla rejimindən narazı gənc Parisin Nofel Loşato qəsəbəsində Xomeyninin xatirə lövhəsini dağıdıb və üzərinə şir və günəş bayrağı asıb

نصب پرچم شیر و خورشید بجای عکس خمینی در نوفل لوشاتو فرانسه توسط آزادیخواه

#İran #etiraz #Paris
👍5
🇮🇷İranın Zahedan şəhəri başdan-başa səngərdir

Molla rejimi əhalini əzmək üçün xüsusi təyinatlıları şəhərə yeridib.

زاهدان - کل شهر یکی شده با بلوک و سنگر و دژ و ایست

پنجشنبه ۶ بهمن ۱۴۰۱

#İran #Zahedan #repressiv_qüvvələr
👍3🤬2👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın İze şəhərində hökumət qüvvələri tərəfindən öldürülmüş gəncin 40 mərasiminin keçirələcəyi əraziyə molla rejimi çoxlu sayda polis və təhlükəsizlik qüvvələri yerləşdirilib

تصاویری که در شبکه‌های اجتماعی منتشر شده‌اند از حضور گسترده نیروهای حکومتی برای ممانعت از برگزاری مراسم چهلم #محمود_احمدی خبر می‌دهند.

#İran #İze #repressiv_qüvvələr
👎2🤬2