Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.4K subscribers
19.1K photos
11.5K videos
5 files
20.9K links
Download Telegram
Müəllim onlayn dərs zamanı vəfat etdi
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi vəfat edib.

Axar.az xəbər verir ki, AzMİU-nun Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi Soltan Səbzəliyev onlayn dərs deyən zaman qəfil ürəktutmadan dünyasını dəyişib.

O, doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub.

Qeyd edək ki, 62 yaşlı Soltan Səbzəliyev 25 ildən artıq AzMİU-da çalışıb.
90 minə yaxın pensiya işi ləğv edildi - Nazir
Əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb və ləğv edilib.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, ötən illlər ərzində bu istiqamətdə kifayət qədər işlər görülüb:

“Araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib”.
Bazar günü Bakıda yağış yağacaq, külək əsəcək
Bakıda və Abşeron yarımadasında aprelin 11-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 15-19 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Əməkdar artist bacı və qardaşını koronadan itirdi
Əməkdar artist Ayşad Məmmədovun ailəsində ağır itki üz verib.

Kult.az xəbər verir ki, aktyorun qardaşı və bacısı koronavirusdan dünyasını dəyişib.

Bu haqda onun qızı Mələk Məmmədova məlumat yayıb.
Zelenski Putinə görüş təklif etdi
Ukrayna Prezidenti Vladimir Zelenski Qara dənizdə artan gərginliklə əlaqədar olaraq Rusiya Prezidenti Vladimir Putin ilə görüşmək istədiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Putindən hələ Zelenskiyə cavab gəlməyib.
Azərbaycanda ən çox koronaya yoluxanlar kimlərdir?
Azərbaycanda COVID-19 xəstələrinin yaş qruplarına görə yoluxma faizi açıqlanıb.

Axar.az xəbər verir ki, koronavirusa yoluxma 0-9 yaş aralığında 3 faiz, 10-19 yaş aralığında 6 faiz, 20-29 yaş aralığında 16 faiz, 30-39 yaş aralığında 21 faiz, 40-49 yaş aralığında 15 faiz, 50-59 yaş aralığında 18 faiz, 60-69 yaş aralığında 15 faiz, 70-79 yaş aralığında 4 faiz, 80 yaşdan yuxarı insanlar arasında isə 2 faizdir.

Virusa yoluxanların 51 faizi qadın, 49 faizi isə kişidir.
Qubadlıda çaylara farel balıqları buraxıldı
Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə xırda farel balıqları buraxılıb.

Axar.az xəbər verir ki, çəkisi 30-50 qram olan 1000 ədəd balıq körpəsi çay hövzəsinə buraxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyirinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Qızıl xallı farel yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların buraxılışı nəzərdə tutulub:

“Qızıl xallı farel həm də Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş növdür. Bu proses bu ərazilərdə həmin növün təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək. Bundan əlavə, həm Həkəri, həm də Bərgüşad çaylarında sululuq dərəcəsinin yüksək olması balıqların bu çaylarda geniş yayılmasına müsbət təsir göstərən amillərdəndir”.
Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
Azərbaycanda bu gün koronavirus infeksiyasına 2457 yeni yoluxma faktı qeydə alınıb, 2002 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 34 nəfər “COVID-19”dan vəfat edib.
Bu peyvəndi vurduranlarda tromb əmələ gəlir? - Həkim
⬇️⬇️
https://axar.az/news/saghliq/551691.html
İdman zalları hansı şərtlərlə açıla bilər? - Video ⬇️⬇️ https://axar.az/news/toplum/551713.html
Rusiyanın Ermənistanda daha bir hərbi bazası açılır
Ermənistan və Rusiya 102-ci bazanın imkanının genişləndirilməsini, özəlliklə, Sünikdə bazanın dayaq məntəqəsinin yaradılmasını müzakirə edir.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinda çıxışı zamanı Baş nazir Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Rusiya ilə hərbi ittifaq ölkənin təhlükəsizliyinin təmin edilməsində açar rolunu oynayır.

O, təhlükəsizliyin təmini işində Ermənistan-Rusiya vahid birləşmiş qoşunlarının və hava hücumundan müdafiə vahid sisteminin fəaliyyətinin vacib praktiki əhəmiyyət daşıdığı bildirib.
Nikol şərlədi: Bakı bizi blokadada saxlamaq istəyir
Məndə belə şübhələr var ki, Azərbaycan regional nəqliyyat kommunikasiyalarının açılması prosesini əngəlləməyə cəhd edərək, Ermənistanın blokadada saxlamaq istəyir.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Biz davamlı olaraq üçtərəfli bəyanatın reallaşdırılması yolu ilə gedəcəyik. Rusiya və İranla dəmir yolunun açılması Ermənistan üçün strateji əhəmiyyət kəsb edir” – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan öncə Azərbaycanın Ermənistan sərhədinə qədər olan dəmiryol tikintisini maksimum 2-2,5 il ərzində başa çatdıracağını açıqlayıb.
Bu gün ölkəmizdə neçə nəfər koronaya yoluxub?
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2293 yeni yoluxma faktı qeydə alınıb, 2071 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 291 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255 833 nəfər müalicə olunaraq sağalıb, 4009 nəfər vəfat edib. 32 052 nəfər aktiv xəstə sayını təşkil edib.
➡️ Rusiya Krıma nüvə silahı yerləşdirib?⬅️

Ukrayna müdafiə naziri Krımda nüvə silahının yerləşdirilməsi ilə bağlı açıqlama verməklə Qərb ölkələrini qorxutmağı hədəfləyir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Sergey Çekov deyib.
“Bax bu, səfehlik və uydurmadır. Ukraynadakı qorxular asanlıqda Avropa Parlamenti və Avropa Birliyinə yayılır. Görünür, o, Avropa ölkələrinə yalvararaq onlarda mərhəmət oyatmağa və pul dilənməyə çalışır”, - deyə Çekov bildirib.
⬇️⬇️⬇️⬇️
https://axar.az/news/planet/551926.html
➡️ ABŞ Rusiyaya ən ağır zərbəyə hazırlaşır: rubl artıq ucuzlaşır ⬅️

ABŞ-ın Moskvaya qarşı yeni sanksiyaları Rusiyanın suveren borcuna toxuna bilər.
⬇️⬇️⬇️⬇️
https://axar.az/news/planet/551952.html
➡️ Separatçı yalvardı: Ukrayna ordusu hazırdır, bir neçə saata... ⬅️

Donbasda hərbi toqquşma baş verə bilər.

⬇️⬇️⬇️⬇️
https://axar.az/news/planet/552025.html
➡️ Bakı ilə sülh razılaşması ilə bağlı görüş... - İrəvan⬅️

Ermənistan və Azərbaycan nümayəndələri arasında sülh razılaşmasının imzalanması məsələsiylə bağlı görüş planlaşdırılmır.
⬇️⬇️⬇️⬇️
https://axar.az/news/planet/552025.html