Marja.az
6.26K subscribers
28.6K photos
1.63K videos
24 files
25.7K links
Download Telegram
Prezident İlham Əliyev ilə Nikol Paşinyanın görüşü baş tutub

Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

Görüş Kopenhagendə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində keçirilib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

Görüş Kopenhagendə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində keçirilib.
İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Ətraflı: https://marja.az/130689/irsad-da-3-5-oktyabrda-yasil-cume-baslayir
😁1
KİV: Bəşər Əsədi Moskvada zəhərləyiblər

Suriyanın keçmiş Prezidenti Bəşər Əsədi zəhərləyiblər.

Bu barədə Rusiya KİV-i Suriya İnsan Haqları Müşahidə Qrupuna (SOHR) istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda onun vəziyyəti stabildir.

Qeyd olunub ki, Əsəd sentyabrın 29-da Moskva ətrafındakı xəstəxanadan evə buraxılıb.

Mənbənin sözlərinə görə, Əsədin xəstəxanada olduğu müddətdə ona yalnız qardaşı Mahir və Prezident İşləri üzrə keçmiş baş katib Mənsur Əzzama baş çəkməyə icazə verilib.

“Əməliyyatı həyata keçirən tərəf rəsmi Moskvanı pis vəziyyətdə qoymaq və onu keçmiş prezidentə sui-qəsddə ittiham etməyi planlaşdırıb, - deyə mənbə qeyd edib.

© APA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub.
“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!

Ətraflı: https://marja.az/130692/million-sans-lotereyasina-mohtesem-hediyyelerle-start-verildi
Təmasları davam etdirmək barədə razılığa gəliblər

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub.


Marja xəbər verir ki, görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə edib, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar.

Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycanlı biznesmen haqqında yayılan iddialara cavab

Ətraflı:
https://marja.az/130693/azerbaycanli-biznesmen-haqqinda-yayilan-iddialara-cavab
Oktyabrın 3-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 19-24, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.
1
"Tikintiyə icazə ilə bağlı sahibkarların üzləşdiyi müəyyən çətinliklər qalır"

Ətraflı:
https://marja.az/130697/tikintiye-icaze-ile-bagli-sahibkarlarin-uzlesdiyi-mueyyen-cetinlikler-qalir
BOKT "Embafinans" kredit itkisilə qarşı-qarşıya- XALİS MƏNFƏƏTİ AZALIB

Ətraflı:
https://marja.az/130698/bokt-embafinans-kredit-itkisile-qarsi-qarsiya-xalis-menfeeti-azalib
👍2
"AvtoVAZ" yaxın zamanda qiymət siyasətinə dəyişiklik etməyi planlaşdırmadığını açıqlayıb.

“Hazırda yeni Lada avtomobilinə sahib olmaq xərci xarici markalarla müqayisədə təxminən 30% aşağıdır. Bundan əlavə, “AvtoVAZ”ın qiymət siyasətinə dəyişiklik etmək barədə hazırda heç bir planı və niyyəti yoxdur”, – deyə avtokonsern bildirib.
😁1
Avropa İttifaqının lideri və Makron Azərbaycan və Ermənistan liderlərini tarixi sülh münasibətilə təbrik edib

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta əldə edilmiş sülh münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib.

Antonio Koşta bu barədə Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısının iclasında bildirib.

“Mən Azərbaycanın Prezidenti və Ermənistanın Baş nazirini təbrik etmək istəyirəm. Düşünürəm ki, Sizin əldə etdiyiniz sülh, Avropamız üçün əhəmiyyətli andır Bu onu göstərir ki, sülh qurmaq mümkündür və sülh naminə üzərimizə düşəni yerinə yetirməliyik”, - o qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron da Azərbaycan və Ermənistan liderlərini təbrik edib.
Azərbaycanda ən böyük GES-də ilk panelin quraşdırılması mərasimi keçirilir

Biləsuvar rayonunda inşa olunan ölkənin Günəş Elektrik Stansiyasının ilk günəş panelinin quraşdırılması mərasimi keçirilir.

Məlumata görə, tədbirdə Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Agentliyi, “Azərenerji” ASC, "SOCAR Green", eləcə də "Masdar" şirkətinin rəhbər şəxsləri və Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirlər.

Mərasim zamanı iştirakçılara layihənin əsas məqamlarını əhatə edən təqdimat nümayiş olunub. Ardınca yüksək səviyyəli qonaqlar qonaqlar simvolik olaraq simvolik ilk günəş panelinin quraşdırılmasında iştirak edib, xatirə panellərini imzalayacaqlar.

Qeyd edək ki, umumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur.

Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək.Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.

Xatırladaq ki, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və yaşıl enerji zonasının yaradılması məqsədilə Biləsuvar rayonunda Günəş elektrik stansiyasının inşası ilə əlaqədar Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında müqavilə imzalanıb və 2024-cü il iyunun 4-də Prezident İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə layihənin təməli qoyulub.
Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq

Ətraflı:
https://marja.az/130691/pfizer-abs-a-70-milyard-dollarliq-sermaye-yatiracaq-ve-derman-qiymetlerini-asagi-salacaq
ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb

Ətraflı:
https://marja.az/130700/chatgpt-ni-yaradan-sirketin-deyeri-500-milyard-dollara-catib
“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir

Ətraflı:
https://marja.az/130702/pasa-real-estate-ve-ada-universiteti-gelecek-istedadlarin-inkisafinda-birge-fealiyyet-gosterir
👍1
BOKT Qazaxda filialını açır

Ətraflı:
https://marja.az/130706/bokt-qazaxda-filialini-acir
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

Ətraflı
: https://marja.az/130708/merkezi-bankin-sedri-zakir-nuriyevi-qebul-edib-65-illik-yubileyi-munasibetile-tebrik-edib
👍1
"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

Ətraflı:
https://marja.az/130707/bolt-food-azerbaycanin-daha-2-seherde-xidmet-gostermeye-baslayib