HƏRBİ XƏBƏRLƏR
54.7K subscribers
15.3K photos
6.37K videos
2 files
11K links
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır.

➡️ Reklam & Əməkdaşlıq
🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️
📲 @Shahmuradov_002
Download Telegram
🇮🇷❗️İran ordusunun baş komandanı General-mayor Hatəmi: Biz istənilən şərə qətiyyətlə cavab verməyə hazırıq.

🔹Ordu Hərbi Hava Qüvvələri öz təcrübələrindən istifadə edərək bu gün bugünkü təhdidlərə və şərtlərə uyğun yaxşı hazırlıq əldə edib.

🔹İslam İnqilabının qələbəsindən sonra dəfələrlə müxtəlif Amerika düşmən gəmilərinin və bölmələrinin varlığının şahidi olduq, bu gün də o günlərdən biridir.

🔹Biz düşməni yaxından izləyirik və istənilən şərə qətiyyətlə cavab verməyə hazırıq.
🤮33🤣2416👍6😎2🙏1
Ukraynanın hazırda 150 yeni Gripen və 100 Rafale təyyarəsinin tədarükü ilə bağlı müqavilələri var, — Zelenski👌👊🦅🇺🇦
👍8426🤮8🤣4
Vətən müharibəsi iştirakçısı 24 yaşlı Əli Məmmədzadə səhhətindəki problemlər səbəbindən dünyasını dəyişib.

Əslən Lənkərandan olan Ə.Məmmədzadə paytaxtın Suraxanı rayonunda yaşayıb.

Yaxınları bildiriblər ki, o, Kəlbəcər istiqamətində xidmət keçib və müharibə dövründən sonra səhhətində ciddi problemlər yaranıb.
😢95🙏126
Azərbaycan Ordusunun Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev üçün özəl gündür.

🔻Bu gün general-polkovnikin 65 yaşı tamam olur.

Məlumat üçün bildirək ki, Kərim Vəliyev 9 fevral 1961-ci ildə Bakıda anadan olub. O, 1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib, 1990–1994-cü illərdə isə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

🔹1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə xidmət edən K.Vəliyev 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində briqada komandiri, hərbi birlik komandiri, müdafiə nazirinin müavini və digər mühüm vəzifələrdə çalışıb. Onun elə əsas xidmət mərhələlərindən biri 1990-cı illərdə Azərbaycanın müdafiə güclərinin yenidən qurulması və təkmilləşdirilməsində aktiv iştirakıdır.

🔸Prezidentin Sərəncamı ilə K.Vəliyev 2021-ci ilin iyulunda müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin təyin edilib.

🔹General-polkovnik Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak edib. 44 günlük Vətən müharibəsində onun hərbi planlaşdırma və komandanlıq fəaliyyəti xüsusi ilə fərqlənib. Bunun nəticəsində Azərbaycan ordusu bir çox istiqamətlərdə mühüm uğurlar əldə edib.

🔶Xidməti dövründə o, “Azərbaycan Bayrağı”, “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də bir çox medallarla təltif olunub.

Kərim Vəliyev həmçinin Xankəndi və Bakıda keçirilən hərbi paradlarda Azərbaycan Ordusuna peşəkar komandanlıq etməklə Silahlı Qüvvələrin döyüş hazırlığını və müasir imkanlarını nümayiş etdirib.

General evlidir, iki övladı var.
49👍8🤮4👏1
Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunda xidmət edən erməni “ArBat” batalyonunun komandiri Ayq Qasparyanı məhv edib.
116👍32🤣28
Ukrayna müharibəsində ilk gündən iştirak edən,əslən azərbaycanlı ,”Saxa” ləqəbi ilə tanınan Saleh İsmayilov rəhmətə gedib.
O,ağır yaralanmadan sonra onkoloji xəstəlik tapıb və ondanda rəhmətə gedib.
Saleh İsmayilov Azərbaycan vətəndaşı olmasına baxmayaraq, genişmiqyaslı müharibənin ilk günlərindən etibarən könüllü olaraq Ukraynanın müdafiəsinə qalxıb.
O Ukrayna ordusunun tərkibində demək olar bütün qaynar nöqtələrdə döyüşüb.
O, əsl döyüşçü idi. Ukraynada “ SAXA” şərəf, cəsarət və qəhrəmanlığın əsl simvoluna çevrildi.

🇺🇦🇦🇿 🐺
Allah rəhmət eləsin!
😢92🙏3915👍10👎1🤮1
Məhkəmə Ramiz Mehdiyevlə bağlı qərar verdi. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 4 ay uzadıldı.
👏31👍12🤣112
⚡️Bəlkə də çoxları bilmir, amma Əfqanıstandakı vəziyyətin ən çətin dövründə oranı tərk edən son ölkələrdən biri Azərbaycan oldu. Buna görə də biz Sizə təşəkkür edirik, cənab Prezident.

- ABŞ-ın Vitse-Prezidenti Ceyms Devid Vens
31👍13🤮5
🇮🇷 İran XİN rəhbəri Abbas Əraqçı:

"Ölkənin diplomatik mövqeyinin güclü olması silahlı qüvvələrin sayəsindədir. Bu qüvvələr İranın torpağına, hava məkanına və dənizlərinə istənilən xarici müdaxilənin qarşısını alıb.

Hazırda yeni bir danışıqlar prosesinə daxil olmuşuq. Bu proses İran xalqının və İran silahlı qüvvələrinin bir il ərzində bütün təzyiqlər, bütün təhdidlər və baş vermiş müharibə qarşısında göstərdiyi müqavimətin nəticəsidir"
🤮3820🤣18👍4👎2🤯1
Zakir Həsənov “papanin hospitalı”nın rəisini işdən çıxardı -

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis postundan kənarlaşdırılıb.
“Papanin hospitalı” kimi tanınan Baş Klinik Hospitalın rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib.
16👍9
Beyləqanda 1996-cı il təvəllüdlü Qərib Qəribov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Hadisə rayon ərazisindəki mənzillərdən birində baş verib.
 
Sferaaz Oxu.Az-a istinadla xəbər verir ki, o, Beyləqandakı “N” saylı hərbi hissədə xidmət edirmiş.
 
Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Şəki rayon Baş Layısqı kənd sakini olub. Onun meyiti bu gün səhər saatlarında hamamda aşkarlanıb.
 
Faktla bağlı araşdırma aparılır.
😢408🙏8👍2
Media is too big
VIEW IN TELEGRAM
DTX Ramiz Mehdiyevin dövlət əleyhinə gizli danışığını yaydı
🤮14🤣7🤯21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən pulları Fuad Qəhrəmanlı belə alıb
9👍6🤣4
Media is too big
VIEW IN TELEGRAM
Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etmişdir.

Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırmışdır.
🤣13👏21