Futbolinfo
6.44K subscribers
13.1K photos
6.93K videos
1 file
6.73K links
Əlaqə üçün: @futbolinfoadmin

Ən son futbol xəbərləri!
http://futbolinfo.az
Download Telegram
Baş məşqçi Samir Abasovla müqavilənin uzadılmamasının ardınca "Neftçi” məşqçilər korpusuna daxil olan köməkçilərlə də yolları ayırıb. Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov, qapıçılar üzrə məşqçi Etibar Tarıverdiyev və fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib.
Qeyd edək ki, Etibar Tarıverdiyev 2018-ci ilin iyunundan, Seymur Rəhimov və Vəfadar Quliyev 2020-ci ilin noyabrından, Eduardo Karo 2021-ci ilin yanvarından, Mübariz Orucov isə 2021-ci ilin iyunundan “Neftçi”də çalışırdı.

@futbolinfoaz
🎽 Millimizin Slovakiya ilə oyun üçün start heyəti:

🇦🇿 Azərbaycan: Şahruddin Məhəmmədəliyev - Azər Salahlı, Cəlal Hüseynov, Bəhlul Mustafazadə, Maksim Medvedev, Höccət Haqverdi - Emin Mahmudov, Eddi İsrafilov, Riçard Almeyda - Renat Dadaşov, Ramil Şeydayev.

@futbolinfoaz
Millətlər Liqasının C liqasının 3-cü qrupunda yer alan millimizin 1, slovakların isə 3 xalı var.

🇦🇿 Azərbaycan millisi 12 oyundur qələbə qazana bilmir. Son dəfə rəsmi seçmə mərhələ matçında 2020-də Kipri səfərdə məğlub etmişdik. Sonrakı 14 matçda qələbə görməmişik.

🇸🇰 Slovaklar son 4 matçda 2 qələbə , 2 məğlubiyyət alıb.

Bu yığmaların son 4 oyununda millimiz ancaq məğlubiyyət görüb - 1:11.
🇸🇰 2:0 🇦🇿 (2019)
🇦🇿 1:5 🇸🇰 (2019)
🇦🇿 0:1 🇸🇰 (1999)
🇸🇰 3:0 🇦🇿 (1999)

@futbolinfoaz
🚨 FIFA 🇪🇨 Ekvador millisini Dünya Çempionatından məhrum etmədi. Bu komandanın mundialdan kənarlaşdırıması müzakirə olunsa da, sonda bu, baş vermədi!

@futbolinfoaz
🚨 RƏSMİ

"Barselona" və "Real" 23 iyulda Las Veqasda üz-üzə gələcək. 💥

@futbolinfoaz
Millimiz Avropa çempionatının finalında!

Mini-futbol üzrə Avropa çempionatı

Yarımfinal
Azərbaycan - Qazaxıstan
0:1
1:1
1:2
2:2
3:2

@futbolinfoaz
Azərbaycan - Slovakiya
81. Vladimir Vays (0-1)

@futbolinfoaz
Futbolinfo
Azərbaycan - Slovakiya 81. Vladimir Vays (0-1) @futbolinfoaz
Milli komandamız yenə qola həsrət qaldı. Qələbəsiz oyunlar seriyası 15-ə çatdı.
Bu, Slovakiyaya qarşı 9-cu oyunda 8-ci məğlubiyyət idi.

@futbolinfoaz
Slovakiya millisinin baş məşqçi səlahiyyətlərini icra edən Samuel Slovakın Millətlər Liqasında Azərbaycana qarşı keçirdikləri matçdan sonrakı mətbuat konfransı jurnalistlər tərəfindən boykot edilib. Buna səbəb mütəxəssisin fikirlərinin dilimizə tərcümə edilməməsi olub.

@futbolinfoaz
Günün əsas oyunlarının təqvimi:✍🏻

🏆 Millətlər Liqası, 3-cü tur

17:00 🇺🇦 Ukrayna – Ermənistan 🇦🇲
20:00 🇮🇪 İrlandiya – Şotlandiya 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿
20:00 🇫🇴 Farer adaları – Litva 🇱🇹
22:45 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 İngiltərə – İtaliya 🇮🇹
22:45 🇭🇺 Macarıstan – Almaniya 🇩🇪
22:45 🇳🇱 Hollandiya – Polşa 🇵🇱
22:45 🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿 Uels – Belçika 🇧🇪
22:45 🇱🇺 Lüksemburq – Türkiyə 🇹🇷
22:45 🇷🇴 Rumıniya – Finlandiya 🇫🇮
22:45 🇲🇪 Çernoqoriya – Bosniya və Herseqovina 🇧🇦

🇪🇸 La Liqaya vəsiqə uğrunda final (ilk oyun)
23:00 Jirona – Tenerife

@futbolinfoaz
Futbolinfo pinned Deleted message
Bolqarıstan millisinin üzvlərini daşıyan avtobus qəza keçirib.
Hadisə yığmanın Gürcüstanla Millətlər Liqası matçı üçün Tiflisə səfəri zamanı baş verib. Qəza nəticəsində futbolçulardan biri - Todor Nedelyev xəstəxanalıq olub. Digər oyunçuların sağlıq durumu yaxşıdır.
Sabah baş tutacaq Gürcüstan - Bolqarıstan matçı saat 20:00-da başlayacaq.

@futbolinfoaz
Peru hökuməti DÇ-2022-nin seçmə mərhələsində Avstraliya - Peru matçının keçiriləcəyi 13 iyun tarixini ölkədə rəsmi tətil elan etdi.

@futbolinfoaz
🇺🇦 Ukraynanın "Şaxtyor" klubu Çempionlar Liqasının ev oyunlarını Polşada keçirməyi planlaşdırır.
Donetsk klubu həmçinin ABŞ-a humanitar tur təşkil etməyi planlaşdırır.

@futbolinfoaz
⚽️ Mini-futbol üzrə Avropa çempionatının final oyunu başladı:

🇦🇿 Azərbaycan - Rumıniya 🇷🇴

@futbolinfoaz
Mini-futbol üzrə Avropa çempionatının final matçını, Azərbaycan - Rumınya oyununu feysbuk səhifəmizdən canlı izləyə bilərsiniz.

👉Keçid linki

Linkdən keçid edə bilməsəniz, feysbukda “Futbolinfo” yazaraq izləyin.