Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
28.7K subscribers
15.4K photos
8.76K videos
5 files
18.3K links
Download Telegram
Zəngəzur dəhlizinin inşasına başlandı
Naxçıvanı Azərbaycana birləşdirəcək avtomobil yolunun tikintisi gedir. (Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu).

Bu, Zəngəzur dəhlizinin inşasına başlandığı deməkdir.

Axar.az xəbər verir ki, bu barədə siyasi analitik, jurnalist Asif Nərimanlı qeyd edib.

"Yolun inşasının dekabr ayında yekunlaşdırılması planlaşdırılıb, lakin daha tez başa çatacağı gözləntiləri var.

Avtomobil yolu başa çatdıqdan sonra dəmiryolunun inşası həyata keçiriləcək. Dəmir yolu layihəsinin hazırlanması üzərində iş gedir", - deyə o yazıb.
Merkel “Putin qatildirmi” sualını bu cür cavablandırdı
Almaniya kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Ukraynadan olan bir deputatın “Putin qatildirmi” sualını cavablandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Vladimir Putinlə bağlı öz fikirlərimi söyləyəcəyəm. Onunla bağlı tənqidlər olanda özümü saxlamıram, şəxsi söhbətlərdə deyirəm”, - Merkel bildirib.
ABŞ-ın Zəngəzurla bağlı məkri - Mübahisəli sənəd yayıldı
https://axar.az/news/kult/553295.html
Paşinyan təcili Zəngəzura yola düşdü
https://axar.az/news/planet/553305.html
ATV cərimələndi, Zaurun verilişinin yayımı dayandırıldı
https://axar.az/news/toplum/553327.html
Qarabağda PUA-lar havaya qaldırıldı - Video
https://axar.az/news/toplum/553353.html
Paşinyanı şəhərdən qovdular
Ermənistan Baş naziri Nikol Paşinyan Sünik (Zəngəzur) vilayətindəki Aqarak şəhərini yerli əhalinin etiraz aksiyasından sonra tərk edib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan mətbuatı yayıb.

Məlumata görə, şəhəri tərk edən Paşinyan ölkənin cənubundakı adı açıqlanmayan şəhərə yollanıb.

Qeyd edək ki, ötən gün gecə saatlarında Paşinyanın Zəngəzura qəfil səfəri başlayıb.
Bakı Hələbdən Şuşaya “İsgəndər”i necə və niyə "daşıyıb"?
https://axar.az/news/siyaset/553380.html
Koronaya yoluxanların sayı açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb, 2 480 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hüseynbala Mirələmovun canlı efirdə katibəsinə qeyri-əxlaqi hərəkəti

Sabiq deputat, YAP-ın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun qeyri-əxlaqi hərəkəti yayılıb.
Bildirilir ki, görüntü YAP-ın onlayn iclası zamanı qeydə alınıb. H.Mirələmov görüntünü bağlamaq əvəzinə səhvən səsi bağlayıb və katibəsi olduğu iddia edilən qadına qarşı etdiyi əxlaqsız hərəkət kameralara düşüb.
Mirələmov əxlaqsız hərəkətinə görə qovulur - Rəsmi Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Unikal.org-a açıqlamasında Hüseynbala Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcəyini deyib:

"Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu, Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir.

Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır".

Redaksiyaya daxil olan məlumata görə, H.Mirələmovun YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən çıxarılacağı və ümumiyyətlə, partiyadan uzaqlaşdırılacağı gözlənilir.
Mirələmovun rüsvayçı hərəkətinə biabırçı reaksiya
https://axar.az/news/kult/553599.html
Həbs edilən 40 yaşlı direktorun - Heyrətamiz dosyesi
https://axar.az/news/toplum/553653.html
İki qızın öldüyü hostel kimə məxsusdur?
https://axar.az/news/toplum/553664.html
Türk şirkətləri Kəlbəcərin qızıl yatağına cəlb edilir?
https://axar.az/news/gundem/553676.html
Nazir məktəbin yanında qanunsuz göydələn tikir - Video
https://axar.az/news/toplum/553793.html
Toyları belə keçirək: açıq hava, az qonaq... - Ekspert
https://axar.az/news/toplum/553809.html